Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Əlcəzairdə meşə yanğınları nəticəsində 12 nəfər ölüb

Əlcəzairdə meşə yanğınları nəticəsində 12 nəfər ölüb

27.08.2026 [17:27]

Əlcəzairdə genişmiqyaslı meşə yanğınları nəticəsində 12 nəfər ölüb, 50-dən çox insan xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Əlcəzairin daxili işlər, yerli özünüidarəetmə və nəqliyyat naziri Səid Sayud bildirib.

Nazir ölkənin şimalında yerləşən Becaya şəhərinə səfəri zamanı deyib ki, yanğınlar nəticəsində ölən və xəsarət alanların olduğu təsdiqlənib. Zərərçəkənlərə tibbi və digər zəruri yardım göstərilir.

Məlumata görə, avqustun 26-da Əlcəzair ərazisində 37 yanğın ocağı qeydə alınıb. Onlardan beşi ölkənin şimal-şərqində yerləşən Cijel vilayətində baş verib.

Yanğınlar səbəbindən bir neçə ailə təhlükəsiz ərazilərə təxliyə edilib. Hadisələrin baş verdiyi bölgələrdə yanğının söndürülməsi və əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Paylaş:
Baxılıb: 194 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31