İstanbulda Məkkə Sazişinə dair mühüm toplantı
31.08.2026 [15:23]
İstanbulda Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının dövlət rəsmilərinin iştirak etdiyi görüşdə beynəlxalq təhlükəsizlik, müdafiə imkanlarının inkişaf etdirilməsi, üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyət imkanlarının artırılması, müdafiə sənayesində birgə istehsal, tədqiqat və inkişaf əməkdaşlığının genişləndirilməsi, terrorla mübarizədə birgə səylərin gücləndirilməsi məsələləri müzakirə olunacaq.
İclas zamanı komitənin müəyyən edəcəyi birgə fəaliyyət istiqamətləri üzrə işləri əlaqələndirəcək katibliyin və digər mexanizmlərin çərçivəsinin müəyyənləşdirilməsi, qarşıdakı dövrdə atılacaq addımlar üzrə yol xəritəsinin hazırlanması gözlənilir.
Məkkə Birgə Müdafiə Sazişinin regionda təhlükəsizlik, sülh və sabitliyin möhkəmləndirilməsinə, məsələlərə əməkdaşlığa əsaslanan təhlükəsizlik yanaşması ilə baxılmasına və qarşıdurma əvəzinə əmin-amanlıq və rifahın prioritet seçilməsinə yönəldiyi vurğulanır.
Xatırladaq ki, ölkələr arasındakı “Birgə Müdafiə Sazişi” avqustun 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən Məkkədə imzalanıb.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının regionda və beynəlxalq aləmdə artan qeyri-sabitlik fonunda ortaq məsuliyyət və regional sahiblənmə anlayışı ilə imzalanan sənəd regional və qlobal miqyasda təhlükəsizlik, sülh, sabitlik və rifahın təşviq edilməsini, həmçinin birgə çəkindirmə imkanlarının artırılmasını hədəfləyir.
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25

