“Şuşa sanki övladım idi, ona həzin-həzin lay-lay dedim”
15.04.2022 [10:43]
İlhamə HƏKİMOĞLU
“Şuşada ömrümün ən gözəl illərini yaşamışam. İlin dörd fəslini əsl rəngləriylə yaşayardıq Şuşada. Qışda xizək sürərdik, qar altından novruzgülü görünən kimi bahar bayramına hazırlanardıq. İlaxır çərşənbə Şuşada daha təmtəraqla keçirilərdi. Papaq atmazdıq biz. Torbalar tikib hazırlayardıq. Üstünə də xüsusi nişan vurardıq ki, kimin olduğu bilinsin, dost-tanışlar torbamıza daha çox şirniyyat qoysun. Oğlan paltarı geyinib, üzümə kömürdən bığ çəkib qardaşıma qoşulurdum. Gedirdim bayram payı yığmağa. Yayda İsa bulağının, payızda meşələrin bir ayrı gözəlliyi var idi Şuşada. Nə qədər ki, Şuşadan başqa bir yerə çıxmamışdım elə bilirdim, o, dünyanın ən böyük şəhəridir. Ən böyük şəhər deyilmiş, amma dünyanın ən gözəl şəhəri imiş, dağıdılsa da, elə ən gözəl şəhər olaraq qalacaq yaddaşımda. Rəngarəng, çal-çağırlı...”
Bu sözləri “Yeni Azərbaycan” qəzetinə şuşalı aktrisa, Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü Firəngiz Mütəllimova səsləndirib. Şuşanı Firəngiz xanımın dilindən dinləmək bir ayrı söhbətdir.
“Anam-atam sağ idi. Bizim küçəmiz Gövhər ağa məscidinin arxasında yerləşirdi. Mərdinli məhləsində. Poçt da, bank da, milis idarəsi də (o zaman polisə milis deyilirdi) bizim küçədə idi. Pionerlər evinə, Mədəniyyət klubuna məşğələlərə gedirdim. Çox gözəl, səmərəli uşaqlıq illərim olub. Qarşıda bizi necə bir ayrılığın gözlədiyini xəyal eləməzdik”, - deyə o xatırlayır.
“Böyük zirzəmiləri olan çox gözəl evimiz var idi. Qışlıq azuqəni orada saxlayardıq. Şuşaya gedəndə evimizi görməyə getdim. Dağıtmışdılar, heç divarları da qalmamışdı evimizin. Yerini kol-kos basmışdı. Buna baxmayaraq, sevinirdim. Sevinirdim ki, ata ocağıma, artıq azad olan yurd yerimə ayaq basmağı Allah mənə nəsib elədi. Dağıdılmış olsa da, o həyəti gördüyümə görə əlimi qaldırıb dua elədim. Allah heç kimə həsrət yaşatmasın. Şuşa işğal olunandan onu hər gün yuxumda görürdüm. Keçən il mayın 12-də anam anadan olan gün mən Şuşaya getdim. Heydər Əliyev Fondunun dəvəti ilə, ilk “Xarı bülbül” festivalına getmişdim. Çatan kimi Cıdır düzündə torpağı qucaqladım. Elə bil dünyanın ən böyük mükafatı verilmişdi o gün mənə. O günə qədər anamı Şuşadakı evimizdə görürdüm, həmişə kədərli olardı yuxularımda. Getdim, gəldim, Şuşa da, anam da daha gəlmədi yuxularıma. Həsrətimə son qoyuldu sanki”.
Firəngiz xanım Şuşadan çıxdıqları günü də xatırlayır. “Evimizdən bir çöp belə çıxarmadıq. Elə bildik geri dönəcəyik. Kimsə Şuşanın alınacağına inanmırdı. Sanki sehirli qalaydı Şuşa bizim üçün. Yadıma gəlir, evdən çıxdığımız gün anamla atam dalaşdı. Anam soruşdu ki, soyuducunu elektrik şəbəkəsindən ayırdınmı? Atam da cavab verdi ki, yox. Anam bir əsəbləşdi, bir əsdi-coşdu ki, ev-eşik yanacaq, soyuducu xarab olacaq. Haradan biləydi ki, o ev-eşik həqiqətən yanacaq, amma düşmən əlində. Atam ona işğal sözünü anlada bilmirdi, çünki özü də inanmırdı. Hətta Şuşa alınandan sonra atam yenidən ora qayıtmışdı. Camaatı aldatmışdılar ki, Şuşa alınmayıb, qayıdın geri. Deyirdi, şəhərdə ermənilər yox idi. Hər tərəfə insan meyitləri səpələnmişdi. Ermənilər geri dönənləri qırıb-çatmışdılar. Atamı oradan bir rus əsgər çıxarıb Laçın dəhlizindən geri göndərmişdi. Anam da, atam da çox xiffət elədilər Şuşa üçün. Heyf, bu günləri görmədilər. Ən azından ruhları indi dinclik tapar”, - deyə o ah çəkir.
Firəngiz xanım həsrətlə Şuşaya köçəcəyi günü gözləyir.
“Şuşanı o qədər arzulamışdım ki, elə bilirdim onu görəndə hönkürüb ağlayacağam. Uşaqkən çıxdığım Şuşaya yaşa dolarkən qayıtdım. O zaman Şuşa gözümdə nəhəng idi. İndi isə balaca bir uşaq kimi çatdı mənə. Ata yurdumun anası kimi hiss elədim özümü. Elə bil Şuşa mənim balam idi. Daşlarına, torpağına sığal çəkə-çəkə balamın başına sığal çəkdim sanki. Uşaq kimi lay-lay çaldım Şuşama. Tam fərqli hisslər yaşadım. Ayrılıb geri gəlmək də çətin oldu. Ananın balasından ayrılması kimi. Allah o günü də görməyi nəsib eləsin ki, gedib yenidən yurdumuza yerləşək. Kimin ürəyində Şuşa həsrəti varsa, Allah görməyi nəsib eləsin. Şuşa indi mənim üçün müqəddəs ziyarətgah kimidir. Başqa cür ola bilərmi? Hər daşı, hər qarış torpağı igid əsgərlərin qanı ilə sulanmış bu şəhər mübarək deyil, müqəddəs deyil bəs nədir?”.
Firəngiz xanımın da, Şuşaya dönmək arzusuyla yaşayan minlərlə şuşalının da arzularının göyərəcəyi günə çox az qalıb. Bu bahar bəlkə də bir başqa bahar olacaq.
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

