Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yeni viruslar dövrü - necə qorunaq?

Yeni viruslar dövrü - necə qorunaq?

21.05.2022 [13:11]

Nicat

Bəzi mənbələrdə XXI əsrin viruslar əsri olduğu haqda məlumatlar yayılırdı. Əfsuslar olsun ki, zaman ötdükcə xəbərin özünü doğrultduğunun şahidi oluruq. İlk olaraq bəşəriyyət COVID-19 pandemiyası ilə sınağa çəkildi. Təzə-təzə hər kəs panikaya düşsə də, sonradan virusla yaşamağa adətkar olduq. Yay aylarında koronavirusun təsiri əhəmiyyətli dərəcədə zəifləyir. Elə buna görə də dünya əhalisinə tətbiq edilən qadağaların bir çoxu aradan qaldırıldı. Baş verənlərin psixoloji-fiziki təsirindən yenicə çıxmağa hazırlaşırdıq ki, virusların yeni və deyilənə görə, daha ağır, mutasiya olmuş versiyaları qapımızı döyməyə başladı. Ötən gün həm yerli, həm də xarici mediada daha bir virusun yayıldığı haqda məlumatlar tirajlanmağa başladı - “Meymun çiçəyi”...

“Meymun çiçəyi” nədir?

“Meymun çiçəyi”nə ilk yoluxma halı Avstraliyada Avropadan qayıdan turistdə, ikinci yoluxma hadisəsi isə Kanadada təsdiqlənib. Bu barədə Avstraliyanın Yeni Cənubi Uels əyalətinin rəsmi saytında deyilir: “Yeni Cənubi Uels Səhiyyə Departamenti Avropadan bu yaxınlarda qayıtmış bir turistdə ehtimal olunan “meymun çiçəyi” xəstəliyini müəyyən etdi”. Söhbət Avropa səfərindən qayıtdıqdan bir neçə gün sonra xəstəxanaya müraciət edən qırx yaşlı kişidən getdiyi bildirilir.

Qeyd olunur ki, Kanadada meymun xəstəliyinə ilk yoluxma halları Kvebek əyalətində aşkar edilib: “Bu gecə Kvebek əyalətinə Milli Mikrobiologiya Laboratoriyası tərəfindən alınan iki nümunənin “meymun çiçəyi” üçün analizlərinin nəticəsinin müsbət olduğu barədə məlumat verilib. Bunlar Kanadada təsdiqlənmiş ilk iki hadisədir. Bunlardan biri ölkəyə gələn ABŞ vətəndaşıdır”, - deyə Kanada hökumətinin saytında deyilir.

Bundan əvvəl Böyük Britaniyanın Səhiyyə Agentliyi (UKHSA) ölkədə “meymun çiçəyi”nə yoluxma hallarının ümumi sayının 9 nəfərə çatdığını bildirib. İspaniyanın Səhiyyə Nazirliyi və yerli hakimiyyət orqanları Madriddə səkkiz “meymun çiçəyi” hadisəsi aşkar edildikdən sonra sanitar xəbərdarlıq elan edib. Yerli mediaya xəbər verilib. İsveçdən başqa, xəstəliyə yoluxma cümə axşamı İtaliyada da aşkarlanıb: “Monkeypox nadir bir viral infeksiyadır və insanlar arasında da keçə bilər. Bu, adətən yüngül bir vəziyyətdir və insanların çoxu bir neçə həftə ərzində sağalır, lakin bəzilərində ağırlaşmalar baş verə bilər”, - deyə məlumatda bildirilir.

Səhiyyə Agentliyi qeyd edib ki, “meymun çiçəyi” insanlar arasında cinsi yolla keçən infeksiya hesab edilmir, lakin yoluxmuş şəxslə yaxın təmas zamanı yoluxma ola bilər.

Epidemiya olma ehtimalı yüksəkdir

“Bu gün üçün “Meymun çiçəyi” virusuna yoluxma statistikasına baxdıqda, həmin virusun coğrafi baxımdan daha da geniş yayıla biləcəyi, epidemiya olacağı ehtimalı artır. Lakin bu, hələlik elmi ehtimaldır”. Bu fikirləri mətbuata açıqlamasında Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.

Azərbaycanlı alim bildirib ki, “Meymun çiçəyi” (monkeypox) virusu ilə bağlı media vasitəsilə sırf elmi əsaslı fikirləri və statistikaları səsləndirmək mütləqdir: “Bu günə qədər olan statistikanı nəzərinizə çatdırım ki, virusa yoluxma Afrikanı çıxmaq şərtilə 37 nəfərdə təsdiqlənib və 71 nəfər hələ şübhəlidir. Bu günə olan yayılma coğrafiyasına nəzər saldıqda İngiltərə, Portuqaliya, İspaniya, Amerika, Kanada, İsveç, İtaliya, Belçika və Avstraliyanı əhatə etdiyi görünür. Qeyd olunan yoluxmalar hələ ki, Avropada daha çox 20-40 yaşlılar arasında, Kanadada isə 30-55 yaşlılar arasında çoxluq təşkil edir”.

“Ümumiyyətlə, COVID-19 pandemiyası zamanı buraxılan səhvlərə gələcəkdə yol verilməməli, səhiyyə sektorunda inkişaf etmiş ölkələr kimi müvafiq elmi əsaslı planlar hazırlanmalıdır. Bunu da təşkil etmək üçün vacib məqamlardan birincisi növbəti pandemiya zamanı hansı ssenari üzrə adekvat tədbirlər görülməlidir məsələsidir ki, bu istiqamətdə istər səhiyyəsi yüksək, istərsə də zəif inkişaf edən bütün ölkələrin tədbirlər planı işlənilən ssenariyə əsasən hazır olmalıdır. İctimai səhiyyə qanunlarını əsas tutaraq şəxsən mənim də COVID-19 pandemiyası dönəmində toxunduğum bu məsələ səhiyyəsi inkişaf etmiş bir çox ölkələrdə artıq yerinə yetirilib və növbəti pandemiya baş verərsə ssenarilər tam hazırdır. Buna baxmayaraq, hər kəs, ən çox da birbaşa xəstələrlə işləyən həkimlər COVID-19 pandemiyasından fərqli olaraq daha da ayıq olmalı və qeyri-adi dəri dəyişiklikləri olan xəstələrə xüsusi tibbi diqqət və xidmət göstərməlidirlər. Onlar bilməlidirlər ki, “Meymun çiçəyi” ilə yoluxma hallarının rast gəlinmə ehtimalı sıfır deyil və bu səbəbdən də xəstəlikdən xəbərdar olmalıdırlar”, - deyə mütəxəssis əlavə edib.

İlkin simptomlarına qızdırma, baş ağrısı, əzələ ağrıları, bel ağrısı, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluq daxildir

Çox vaxt üzdə başlayan və sonra bədənin digər hissələrinə yayılan bir səpgi yarana bilər.

Virusun inkubasiyası 2-4 həftə arasında davam edir. Xəstəlik heyvandan insana əsasən heyvanın insan bədənini cızması, qanı və ya havadakı tənəffüs damcıları vasitəsilə ötürülə bilər. Xəstəliyin qarşısını almaq üçün heyvanlarla təmasda olarkən maska və digər qoruyucu vasitələrdən istifadə etmək lazımdır. Bu xəstəlikdə ölüm halları 10 faiz təşkil etsə də, ölümcül hallara da rast gəlinir. Xəstəlik insandan insana çirkli əşyalar, yaxın məsafədən təmas, dərinin zədələnməsi və ya yoluxmuş şəxsin ağız suyu vasitəsilə ötürülə bilər.

Həkimlər deyir ki, sözügedən xəstəliyin müalicəsi çiçək xəstəliyinin müalicəsi ilə eyni prinsiplərə əsaslanır.

Xəstəliyin tarixi

“Meymun çiçəyi” (“Monkeypox”) virusu ilk dəfə 1958-ci ildə Danimarkanın paytaxtı Kopenhagendə Dövlət Serum İnstitutu tərəfindən aşkarlanıb. Bu xəstəliyə ilk dəfə insanlar arasında 1970-ci ildə Demokratik Konqo Respublikasında rast gəlinib. O vaxtdan sonra isə bir çox Mərkəzi və Qərbi Afrika xalqlarında aşkar edilib. Xəstəliyə 2003-cü ildə ABŞ-da da təsadüf olunub. İngiltərədə isə ilk dəfə “Meymun çiçəyi” xəstəliyi 2018-ci ildə aşkar edilib.

Paylaş:
Baxılıb: 152 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Turizm

Sosial

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

29 İyun 10:17

MEDİA

İqtisadiyyat

Siyasət

Azadlıqdan abadlığa...

29 İyun 09:40  

Gündəm

Dəmir yumruq yerindədir

29 İyun 09:32  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30