Yol mədəniyyəti üçün YOL lazımdır
05.07.2022 [10:35]
Sərnişindaşıma zamanı baş verən “çaxnaşmalar”
Yeganə BAYRAMOVA
Yol mədəniyyəti, ictimai nəqliyyat və taksi sürücülərinin sərnişinlərlə, eləcə də sərnişinlərin sürücülərlə davranışı tez-tez müzakirə obyekti olub. Nə qədər yeniliklər edilsə də, bu sahədə islahatlar həyata keçirilsə də, avtobus və taksi sürücülərinin sərnişinlərə qarşı kobud rəftarı ilə bağlı şikayətlər bitmək bilmir. Bu məsələdə bəzən xidməti həyata keçirən ayrı-ayrı daşıyıcı şirkətləri, bəzən də aqressivlik nümayiş etdirən sürücülərin özləri günahlandırılır.
“Görmədim”, “Bilmədim”
Mövcud durum bunu deməyə əsas verir ki, ölkəmizdəki sürücü-sərnişin münasibətlərində gərginlik müşahidə olunur, piyadalar isə öz vəzifələrinə biganə yanaşırlar. Halbuki “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsində piyadaların da vəzifələri nəzərdə tutulub. Qanunda yolda piyadanın istiqamətinin tənzimlənməsindən tutmuş hər hansı pozuntuya görə tətbiq edilən cəriməyədək hər şey öz əksini tapıb. Ancaq təəssüflər olsun ki, hələ də piyadalarımızın əksəriyyəti yol hərəkəti qaydalarının pozulmasına yol verirlər. Məsələnin digər tərəfi ondan ibarətdir ki, bəzilərimiz piyada kimi öz vəzifəmizi dərk etsək də, qanunlara əməl etməyi sevmirik. Bəzən bir çox məsələlərdə Avropa ölkələrini nümunə gətirib onlardakı müxtəlif mədəniyyət nümunələrindən heyranlıqla danışırıq. Ancaq sürücü və piyadaların “tələsirəm, görmədim, bilmədim, xəstəm var, adam gözləyirəm, yolu tanımıram, dərman alıram” deyə-deyə dayanma, durma və parklanma qaydalarını pozması artıq yollarda gündəlik vərdişə çevrilib.
Sürücü-sərnişin çəkişməsi
Ölkəmizdəki ictimai nəqliyyat və taksi xidmətləri sahəsində ən vacib məqamlardan biri də sürücülərin müəyyən yoxlamalardan, xüsusilə psixoloji testlərdən keçməsidir. Təəssüf ki, bəzən yol qəzaları baş verdikdən sonra sürücünün narkotik vasitə istifadə etdiyi, sərxoşluğu və ya hansısa psixoloji problemi olduğu üzə çıxır. Daşıyıcı şirkətlər avtobus sürücülərini bu tipli yoxlamalardan keçirirlər, lakin eyni prosesin taksi sürücüləri üçün nə dərəcədə keçərli olması sual olaraq qalır. Çünki hazırda ölkəmizdə müxtəlif taksi şirkətləri fəaliyyət göstərir. Şəxsi maşını olanlar bu şirkətlərdən birinə qoşularaq öz avtomobilləri ilə taksi sürücüsü kimi işləyirlər. Lakin həmin şəxslər müəyyən tibbi yoxlamalardan keçmədiyi üçün bir çox hallarda neqativ hallar yaşanır. Eyni hal bəzən avtobus sürücüləri üçün də keçərlidir. Hansısa formal bir psixoloji yoxlamadan keçsələr belə, sərnişinlərlə düzgün davranış qaydalarını, sürücü mədəniyyətini sərgiləmirlər. Məsələn, maşını yüksək musiqi sədaları altında və sürətli şəkildə idarə etmək, sükan arxasında telefonla danışmaq və s. Bu davranış bütün sərnişinləri təngə gətirir və onlarda qıcığa səbəb olur. İstər taksi, istər avtobus sürücülərinin isə bu şikayətlərə məhəl qoymadığı göz qabağındadır. Ona görə də tez-tez sürücü-sərnişin mübahisələrinə şahid oluruq, bəzən özümüz birbaşa bu mübahisədə iştirak edirik ki, bəlkə nəsə dəyişdi. Ancaq köhnə hamam köhnə tas...
Ötən günlərin birində ictimai nəqliyyatda baş verənlər isə sözün həqiqi mənasında utancvericidir. Sosial şəbəkələrdə yayılan videogörüntüdə sürücü və qadın sərnişin arasında insident yaşanır. Sumqayıt marşrut avtobusunda qadın sərnişin sürücünü təhqir edir və əlindəki çanta ilə onun başından vurur. Bundan sonra sürücü qadını təpiklə itələyərək avtobusdan atır və qadın qapıdan yola yıxılır. Qeyd edək ki, hadisə sərnişinin dayanacaqdan kənarda saxlama tələbinə görə baş verib. Videogörüntünü izləyənlərin böyük əksəriyyəti yol hərəkəti mədəniyyətindən xəbərsiz olan sürücünü, elə sərnişini də günahkar hesab edir.
Professional sürücü çatışmazlığı
Mövzu barədə “Yeni Azərbaycan”a danışan nəqliyyat üzrə ekspert İlqar Hüseynli bildirib ki, yol hərəkəti qaydalarında həm sürücü, həm də sərnişinlərin məsuliyyəti ciddi müzakirə mövzusudur. Ekspertin fikrincə, baş verən hadisədə həm inzibati xəta, həm də cinayət əməli var: “Yəni sərnişin haqsız olaraq qanunla qadağan olunmuş yerdə dayanmanı tələb edir, sürücüyə hücum çəkir və onu təhqir edir. Belə olan halda sürücünün qadını itələməsi və ona qarşı zorakı davranışı qəbuledilməzdir. Sərnişinin səhvindən dolayı mübahisə baş versə də, sürücünün haqlı olduğunu deyə bilmərik. Problem odur ki, ümumiyyətlə, ölkəmizdə ictimai nəqliyyatda işə cəlb etmə ilə bağlı standartlara uyğun seçim prosesləri aparılmır. Eyni zamanda Azərbaycanda professional taksi və avtobus sürücü çatışmazlığı var. Bunun nəticəsidir ki, belə xoşagəlməz hallar yaşanır. Əvvəlki illərə, lap sovet dövrünə qayıtsaq, həm taksi xidmətini, həm də iritutumlu avtobusları idarə etmək üçün tələb olunan imtahanlar və qaydalar fərqli idi. Hər kəs istənilən zaman sürücülük vəsiqəsini alıb bu xidməti yerinə yetirə bilməzdi və istər taksi, istər avtobus sürücüləri seçilirdi, onlar inzibati idarəetmə, vətəndaşlarla davranış qaydaları ilə bağlı təhsil alırdılar, kurslardan keçirdilər və bundan sonra işə götürülürdülər. Çox yaxşı olar ki, indi də taksi və avtobus sürücülərinin işə götürülməsi zamanı bu məsələlər diqqətə alınsın”.
İ.Hüseynli qeyd edib ki, hər bir taksi və avtobus şirkətinin etik davranış kodeksi olmalıdır: “İşə götürülən sürücü əmək müqaviləsi ilə yanaşı, etik davranış kodeksi ilə tanış olub tələb və normaları pozmayacağı ilə bağlı sənədə imza atmalıdır. Ancaq bütün bunların heç biri həyata keçirilmir. İşçi çatışmazlığı olduğu üçün ucuz işçi qüvvəsindən yararlanırlar, beləliklə, taksi və avtobus sürücülərini kortəbii şəkildə işə götürürlər. Nəticədə heç bir peşə təhsili olmayan şəxslər sürücü kimi çalışırlar və müxtəlif xətalara yol verirlər”.
BNA nəzarətini gücləndirməlidir!
Taksi şirkətlərində şəxsi maşını olan sürücülərin qeydiyyatdan keçərək fəaliyyət göstərməsinə gəlincə, ekspert bunun qanunla qadağan edilmədiyini söyləyib: “Taksi xidməti göstərən şirkətlər elan verirlər və sürücülər bəzi hallarda şirkətin maşını, ya da şəxsi maşınları ilə sürücü kimi işə başlayırlar. Lakin burada da əsas məsuliyyət sürücüdən qabaq onu işə götürən taksi şirkətinin üzərinə düşür. İşə götürülməmişdən əvvəl bütün sürücülər narkoloji, psixoloji testlərdən və ciddi göz müayinəsindən keçməlidirlər. Bu müayinələrdən sonra real nəticəsi olan işçilər sərnişindaşıma xidmətini həyata keçirə bilər. Təəssüf ki, belə məqamlara önəm verən yoxdur. Ona görə də bu sahəyə nəzarət ciddi şəkildə gücləndirilməlidir. Fikrimcə, Bakı Nəqliyyat Agentliyi də (BNA) bu məsələdə öz nəzarət mexanizmini işə salmalıdır. Çünki bu nəzarət bilavasitə BNA tərəfindən həyata keçirilir. Həmin şirkətlərə xidməti həyata keçirmək üçün lisenziya məhz Agentlik tərəfindən verilir. Eyni zamanda həm şirkətlər, həm sürücülər, həm də BNA məsuliyyətini ciddiyə almalı və nəzarət mexanizmlərini işə salmalıdır. Yol hərəkəti qaydaları ilə əlaqədar inzibati xətalar, cərimələr tətbiq olunmalı, sərnişin daşımanı həyata keçirən şirkətlər də cərimələnməlidir”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27