Yoluxma artır...
19.07.2022 [10:28]
Səhiyyə qurumları çağırış edir: maska taxın
Nicat PAŞA
Son günlər dünyada koronavirus pandemiyasına yoluxma hallarında artım müşahidə edilməkdədir. Belə ki, bir həftə ərzində koronavirusa yeni yoluxma hallarının sayı 6,5 milyonu ötüb ki, bu da əvvəlki analoji dövrlə müqayisədə 0,7 milyon nəfər çoxdur. Əlaqədar qurumların açıqlamasında bildirilir ki, hazırda virusa yoluxma hallarındakı artım aprel ayının əvvəlindəki səviyyəyə yüksəlib. Narahatedici məqamlardan ən önəmlisi isə virusa yoluxanların arasında həyatını itirənlərin sayının kəskin şəkildə artmasıdır. Statistikaya əsasən, son bir həftədə bütün dünya üzrə əvvəlki göstəricilərlə müqayisədə 1.5 dəfə çox insan tələf olub.
Hazırda Avropada, Latın Amerikasında, bir sıra Asiya ölkələrində, Cənubi Koreyada virusa yoluxma hallarında kəskin artımın olduğu diqqətə çatdırılır.
Avropada yeni dalğa
Avropada yoluxma hallarında növbəti artım davam edir. Almaniya ən yüksək göstəricilərlə ilk sıradadır. Ölkədə gündəlik 140 min yoluxma faktı qeydə alınır ki, bu da mart ayının sonundan bu günə maksimum göstəricidir. Eyni zamanda, ötən həftə regionda xəstələnmə hallarına görə birinci yerdə olan Fransada bu günlərdə cüzi azalma tendensiyası müşahidə olunur. Ölkənin səhiyyə qurumunun açıqlamasında bildirilir ki, 120 min nəfərdə virusa yoluxma halları qeydə alınıb. İtaliyada da göstəricilər təxminən eyni səviyyədədir.
Latın Amerikasında vəziyyət stabilləşməyə doğru gedir
Latın Amerikası ölkələrində virusa yoluxma tempində stabilləşməyə nail olunub. Belə ki, ötən həftə Meksikada, əvvəlki analoji dövrdə olduğu kimi, hər gün təxminən 30 min yoluxma faktı qeydə alınıb ki, bu da fevral ayının səviyyəsinə uyğundur. Ən yüksək göstəricilər hələ də 70,000 insana COVID-19 diaqnozu qoyulan Braziliyadadır. Braziliyada virusa yoluxma hallarında müşahidə edilən bu tendensiya üç həftədir davam edir.
Türkiyədə 5 dəfə artıb
Qardaş ölkə Türkiyədə də yoluxma hallarında kəskin artım var. Belə ki, Türkiyədə son iki həftə ərzində koronavirusa yoluxanların sayında təxminən 5 dəfə artım qeydə alınıb. Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib. “Təkcə iyunun 27-dən iyulun 3-dək Türkiyədə koronavirusa yoluxanların sayı bir həftə əvvəlki ilə müqayisədə 114 faiz artıb. Son iki həftə ərzində artım demək olar ki, 5 dəfədir” - açıqlamada deyilir.
Nazirin sözlərinə görə, əsas pay “omikron” ştammının payına düşür.
F.Koca bununla bağlı 50 yaşdan yuxarı vətəndaşları koronavirusa qarşı yeni peyvənd qəbul etməyə çağırıb.
Gürcüstanda da göstəricilər narahatlıq doğurur
Gürcüstanda da koronavirusa yoluxma hallarında kəskin artım qeydə alınmaqdadır. Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze yerli mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, son iki həftə ərzində ölkədə epidemioloji vəziyyət dəyişib və yoluxma hallarında gündəlik artım qeydə alınır. Qamkrelidze diqqətə çatdırıb ki, son iki ay ərzində gündəlik yoluxma adətən 30-50 təşkil edib və həftəlik yoluxanların sayı 100-200-ü ötməyib. Lakin son həftə ərzində təsdiqlənmiş yoluxma hallarının sayı 3000-ə yaxınlaşıb.
Ölənlərin sayında kəskin artım var
Yeddi gün ərzində COVID-19 yoluxma səbəbindən 17.6 min nəfər insan həyatını itirib ki, bu da ötən həftənin göstəricilərindən 6.1 min nəfər çoxdur.
Ölüm halları ən çox ABŞ-da qeydə alınıb. Ştatlarda son bir həftə ərzində təxminən 1.7 min ölüm faktı qeydə alınıb. Qeyd etmək yerinə düşər ki, bu, ötən həftənin göstəriciləri ilə müqayisədə 10% çoxdur.
Özünüzü qoruyun
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada müşahidə olunan yüksək artım fonunda qapalı məkanlarda maskalardan istifadə etməyi və gigiyena qaydalarına əməl olunmasını tövsiyə edir.
Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında qeyd olunub.
Məlumatda bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən həftə ərzində qlobal olaraq koronavirus (COVID-19) infeksiyasına yoluxma halları artmaqdadır: “Azərbaycanda da son günlər COVID-19 infeksiyasının yayılması ilə əlaqədar neqativ dinamika izlənilir. Yoluxanların sayında artım və yoluxan şəxslərin sağalanlarla nisbətdə üstünlük təşkil etməsi müşahidə olunur.
Ölkəmizin səhiyyə qurumları vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskaların taxılmasını, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə edir.
Qeyd edək ki, proses səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarət altındadır. Pandemiya ərzində mənfi dinamikanın aradan qaldırılması ilə bağlı xeyli təcrübə toplanılıb. İstənilən hallarda vəziyyətə uyğun adekvat qərarlar verilə bilər.
Bir daha vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskalardan istifadə və gigiyena qaydalarına riayət etmələrini ciddi şəkildə tövsiyə edirik”.
Bütün bunlarla yanaşı, son bir neçə aydır ki, koronavirusun fərqli ştammlarının, eyni zamanda yeni növ xəstəliklərin yayılması ilə bağlı xəbərlərə şahidlik edirik. İnsanları düşündürən əsas məqamlardan biri də yeni növ xəstəliklərin ölkəmizdə aşkar edilib-edilməməsidir. Səhiyyə Nazirliyi dünən sözügedən məsələ ilə bağlı açıqlama verib. Qurumdan verilən rəsmi məlumatda bildirilir ki, hələlik Azərbaycanda meymunçiçəyi ilə bağlı yoluxma faktı qeydə alınmayıb.
Qeyd olunub ki, epidemioloji vəziyyət diqqətlə izlənilir və şübhəli hallar qeyd edildikdə PZR üsulu ilə laborator diaqnostika üçün bütün imkanlar mövcuddur: “Testlərdən istifadəyə gəldikdə bu günə qədər iki testdən istifadə edilib. Müraciət edənlərdən test nümunələri götürərək Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Hər iki şəxsin test nəticəsi neqativdir”.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

