Boğaz ağrısı xəstəlikləri artır...
08.02.2024 [13:08]
Qrip, yoxsa digər infeksiyalar?
Son günlər infeksion xəstəliklərə yoluxma sayında artım müşahidə olunmaqdadır. Məlumdur ki, havaların soyuq olması zamanı qripə yoluxma aktivləşir. Lakin son zamanlar insanlar arasında yayılan xəstəliyin simptomları qripdən fərqlidir. Belə ki, həm uşaqlar, həm də böyüklər arasında boğaz ağrısı, qızdırma, halsızlıq əlamətləri ilə müşayiət olunan virus infeksiyalarına yoluxma daha çoxdur.
Virus infeksiyalarını fərqləndirmək üçün...
İnfeksionist-həkim Vüqar Cavadzadənin “Yeni Azərbaycan”a açıqlamasına görə, qrip ilə digər virus infeksiyalarını fərqləndirmək üçün mütləq şəkildə laborator müayinə olmalıdır: “İndi təkcə koronavirus deyil, digər kəskin respirator virus infeksiyalarının da sayı artmaqdadır. Hər zamankı kimi həm respirator sinsitial viruslar, adenoviruslar, həm də qrip kimi infeksiyalara yoluxmada artım müşahidə olunur”.
COVİD həmişə bizimlə olacaq
İnfeksionist qeyd edib ki, iki-üç il bundan əvvəlki vəziyyətə baxanda pandemiyaya qalib gəlsək də, COVİD-19 xəstəlik kimi həmişə bizimlə olacaq: “Biz bunu əvvəl də deyirdik. Bir çox fərqli respirator viruslar var ki, hər zaman payız-qış mövsümündə insanlar arasında yayılır. Onların hamısına qrip deyirik, lakin onların arasında müxtəlif viruslar var. COVİD-19 xəstəliyi də həmin sıraya qoşulacaq və demək olar ki, artıq qoşulub. Ümumdünya Səhiyyə Təşkilatı da respirator xəstəliklərin, o cümlədən COVİD-19 və qrip xəstəliklərinin son vaxtlar artmasını nəzərə alaraq tövsiyələr verib. Kəskin respirator virus xəstəlikləri hər ilin payız-qış mövsümündə artır. Onların arasında hər mövsümdə hansısa virus daha dominant olur. Yada salsaq ki, pandemiya vaxtı qrip virusu demək olar ki, yox idi, ancaq COVİD var idi. Ola bilər ki, o vaxt özünü göstərməyən viruslar indi üzə çıxır. Bu, hər zaman olub və təəssüf ki, bu şəkildə də davam edəcək. Ona görə də qabaqlayıcı tədbirlər görməli və həmin proseslərə hazır olmalıyıq”.
Boğaz ağrılarının 80 faizinin səbəbi...
Həkim boğaz ağrısından şikayət edən xəstələrin çox olduğunu təsdiqləyib: “Boğaz ağrısı boğaz nahiyəsində yaranan, udqunma zamanı artan, quruluq və qıcıqlanma hissiyyatı ilə müşayiət olunan bir haldır. Boğaz ağrılarının 80 faizinin səbəbi kəskin və xroniki faringit, laringit və tonzillitlərdir, digər 20 faiz hallarda bir çox xəstəliklər də boğaz ağrısı şəklində özünü büruzə verə bilər. Boğaz ağrılarına adətən virus və bakteriyalar səbəb olur. Boğazın hansı hissəsinin iltihablanmasından asılı olaraq, boğaz iltihabı faringit, laringit və ya tonzillit adlanır. Udlağın arxa divarının iltihabı faringit, qırtlağın iltihabı laringit, damaq badamcıqlarınn iltihabı isə tonzillit adlanır”.
Boğaz ağrısının müalicəsi...
İnfeksionistin sözlərinə görə, boğaz ağrısını azaltmaq üçün bol maye qəbulu, isti çay, bitki dəmləmələri məsləhət görülür: “Boğazdakı bakterial və virus mənşəli infeksiyalara qarşı ilk növbədə ağız boşluğunun antiseptik təsirli preparatlarla qarqara edilməsi lazımdır. Bu tip qarqaralar virus və bakteriyaların selikli qişaya daxil olaraq yuxarı tənəffüs yollarında xəstəlik törətməsinin qarşısını alır. İltihab əleyhinə və yerli anestetik təsir edir, ağız boşluğu və udlaqda qızartı və ağrını aradan qaldırır”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Dünya
22 Aprel 20:58
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Gündəm
22 Aprel 16:28
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19

