Qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olunacaqdır
08.04.2024 [15:58]
Hazırda müstəqil Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin sayı gündən- günə artmaqdadır və bu, dünyanın müxtəlif qitələrini əhatə edir. Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə rəsmi səfəri də dünya ölkələri ilə genişlənən münasibətlərin göstəricisidir.
Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüşlər, dövlət başçılarının mətbuata birgə bəyanatları istər tarixi baxımdan, istərsə də indiki dövr baxımından rəsmi Bakının Afrika ölkələri ilə yaxşı əlaqələrindən xəbər verir.Hələ SSRİ dövründə Afrika ölkələrindən tələbələr Azərbaycanın ali məktəblərində təhsil alırdılar. Onlar bu gün də ölkəmizlə əlaqələrini kəsmirlər. Dövlətimiz 30 illik müstəqillik dövründə bu əlaqələri daha da inkişaf etdirərək özünü Afrika qitəsi ölkələrinin yaxın dostu kimi tanıda bilib. Afrikayla əlaqələrimiz pandemiya dövründə qırılmadı, əksinə heç bir dövlətin edə bilməyəcəyini Azərbaycan etdi.
Dövlət başçılarının görüşündə iki ölkə arasında gələcək əlaqələr xüsusi diqqət mərkəzində oldu. İmzalanan sənədlər isə perspektivdə müxtəlif sahələr, xüsusilə, iqtisadi sahədə əməkdaşlığın qrurulması və inkişafını özündə əks etdirir. Mətbuata bəyanat zamanı Möhtərəm Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində. Eyni zamanda, bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlər var.
Qeyd etmək lazımdır ki, ölkələrimiz Qoşulmama Hərəkatı müstəvisində də fəal əməkdaşlıq edir. Məlumdur ki, Azərbaycan Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik edib. 121 üzvü olan Qoşulmama Hərəkatı BMT-dən sonra dünyada ikinci ən böyük təşkilatdır. Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafı təmin edilib, beynəlxalq müstəvidə fəallığı əhəmiyyətli dərəcədə artıb. Məhz Azərbaycanın təşəbbüsü ilə təşkilatın Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları yaradılıb. Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının fəaliyyəti xeyli güclənib. Bu baxımdan, təşkilatın diqqətində olan neokolonializmə qarşı mübarizə faktı da xüsusi vurğulanmalıdır. Ötən ilin yayında Azərbaycanda keçirilmiş Qoşulmama Hərəkatının tədbiri çərçivəsində Bakı Təşəbbüs Qrupu yaradılıb. Bu, beynəlxalq platformadır və onun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir. Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur və fəaliyyətinin nəticələri göz önündədir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü təşəbbüsləri Konqo Respublikası həmişə dəstəkləmişdir
Dövlət başçılarının görüçündə COP29-un Azərbaycanda keçirilməsinin önəmi də vurğulanıb. Eyni zamanda, Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ölkəmizin dəstəyini xüsusi vurğulayıb. Belə ki, Azərbaycanın bu ölkədə karbohidrogen, kənd təsərrüfatı, mədənçilik, informasiya, bərpaolunan enerji sahələrinə investisiya yatırmaq potensialı alqışlanıb. “Hesab edirəm ki, tərəflər arasında imzalanmış sənədlər, xüsusilə dövlət başçılarının imzaladığı “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə” iki ölkə arasında əlasqələrin inkişafına xidmət edən hədəflərə çatmaq üçün mühüm hüquqi bazadır və əminik ki, qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olunacaqdır.
Polad Agakişiyev
YAP Qazax rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxSosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01

