Azərbaycan bütün sahələrdə inkişaf yolunu keçir
22.04.2024 [18:32]
Azərbaycan dünya xəritəsində kiçik bir dövlət olmasına baxmayaraq bu gün mahiyyət etibarı ilə beynəlxalq müstəvidə söz sahibi olan ölkə kimi tanınmaqdadır. Belə nəticəyə gəlmək olar ki, ölkənin gücü onun xəritədə böyük olması deyil ona rəhbərlik edən Liderin peşəkar diplomatiya bacarığından, onun siyasi iradəsindən və yürütdüyü praqmatik siyasətindən asılıdır. Azərbaycan xalqının 2003-cü ildə düzgün qərar verməsi bu gün qalib xalq kimi yaşamasına və ərazi bütövlüyü tam şəkildə bərpa edilmiş müstəqil dövlətin vətandaşları kimi qürur duymasına zəmin yaratmışdır. Cənab Prezident İlham Əliyevi Xalqı ona görə sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diqtəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çox konfensiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır. 44 günlük Vətən müharibəsini Şanlı Zəfər kimi başa vuran Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş torpaqlara yenindən canlanma başlayaraq Böyük qayıdışa imza atılmışdır. Bununla yanaşı Ölkənin bütün regionlarında yüksək stantartlara və tələblərə cavab verən infrastruktur lahiyələri həyata keçirilməkdədir. Cənab Prezident İlham Əliyev cari ilin 16 aprel tarixində yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoymuşdur. Dövlət başçısı açılış zamanı geniş nitqləçıxış edərək bir sıra mühüm məsələlərə toxunaraq qeyd etmişdir ki, “Azərbaycanda bir çox infrastruktur layihələr öz həllini tapmışdır. Qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Elektrik enerjisi ilə təminat və yeni elektrik stansiyalarının yaradılması geniş vüsət alıb və əhəmiyyətli dərəcədə irəliləyişə nail olmuşuq. Bütün ölkəmiz yeni, müasir yollarla əhatə olunur. Ona görə növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri arasında başlıca vəzifə içməli su layihələri və suvarma layihələri olacaqdır. Artıq genişmiqyaslı proqram işlənib hazırlanıb. Şirvan və Qarabağ kanalları Taxtakörpü kanalı ilə birlikdə ən böyük suvarma kanalları olduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir. Ancaq artıq qəbul edilmiş proqram əsasında Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcəkdir. Məsələn, Qəbələ rayonundakı Yengicə su anbarının inşasına artıq start verilmişdir. O anbar inşa ediləndən sonra orada bu günə qədər suvarılmayan 10 min hektar torpaq, əkin sahələri suvarılacaq. Əgər bizim suvarma ilə bağlı ümumi layihələrimizi götürsək görərik ki, bir neçə ildən sonra ən azı 500 min hektardan çox torpağa su veriləcəkdir. Eyni zamanda, müasir idarəetmə sistemləri, itkilərin azaldılması - indi Şirvan kanalında itkilər 30 faizə yaxındır. İndi beton məcralı kanal inşa ediləndən sonra itkilər maksimum 5 faiz olacaq. Yəni, suya qənaət hər birimizin işidir, ilk növbədə, dövlətin və biz bu işi görürük. Bunlar ancaq Azərbaycanın bir hissəsinə aid olan layihələrdir. Əgər biz işğaldan azad olunmuş ərazilərdə layihələri əlavə etsək, mənzərə daha ürəkaçan olacaq. Çünki Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində biz bu gün öz su mənbələrimizə tam sahib olmuşuq. Vaxtilə Ermənistan təkcə bizim torpaqlarımızı yox, bizim su resurslarımızı da işğal etmişdir. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları bizim ümumi su resurslarımızın 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır. Çünki bildiyiniz kimi, bizim əsas çaylarımız xaricdən gəlir - Kür çayı, Araz çayı, Samur çayı. Bizim əsas çaylarımız xaricdən gəlir, ona görə Qarabağın və Şərqi Zəngəzurun su resursları daxili mənbələr olduğu üçün bunun xüsusi əhəmiyyəti var. Biz qısa müddət ərzində böyük infrastruktur layihələrini icra etmişik və bu işlər davam etdirilir.”
Tarixə nəzər saldıqda görürük ki, son 200 il ərzində Azərbaycanı parçalamaq və asılı bir dövlətə çevirmək istəyən düşmən dövlətlərin məkirli planlarını alt üst edərək ölkəmizi güclü bir dövlətə çevirən cənab Prezident İlham Əliyevin sayəsində Azərbaycan bütün sahələrdə inkişaf yolunu keçir. İnanırıq ki, bu inkişaf yolunda ölkəmizdə bütün infrastruktur layihələr yüksək səviyyədə icra olunacaqdır.
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri: Anar Alışov
Xəbər lenti
Hamısına bax
Sosial
22 Aprel 20:24

İdman
22 Aprel 19:43

Dünya
22 Aprel 19:28

YAP xəbərləri
22 Aprel 18:59

YAP xəbərləri
22 Aprel 18:43

YAP xəbərləri
22 Aprel 17:53

Elm
22 Aprel 17:42

YAP xəbərləri
22 Aprel 17:23

YAP xəbərləri
22 Aprel 16:28

İdman
22 Aprel 16:20

Gündəm
22 Aprel 15:55

YAP xəbərləri
22 Aprel 15:51

YAP xəbərləri
22 Aprel 15:32

Xəbər lenti
22 Aprel 15:13

Siyasət
22 Aprel 14:56

YAP xəbərləri
22 Aprel 14:51

Dünya
22 Aprel 14:45

Sosial
22 Aprel 14:31

Siyasət
22 Aprel 14:30

Dünya
22 Aprel 14:30

Sosial
22 Aprel 14:17

Mədəniyyət
22 Aprel 14:14

Sosial
22 Aprel 14:12

YAP xəbərləri
22 Aprel 13:54

Dünya
22 Aprel 13:24

YAP xəbərləri
22 Aprel 12:56

Sosial
22 Aprel 12:37

Siyasət
22 Aprel 12:27

Sosial
22 Aprel 11:54

YAP xəbərləri
22 Aprel 11:34

Siyasət
22 Aprel 11:21

İqtisadiyyat
22 Aprel 11:17

YAP xəbərləri
22 Aprel 11:09

Siyasət
22 Aprel 11:08

Dünya
22 Aprel 10:48

İqtisadiyyat
22 Aprel 10:45

İdman
22 Aprel 10:43

Sosial
22 Aprel 10:42

İqtisadiyyat
22 Aprel 10:41

Analitik
22 Aprel 10:41

İqtisadiyyat
22 Aprel 10:39

Sosial
22 Aprel 10:38

Siyasət
22 Aprel 10:26

Siyasət
22 Aprel 10:19

İqtisadiyyat
22 Aprel 10:04

Dünya
22 Aprel 09:58

Dünya
22 Aprel 09:55

Dünya
22 Aprel 09:54

Sosial
22 Aprel 09:53

Siyasət
22 Aprel 09:41

Siyasət
22 Aprel 09:35

MEDİA
22 Aprel 09:27

Analitik
22 Aprel 09:18

Analitik
22 Aprel 09:06

Ədəbiyyat
22 Aprel 08:53

Analitik
22 Aprel 08:35

Sosial
22 Aprel 08:29

Dünya
22 Aprel 08:17

YAP xəbərləri
21 Aprel 23:48

Sosial
21 Aprel 23:43

YAP xəbərləri
21 Aprel 23:31

Dünya
21 Aprel 23:24
YAP xəbərləri
21 Aprel 23:15

Sosial
21 Aprel 23:08

Hadisə
21 Aprel 22:56

Dünya
21 Aprel 22:41

YAP xəbərləri
21 Aprel 22:25

Siyasət
21 Aprel 22:12

YAP xəbərləri
21 Aprel 22:09

İqtisadiyyat
21 Aprel 21:52
