Azərbaycan dünyada öz mövqelərini sürətlə möhkəmləndirir
29.04.2024 [11:11]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
30 ölkədən 64 beyin mərkəzinin nümayəndələrinin iştirakı ilə ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum Azərbaycanı bir daha dünyanın diqqət mərkəzinə çevrdi.
BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlarda uğurla sədrlik etmiş Azərbaycanın yenidən beynəlxalq tədbirə ev sahibliyi etməsi qalib ölkəmizin qlobal miqyasda gücünün, etibarlı tərəfdaş nüfuzunun təsdiqidir. Məhz bunun üçün də noyabr ayında on minlərlə iştirakçı iqlim dəyişikliyi nöqteyi-nəzərindən planetimizin gələcəyini müzakirə etmək üçün COP29-la bağlı Bakıya toplaşacaq.
Aprelin 23-də “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum da öz növbəsində regional təhlükəsizlik, enerji keçidi və yaşıl artımla bağlı Azərbaycanın baxışının təqdim olunmasına, Qarabağda yaşıl və ekoloji cəhətdən təmiz zonaların yaradılmasına, Azərbaycanda külək və günəş enerjisi layihələrinin, Avropa İttifaqına qədər uzanan yaşıl enerji dəhlizlərinin gələcəyi və digər mövzular baxımından yanaşmasını təqdim etməklə qlobal siyasət müzakirələrinə töhfə olacaq.
Dünyanın müxtəlif nüfuzlu beyin mərkəzlərinin nümayəndələrinin iştirak ediyi forumda Prezident cənab İlham Əliyev iştirakçıların çoxsaylı suallarını cavablandırarkən bildirib ki, üzv dövlətlər arasında vaxtaşırı iqtisadi fikir ayrılıqları meydana gəlir və dediyim kimi, Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi İttifaqının bütün üzvləri ilə bizim çox yaxşı münasibətlərimiz, o cümlədən iqtisadi əlaqələrimiz var. Biz çəkişmə vəziyyətində olmaq və ya iqtisadi tərəfdaşlarımıza xələl gətirə biləcək addımlar atmaq məcburiyyətində qalmaq istəmirik. Bir daha təkrar edirəm ki, beynəlxalq təsisatlarda üzvlüklə bağlı atdığımız bütün addımlarımız hər zaman praqmatizmə əsaslanıb. Bunu Qoşulmama Hərəkatına üzvlüyümüzlə bağlı da söyləyə bilərəm. Biz 10 ildən bir az artıqdır ki, Qoşulmama Hərəkatına üzv olmuşuq. Bu, düşünülmüş və düzgün təhlil edilmiş addım idi. Bundan sonra biz bu təsisatda sədrliyi öz üzərimizə götürdük, imkanlarımızı nümayiş etdirdik və çoxsaylı dostlar qazandıq.
Forum iştirakçılarının regional və qlobal əhəmiyyət daşıyan suallarına cavab verən ölkə başçımız cənab İlham Əliyev Azərbaycanın dünyada tutduğu mövqeyə diqqət çəkərək bildirib ki, bu gün Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur. Üzləşə biləcəyimiz yeganə potensial risklər isə xaricdən gələ bilər. Bu səbəbdən də Azərbaycan düşünülmüş siyasət yürütməyə məcburdur. Belə ki, risklərlə üzləşməmək üçün qapılarımız hərc-mərclik yaradanların üzünə bağlı, sadiq qonaqlarımızın üzünə isə açıq saxlanmalıdır.
Beynəlxalq tədbirdə Azərbaycanın yeni dövr üçün prioritet və hədəflərini açıqlayan Prezident cənab İlham Əliyev ölkəmizin xoşniyyətli bütün təkliflər üçün açıq olduğunu bildirdi və Cənubi Qafqazda sabitliyin təminatının, yeni dövrün tələblərinə uyğun addımların atılmasının vacibliyini vurğuladı: COP29-un keçirilməsi bizə həvalə edilməmişdən əvvəl biz ekoloji problemlərlə ciddi məşğul olurduq və iqlim dəyişikliyinin mənfi fəsadlarını azaltmağa çalışırdıq.
“Biz müstəqil ölkə kimi yaşayıb uğur qazanmalıyıq ki, Azərbaycan xalqına seçimimizin, həyat tərzimizin regionda ən yaxşı olduğunu nümayiş etdirək.”-deyə vurğulayan Liderimiz cənab İlham Əliyev onu da diqqətə çatdırıb ki, Azərbaycanın təhlükəsizliyi, inkişafı və sabitliyi ən vacib məsələdir. Ölkəmizin İkinci Qarabağ müharibəsində zəfər çalması və ardınca suverenliyini tam bərpa etməsi regionda dayanıqlı sülhə də birbaşa rəvac verib. Ən başlıçası isə Qalib Lider İlham Əliyevin tam müstəqil siyasəti Azərbaycanı regionda və dünyada öz mövqelərini sürətlə möhkəmləndirən ölkə kimi tanıdır.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

