Azərbaycan-İran dostluğu önəmli amildir
24.05.2024 [13:17]
Cari ilin may ayının 19-da İranla sərhəddə, Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi. Bu tarixi hadisə İran və Azərbaycan arasında mövcud olan sarsılmaz dostluq əlaqələrinin daha bir təzahürü oldu. Açılış mərasimində etdiyi çıxışında cənab Prezident İlham Əliyev İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanlarının, böyük təcrübəsinin olduğunu xüsusi vurğuladı. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb.
Son dərəcə vacib məqamlardan biri də budur ki, bu gün istər beynəlxalq məsələlərlə əlaqədar, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycan və İran arasında önəmli fikir eynilikləri mövcuddur. Dövlət başçımızın çıxışında qeyd olunduğu kimi bu, çox əhəmiyyətli bir amildir. Çünki bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı həlledici amillərdən biridir. Ölkələrimiz arasındakı səmimi dostluq münasibətlərinin daha bir göstəricisi kimi Azərbaycan ilə İranın üzv olduqları bütün beynəlxalq təşkilatlarda, o cümlədən Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də bir-birilərinə dəstək verməklərini qeyd etmək lazımdır.
Həmçinin bu gün iki ölkəni bir çox mühüm transmilli layihələr birləşdirir ki, bunların da arasında nəqliyyat layihələri xüsusi rol oynayır. Hazırda sadəcə ölkələrimiz üçün deyil, həm də daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Bundan sonra həm İran ərazisində, həm də Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir. Nəzərə almaq lazımdır ki, bu marşrut üzrə keçən il yükdaşımaların həcmi 50 faizdən çox artıb və artım bu il də davam edir. Dəmir yolu tam istismara veriləndən sonra göstəricilər daha da artacaq. Hazırda Ağbənd istiqamətində inşa olunan avtomobil körpüsünün tikintisi başa çatdıqdan sonra o da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizlərinin, həm Şimal-Cənub, həm də Şərq-Qərb Nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq.
Cənab Prezident İlham Əliyevin çıxışında yer almış daha bir vacib məqam da Minsk qrupunun tamamilə ləğv edilməsi tələbi ilə bağlı oldu. Bu gün artıq bütün dünyaya məlumdur ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri 30 ilə yaxın Ermənistanın işğalı altında qaldığı halda ATƏT-in Minsk qrupu və onun həmsədrləri 28 il ərzində məsələni həll etmək üçün yox, onu dondurmaq üçün çalışırdılar. Bu gün isə Azərbaycan artıq özü bu problemi birdəfəlik və kökündən həll etmişdir. Buna görə də Minsk qrupunun tamamilə ləğv edilməsi Azərbaycanın haqlı tələbidir.
Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

