Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / 15 iyun - Milli Qurtuluş Günümüz

15 iyun - Milli Qurtuluş Günümüz

14.06.2024 [15:09]

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı tərəfindən 15 iyun - Milli Qurtuluş Günü münasibəti ilə Everest hallda tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ulu öndər Heydər  Əliyev və ölkəmizin ərazi bütövlüyü  və suverenliyi uğurunda mübarizədə canlarını qurban vermiş şəhidlərmizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, yaxşı məlumdur ki, Heydər Əliyevin ikinci dəfə - 1993-cü ilin 15 iyun tarixində siyasi hakimiyyətə gəlişi, nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. “Bu, həqiqətən də bir qurtuluş idi. 1993-cü ilin iyun hadisələrinə qiymət verməyi bacaran hər bir insan dərindən dərk edir ki, Ulu Öndər o dövrdə qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla, ölümündən çəkinməyərək nail oldu. Hakimiyyətdə olan AXC-Müsavat iqtidarının səriştəsizliyi, xalqı deyil, yalnız öz mənfəətlərini güdmələri, hər şeyi - ləyaqəti, şərəfi, vicdanı pula satmağı sonda Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qoydu. Talanmış dövlət büdcəsi iqtisadiyyatı çökdürmüş, daxili və xarici qüvvələr isə artıq separatçılıq vasitələri ilə ölkəni bölən "xəritələrini" hazırlamışdılar. Qarabağ cəbhəsində isə torpaqlarımız ard-arda erməni işğalçılarına peşkəş edilirdi. Azərbaycan xalqı dövlətçiliyini itirmək təhlükəsi fonunda fəlakətlər, tüğyanlar burulğanında məhv olmaq üzrə idi. Bütün bunlardan isə çıxış yolu tapmaq lazım idi. Xalqın Fenomen liderə ehtiyacı var idi və O, Heydər Əliyev idi! Bəli, bu, Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq tarixi idi. Vətənini və xalqını sonsuz məhəbbətlə sevən, andına, əqidəsinə sadiq olan, qətiyyəti, inamı, müdrikliyi ilə milyonları öz ətrafında birləşdirməyi bacaran, hadisələri düzgün qiymətləndirib reallıqlardan lazımi nəticə çıxaran Heydər Əliyev kimi vətənpərvər insan, siyasətçi yalnız bu tarixi yarada və yaza bilərdi. Məhz Onun ikinci dəfə hakimiyyətə gəlişi xalqı və dövləti bəlalardan qurtarmaqla yanaşı, yeni, müasir dövlətçilik təməlinin əsaslarını, yüksəlişini qoydu. Bu mənada, onu da vurğulamaq istərdim ki, Heydər Əliyev fəaliyyətinin 1993-2003-cü illəri də bir ömrün qızıl salnaməsidir. Azərbaycanı daimi müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən dahi şəxsiyyətin öz məqsədlərini uğurla həyata keçirdiyi illərin unudulmaz səhifələridir. Heydər Əliyev milli dövləti idarə etməyin beynəlxalq siyasi sistemlə ideal bağlılığını tapa bilən müstəsna siyasət ustalarındandır. Onun Azərbaycan dövlətçiliyi praktikasındakı bu nailiyyəti, formalaşdırdığı siyasi idarəetmə sistemində bu qaynaq məqamının tapılması - onun siyasi kursunun uğurla davam etdirilməsinin ən başlıca reallıqlarındandır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur Ulu Öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür”, deyə o, bildirib.

YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Bahar Muradova bildirib ki, xalq ölkədə tüğyan edən hərc-mərclikdən, AXC-Müsavat iqtidarının yarıtmaz siyasətindən, yumşaq desək, cana doymuşdu. “Xalqımızın sağlam qüvvələri və ziyalılar Heydər Əliyevə müraciət edərək Onu xalqımızı düçar ola biləcəyi bəlalardan xilas etməyə çağırdılar. 1992-ci il oktyabrın 24-də ziyalıların müraciətinə cavab məktubunda Ulu Öndər mövcud reallıqları dərindən təhlil edərək bu partiyanın yaradılmasına razılıq verdi. Lakin ozamankı hakimiyyət nümayəndələri partiyanın təsis konfransını Bakıda keçirməyə imkan vermədilər və konfrans Naxçıvanda baş tutdu. Beləliklə, noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Azərbaycanın siyasi, ictimai, dövlət həyatında yeni dövrün başlanğıcı qoyuldu. Ulu Öndər Heydər Əliyev Ona ünvanlanan çoxsaylı müraciətləri, xalqın çağırışını cavabsız qoymadı, iyunun 9-da Bakıya gəldi və dahiyanə bir zəka, möhkəm iradə ilə xilaskarlıq missiyasını yerinə yetirdi. Ulu Öndər 13 iyunda parlamentdə çıxış etdi, Gəncəyə gedib oradakı vəziyyətlə tanış oldu. 15 iyunda isə Ulu Öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Beləliklə, respublikamız müstəqilliyi itirmək təhlükəsindən qurtuldu. Azərbaycanın sabitlik və inkişafla səciyyələnən qurtuluş tarixi başladı. Xalqın böyük etimadı əsasında Ulu Öndər Heydər Əliyev ilk dəfə 1993-cü il oktyabrın 3-də, ikinci dəfə isə 1998-ci il oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər qısa müddətdə siyasi sabitliyi bərqərar etdi, dövlət çevrilişi cəhdlərinin qarşısını aldı, cəbhədə atəşkəsə nail olundu, Azərbaycanın beynəlxalq əlaqələri inkişaf etməyə başladı. Ümummilli Lider iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın Xəzər dənizi hövzəsində malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib sayırdı. 1994-cü il sentyabr ayının 20-də dünyanın 8 aparıcı ölkəsinin 13 transmilli neft şirkəti ilə “Əsrin müqaviləsi” adını almış möhtəşəm layihə imzalandı. Bununla da Ulu Öndər Azərbaycanın bugünkü və gələcək uğurlarının möhkəm bünövrəsini qoydu”, - deyə B. Muradova qeyd edib.

Milli Məclisinin deputatı, Milli Məclisin aqrar siyasi komitəsinin sədri, filologiya üzrə fəlsəfə doktoru Tahir Rzayev çıxış edərək bildirib ki,  Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. “Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa edən ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalq Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı”.

91-lərin üzvü, biologiya üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Novruz Quliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin dövlət  müstəqilliyimizin ilk illərində milli dövlətçiliyimizi   qorumaq   üçün nümayiş etdirdiyi qətiyyət və prinsipiallığı onun yüksək liderlik əzmini bir daha göstərdi. “Xüsusən, 1992-   1993cü  illərdə  xalqı, dövləti yaşanan sarsıntı və təlatümlərdən bacarıqla çıxarması təsdiqlədi ki, yalnız fitri idarəçilik, dəmir iradə, geniş siyasi dünyagörüş kimi keyfiyyətlərə malik olan Heydər Əliyev fenomeni Azərbaycanın dövlət müstəqilliyini qorumaq və yaşatmaq kimi ağır bir missiyanın öhdəsindən gələ bilər. Buna görə də xalqımız canı, qanı hesabına əldə etdiyi müstəqillik nemətini növbəti dəfə itirmək təhlükəsi ilə üzləşəndə nəzərlərini Ulu Öndər Heydər Əliyevə yönəltdi. Ulu Öndər çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərərək xalqı vətəndaş qarşıdurmasından, müstəqilliyi itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyin xilaskarı, qurucusu kimi daxil oldu. Ulu Öndər Heydər Əliyevin ölkəmizin minilliklər boyu davam edən dövlətçilik tarixində rəhbərlik etdiyi 35 illik zaman kəsiyinin mahiyyətində xalqımızın intizarda olduğu arzular, niyyətlər və məramlar gerçəkliyə çevrildi. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi, daimi dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişinə nail olması, fərdin özünü vətəndaş olaraq dərk etməsi kimi misilsiz tarixi prosesi əhatə edir.  Ulu Öndər bütün bu uğurlara məhz xalqın böyük mənəvi dəstəyi, etimadı və inamına  söykənərək nail oldu, gecəli-gündüzlü əziyyətlərə qatlaşaraq Azərbaycanın milli qurtuluşunun təmin edilməsinin ideoloji əsaslarını işləyib hazırladı. Məhz onun işləyib hazırladığı müddəalara, taktiki və strateji yollara əsasən Azərbaycanda milli qurtuluşun və inkişafın bünövrəsi qoyuldu”.

Şəhid Murad Qurbanovun anası, Mehriban Əmrəhova Ümummilli Lider Heydər Əliyevin böyük çətinliklərə baxmayaraq müstəqilliyimizin qorunması istiqamətində apardığı müdrik siyasətdən, həmçinin bugünkü yüksək davamlı inkişafa nail olmağımızın əsaslarını qeyd etmiş, ölkə Prezidenti cənab İlham Əliyevin ölkənin tərəqqisi, rifahı naminə gördüyü işlərin əhəmiyyətindən söz açmışdır. O, xalqın öz xilaskarı kimi Heydər Əliyevə üz tutmasının düzgün tarixi seçim olduğunu qeyd etmiş, Ulu Öndərin ideyalarını uğurla və yaradıcılıqla həyata keçirən ölkə prezidenti cənab İlham Əliyevin respublikamızın davamlı inkişafı naminə gördüyü işlərdən danışmış, bu illər ərzində əldə etdiyimiz uğurların qazanılması istiqamətində onun apardığı müdrik siyasət nəticəsində ölkəmizin potensialının və nüfuzunun günbəgün artdığını qeyd etmişdir.

Vətən Müharibəsi qazisi Ramin Şirinov xatırladıb ki, Heydər Əliyev 1993-cü il iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yerli və xarici jurnalistlər üçün brifinq keçirdi, iyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. “Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxartdı. Dünyada Azərbaycanla bağlı formalaşan fikri müsbət yöndə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı”,- deyə o, qeyd edib.

Paylaş:
Baxılıb: 166 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Sosial

Sentyabr ayından...

12 İyul 11:00

Sosial

Ədəbiyyat

Dünya

Xəbər lenti

MEDİA

Xarici siyasət

Siyasət

Sülh gündəliyi

12 İyul 10:20

Siyasət

Gündəm

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31