Türk dünyasının Şuşa zirvəsi
10.07.2024 [11:09]
Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Türk dövlətləri ilə əlaqələrin genişləndirilməsi və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ölkəmiz davamlı olaraq Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərir. Türk Dövlətləri Təşkilatının əsası məhz Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2009-cu ildə Naxşıvanda qoyulub. Sonradan dövlətimizin başçısı TDT-nın funksianallığının daha da genişlənməsi ilə bağlı bir sıra təşəbbüslər irəli sürüb və bu təşəbbüslər dost dövlətlər tərəfindən məmnuniyyətlə qəbul olunub.
İyulun 6-da Qarabağın incisi Şuşa şəhərində TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi rəmzi məna daşıyır. Çünki keçən il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Ermənistan 30 illik işğal dövründə Şuşada vandalizm əməlləri törətməklə yanaşı, özlərinə xas olan tərzdə Şuşanın simasını dəyişməyə, onu da erməniləşdirməyə cəhdlər göstəriblər. Ancaq bu alınmayıb. Şuşa hətta dağılmış vəziyyətdə də özünün azərbaycanlı ruhunu qoruyub saxlayıb. 2020-ci ilin 8 noyabrında qazanılan Şuşa Zəfəri bütün Türk dünyasının qürur mənbəyidir. Tarixin müxtəlif dönəmlərində ayrı-ayrı Türk etnoslarının göstərdikləri qəhrəmanlıqlar hər kəsə yaxşı məlumdur. Azərbaycan Ordusunun Şuşa Zəfəri də həmin qəhrəmanlıq tarixinin yeni bir şanlı səhifəsidir. Türk dövlətlərinin başçıları sammit günlərində Şuşanı gəzib, erməni vandalizminə şahidlik edib və həyata keçirilən bərpa işləri ilə tanış olublar.
Şuşa yalnız Azərbaycan və azərbaycanlılar üçün əziz olan bir şəhər deyil. Tarix boyunca Şuşada yaradılan zəngin mədəniyyət bütün Türk dünyasının sərvətidir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci il respublikamızda “Şuşa İli” elan olunub və xalqımız onun üçün çox əziz olan doğma şəhərin 270-ci ildönümünü təntənəli şəkildə qeyd edib. Eyni zamanda, Şuşa TÜRKSOY tərəfindən 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub.
Bu gün həmçinin Şuşa şəhəri quruculuq meydanını xatırladır. Şuşaya onu sevənlər, onun əsl sahibləri qayıdıblar. İndi onlar erməni vandallarının vəhşicəsinə dağıtdıqları şəhəri qarış-qarış yenidən qururlar. Deyə bilərik ki, tarixi Şuşa bərpa olunur, həm də gözəl şəhərimizin siması müasir elementlərlə, yeni memarlıq həlləri ilə daha da zənginləşdirilir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bütün layihələr son dərəcə məsuliyyətlə yerinə yetirilir. Ötən dövrdə şəhərdə onlarca layihə tamamlanıb. Burada infrastruktur quruculuğu, Heydər Əliyev Fondunun dəstəyi ilə tarixi abidələrin bərpası və yaşayış evlərinin tikintisi paralel çəkildə həyata keçirilir. “Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Bu ilin sonuna qədər 20 min insanın azad edilmiş torpaqlara qayıdışı təmin olunacaq. Əlamətdar haldır ki, türk dövlətləri də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən “Böyük Qayıdış” proqramına qardaşlıq dəstəyi göstərirlər.
Zirvə görüşündə TDT-yə üzv ölkələrin COP29-a dəstək ifadə etmələri də böyük əhəmiyyətə malikdir. Bu ölkələri liderləri noyabrda keçiriləcək nüfuzlu beynəlxalq tədbirə dəvət olunublar. Şübhəsiz ki, qardaş ölkələr COP29 çərçivəsində qlobal iqlim dəyişiklikləri ilə mübarizədə fəal əməkdaşlıq edəcək.
TDT-nın Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə mühüm sənəd - Qarabağ Bəyannaməsi imzalanıb. Sənəddə TDT-nin qeyri-rəsmi Zirvə görüşünün 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olmuş Şuşa şəhərində keçirilməsinin tarixi əhəmiyyət daşıdığı qeyd edilib. Tərəflər strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində Türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməsinin vacibliyini bir daha vurğulayıblar.
Bəyannamədə üzv dövlətlərin milli qanunvericiliyinə uyğun olaraq müdafiə sənayesi sahəsində birgə fəaliyyətin davam etdirilməsi niyyətləri bir daha vurğulanır və bu xüsusda lazımi tədbirlərin görülməsi üçün üzv dövlətlərin aidiyyəti qurumlarına tapşırıq verilməsi əksini tapır. Bu müddəa olduqca vacib məqamlardan xəbər verir. Hazırki dövrdə TDT üzvü olan ölkələrə qarşı hər hansı real təhlükələr hiss edilməsə belə, əməkdaşlığın hərbi-müdafiə sahəsi üzrə inkişaf etdirilməsi inteqrasiyanı daha da sürətləndirəcək. Təbii ki, ortada mühüm bir nümunə mövcuddur - Azərbaycan ilə Türkiyə arasında imzalanan “Şuşa Bəyannaməsi” yeni dövr üçün TDT-nin hərbi əməkdaşlıq, müdafiə sahəsində tərəfdaşlıq doktrinası rolunda çıxış edə bilər.
Xəbər lenti
Hamısına bax
Hadisə
19 Aprel 23:35

Sosial
19 Aprel 22:27

Sosial
19 Aprel 21:36

Dünya
19 Aprel 20:26

Hadisə
19 Aprel 19:54

Elm
19 Aprel 19:27

Dünya
19 Aprel 18:45

Dünya
19 Aprel 18:14

İdman
19 Aprel 17:43

Elanlar
19 Aprel 17:25

Hadisə
19 Aprel 16:51

İdman
19 Aprel 16:19

YAP xəbərləri
19 Aprel 15:58

Dünya
19 Aprel 15:26

YAP xəbərləri
19 Aprel 14:34

Sosial
19 Aprel 14:12

Sosial
19 Aprel 13:56

YAP xəbərləri
19 Aprel 13:12

Siyasət
19 Aprel 12:27

Siyasət
19 Aprel 12:13

Analitik
19 Aprel 11:58

İqtisadiyyat
19 Aprel 11:43

İqtisadiyyat
19 Aprel 11:29

İqtisadiyyat
19 Aprel 11:16

MEDİA
19 Aprel 10:51

Gündəm
19 Aprel 10:45

Analitik
19 Aprel 10:39

Analitik
19 Aprel 10:17

Sosial
19 Aprel 09:54

Analitik
19 Aprel 09:34

Sosial
19 Aprel 09:12

Analitik
19 Aprel 08:57

Ədəbiyyat
19 Aprel 08:20

Dünya
18 Aprel 23:41

Mədəniyyət
18 Aprel 23:35

YAP xəbərləri
18 Aprel 23:12

Siyasət
18 Aprel 22:51

YAP xəbərləri
18 Aprel 22:29

Sosial
18 Aprel 22:14

Dünya
18 Aprel 21:53

YAP xəbərləri
18 Aprel 21:37

Siyasət
18 Aprel 21:19

YAP xəbərləri
18 Aprel 20:55

Xəbər lenti
18 Aprel 20:11

Dünya
18 Aprel 19:47

Analitik
18 Aprel 19:42

YAP xəbərləri
18 Aprel 19:24

İdman
18 Aprel 19:15

YAP xəbərləri
18 Aprel 18:37

Siyasət
18 Aprel 18:10

Xəbər lenti
18 Aprel 17:24

YAP xəbərləri
18 Aprel 17:23

İqtisadiyyat
18 Aprel 17:22

YAP xəbərləri
18 Aprel 17:16

YAP xəbərləri
18 Aprel 17:14
YAP xəbərləri
18 Aprel 16:57

Gündəm
18 Aprel 16:55

YAP xəbərləri
18 Aprel 16:35

YAP xəbərləri
18 Aprel 16:21

İdman
18 Aprel 16:06

Sosial
18 Aprel 16:02

Xəbər lenti
18 Aprel 15:55

Siyasət
18 Aprel 15:45

YAP xəbərləri
18 Aprel 15:42

Gündəm
18 Aprel 15:28

Sosial
18 Aprel 15:05

YAP xəbərləri
18 Aprel 15:00

İqtisadiyyat
18 Aprel 14:41

Gündəm
18 Aprel 14:28

Sosial
18 Aprel 13:51
