Respublika polad magistralının kollektivi YAP-ın yubileyini yüksək səviyyədə qeyd edirlər
01.11.2012 [00:43]
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Yeni Azərbaycan Partiyasının yaranmasının 20-cu ildönümünə həsr olunmuş yığıncaq keçirilib. Tədbirə partiyanın Nəsimi rayon təşkilatının və dəmir yolundakı partiyanın ərazi ilk partiya təşkilatının fəalları qatılıb. Tədbir Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin I müavini Əlirza Süleymanov açıb. O, bildirib ki, bu günlərdə ölkənin hər yerində Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü böyük təntənə ilə qeyd olunur. Ümummilli liderimiz Heydər Əliyevin Sədrliyi ilə 20 il əvvəl yaranan partiya ölkəmizi bir çox bəlalardan xilas edib: “Bu əlamətdar gündə tarixə qısa ekskurs etmək zərurəti var. Qayıdış ərəfəsi ölkə idarəolunmaz bir həddə çatmışdı. Xatırlayırsınızsa, o vaxt respublikanın bir qrup ziyalısı Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevə müraciət etdi. Müraciətdə yeni bir partiyanın yaradılması və o partiyaya Heydər Əliyevin sədrlik etməsi arzuları ifadə olunurdu. Əvvəlcə buna razılıq verməyən möhtərəm Heydər Əliyev sonralar insanların çoxsaylı xahişlərini müsbət cavablandırdı. Nəhayət, 1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və cənab Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Sonrakı hadisələri sadalamağa ehtiyac yoxdur. Onun yenidən siyasi hakimiyyətə qayıdışı ərəfəsində ölkənin bütün sütunları laxlamışdı. Vəziyyət çətin olsa da, ondan çıxış yolu da vardı. Bu da cənab Heydər Əliyevin siyasi iradəsi, çoxillik səriştəsi, idarəetmə bacarığı idi. Xalq da bunu bildiyindən bu sonuncu ümiddən möhkəm yapışmış, Onu təkidlə siyasi olimpə gətirmişdi. Heydər Əliyevin qayıdışı ilə ölkənin həyatında yeni bir ab-hava yarandı.
Bütün bunlar asanlıqla başa gəlmirdi. Ölkədə normal iş və yaşayış atmosferi bərqərar olana kimi Ümummilli liderimiz gecəli-gündüzlü çalışdı. Həm ölkəmiz dünyanın siyasi mənzərəsində öz yerini müəyyən etdi, həm Azərbaycan bir çox beynəlxalq təşkilatların, o cümlədən, Avropa Şurasının tam hüquqlu üzvü oldu, həm də ölkənin iqtisadi həyatı dirçəlməyə başladı. Xarici iqtisadi sərmayələrin ölkəyə axını məhz o böyük şəxsiyyətin yaratdığı stabillik sayəsində mümkün oldu. Əsrin ən böyük layihələrindən olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin əsası da məhz böyük şəxsiyyətin iştirakı ilə qoyulmuşdu.
Ümummilli lider iqtisadiyyatın dirçəldilməsinə xüsusi önəm verirdi. O, həmişə bildirirdi ki, iqtisadiyyatı güclü olmayan dövlət öz yerini müəyyən edə bilməz. İqtisadiyyatın bütün sahələri kimi dəmir yolunda da bu illər ərzində bir çox nəhəng işlərin görülməsi məhz Onun qayğısı və nəzarəti sayəsində mümkün olmuşdu. 1996-cı ildən üzü bəri dəmir yolunda aparılan islahatların birbaşa səbəbkarı Heydər Əliyev olmuşdu.
Respublika polad magistralının kollektivləri Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş bayram tədbirlərini yüksək səviyyədə qeyd edirlər. Dəmiryolçular bu böyük şəxsiyyətin hakimiyyətdə olduğu illər ərzində polad magistralın inkişafı üçün gördüyü irimiqyaslı işləri yaxşı xatırlayırlar.
Biz hamımız yaxın tarixin həm müşahidəçiləri, həm də iştirakçılarıyıq. Bu hadisələr bizim gözümüzün qarşısında baş verib. Ümummilli liderimiz Heydər Əliyev yenidən siyasi rəhbərliyə qayıtmaqla, əslində, ölkəmizi sürükləndiyi uçurumdan xilas etdi. Bir tərəfdən xarici düşmənlə üz-üzə qalan ölkəmiz, eyni zamanda daxildəki səriştəsiz rəhbərlərin ucbatından biganəlik burulğanına yuvarlanmışdı. Artıq bunlar arxada qalıb. Ölkəmiz bu illər ərzində bir çox daxili və xarici siyasət sahəsində uğurlar əldə edib. Onun alternativi olmayan siyasəti bu gün də davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhz Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə ölkəmizin demokratik imicinin möhkəmlənməsini təmin edir”.
Sonra “Azərbaycan Dəmir Yolları” QSC Kardlar şöbəsinin rəisi, YAP-ın ərazi ilk partiya təşkilatının sədri, YAP Nəsimi rayon təşkilatının İH-nin üzvü Xeyrulla Hümbətov çıxış edib. O, bildirib ki, Yeni Azərbaycan Partiyasının dəmir yolundakı ərazi ilk partiya təşkilatı indi ən monolit özəklərdən biridir və məhz o çətin illərdə yaradılıb: “1996-cı il iyun ayının 25-də, o vaxtlar “Azərbaycan Dəmir Yolu”nun rəis müavini olan, indiki nəqliyyat naziri Ziya Məmmədovun böyük dəstəyi ilə təsis konfransı keçirildi və dayaq dəstəsi 43 nəfərlə fəaliyyətə başladı. İndi bizim təşkilatımız Yeni Azərbaycan Partiyasının ən fəal təşkilatlarından biridir və bu gün öz sıralarında 8 minə yaxın üzvü birləşdirir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovun rəhbərliyi ilə dəmiryolçular Yeni Azərbaycan Partiyasının ideyalarına sədaqətlə xidmət edirlər. Dəmiryolçular durmadan partiyanın sıralarına daxil olmaq üçün müraciət edirlər. Sünki onların Ümummilli lider Heydər Əliyev ideyalarına sadiq qalmalarının dərin kökləri var. O, hakimiyyətdə olduğu bütün dövrlərdə nəqliyyatın, onun bir qolu olan dəmir yolu kimi nəhəng qurumun inkişaf etdirilməsinə daim qayğı göstərmişdir. Bu qayğı indi də Azərbaycan Respublikasınıfn Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, “Azərbaycan Dəmir Yolları” QSC Həkim-Sanitar Xidmətinin rəis müavini Dilşad Əsgərova, Biləcəri stansiyasının rəisi Əli Qasımov, Yeni Azərbaycan Partiyasının “ADY” QSC-dəki ərazi ilk partiya təşkilatının Gənclər Şurasının üzvü Vüsal Sadıqov çıxış edərək Yeni Azərbaycan Partiyasının fəaliyyət göstərdiyi 20 il ərzində Azərbaycan cəmiyyətində oynadığı roldan danışıblar.
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

