Müttəfiqlik nümunəsi
21.08.2024 [12:54]
Samir Vəliyev
Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri
Azərbaycanın qonşu dövlətlərlə xoş mərama əsaslanan siyasətinin müsbət təzahürlərini Rusiya ilə münasibətdə də görmək mümkündür. Azərbaycan və Rusiya həm yaxın qonşular, həm də mehriban dostlardır. Əlamətdar haldır ki, iki ölkənin münasibətləri getdikcə möhkəmlənir və zamanın dəyişən çağırışlarına uyğun olaraq yeni çalarlarla daha da zənginləşir. Azərbaycanla Rusiya arasında müxtəlif istiqamətləri əhatə edən münasibətlər onilliklər ərzində sınaqdan çıxan tarixi ənənələrə söykənir.
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərinə gəlməsi bir sıra nöqteyi-nəzərdən diqqət çəkir. Bunu ilk növbədə regional və qlobal səviyyədə Azərbaycana artan inam göstəricisi kimi dəyərləndirə bilərik. Azərbaycan regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə yönələn siyasət həyata keçirir. Bu kontekstdə qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Milli maraqlarını qətiyyətlə qoruyan, daim müstəqillik və suverenlik prinsiplərindən çıxış edən respublikamız bütün tərəflərlə yaxşı münasibətlər qurmaq niyyətindədir və bu siyasət özünün gözəl nəticələrini verir. Bu gün Azərbaycanın həm Qərblə, həm də Rusiya və digər ölkələrlə yaxşı əlaqələri var. Ölkəmizin müxtəlif beynəlxalq təşkilatlarda təmsilçiliyi yüksək səviyyədədir. O cümlədən Azərbaycan həm BRİKS, ŞƏT kimi platformalarda iştirak edir, həm də Avropa İttifaqı və Qərbin digər qurumları ilə əməkdaşlıq əlaqələrini möhkəmləndirir. Bu gün respublikamız tərkibində 120 dövləti birləşdirən Qoşulmama Hərəkatının ən fəal üzvlərindən biridir.
Bu gün Azərbaycanla Rusiya mədəni və humanitar sahələr də daxil olmaqla çoxtərəfli əməkdaşlıq əlaqələrinə malikdirlər. Bu əlaqələrdə iqtisadi sektor, heç şübhəsiz ki, öndə gəlir. İki ölkə arasında ticarət dövriyyəsi 2022-ci illə müqayisədə 2023-cü ildə 17 faiz artaraq 4,5 milyard dollar səviyyəsinə yüksəlib. 2024-cü ildə isə daha yüksək nəticələr gözlənilir. Burada sənaye, kənd təsərrüfatı, turizm sahəsində əməkdaşlığın genişlənməsinin, yük daşımalarının həcminin artmasının önəmini xüsusi qeyd edə bilərik. Bu məqamda vurğulamaq istərdik ki, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artması müstəsna olaraq iki ölkənin potensialına əsaslanır.
Azərbaycanla Rusiyanın sıx əməkdaşlıq etdiyi mühüm istiqamətlərdən biri “Şimal-Cənub” dəhlizi üzrədir. İndiyədək Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda ölkəmizdə bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi istiqamətində fəal çalışmalar həyata keçirilir.
Prezident İlham Əliyevin beynəlxalq arenada yürütdüyü siyasət, məharətli diplomatiyası nəticəsində Azərbaycan qarşısında duran tarixi vəzifələrin həllinə nail olub, ərazi bütövlüyünü və suverenliyini təmin edib. Ölkəmizin yaratdığı reallıqlar regionun gələcəyi üçün yeni perspektivlər açıb. Dövlətimizin başçısı mətbuata bəyanat zamanı bildirib: “Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır”.
Rusiya Prezidenti Vladimir Putin də Azərbaycan haqqında xoş sözlər səsləndirib, əlaqələrimizin inkişafını yüksək qiymətləndirib. Bütövlükdə, Azərbaycan-Rusiya münasibətləri müttəfiqlik prinsiplərinə uyğun olaraq inkişaf edir.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

