YAP Nizami rayon təşkilatının gənclərindən növbəti internet aksiya...
11.12.2012 [00:44]
Gənclər müxtəlif beynəlxalq təşkilatların, insan hüquqları sahəsində ixtisaslaşmış təşkilatların və media qurumlarının elektron ünvanlarına Azərbaycanda hüquq və azadlıqların təmin və qorunması, həmçinin, Ermənistanın təcavüzü nəticəsində hüquqları pozulmuş 1 milyondan artıq insanın vəziyyətilə bağlı materiallar göndəriblər
YAP Nizami rayon təşkilatının gəncləri 10 dekabr - Ümumdünya İnsan Hüquqları Günü ilə bağlı internet aksiyası keçirib. Aksiyadan əvvəl “dəyirmi masa” keçirilib. Azərbaycanda insan hüquqlarının vəziyyətilə bağlı müzakirələr aparan gənclər vurğulayıblar ki, bu gün respublikamızda insanların funmadental hüquq və azadlıqları yüksək səviyyədə qorunur, təmin edilir. Qeyd edilib ki, 1998-ci ilin fevralın 22-də Ümummilli lider Heydər Əliyev “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanda ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, aparılan genişmiqyaslı islahatlar nəticəsində insan hüquqlarının müdafiəsi sisteminin yaradılması zəruriliyi göstərilərək, bu sahədə inkişafın istiqamətləri müəyyən edilib. Bu Fərmanın məntiqi davamı olaraq Azərbaycan Prezidentinin 1998-ci ilin 18 iyun tarixli Sərəncamı ilə Azərbaycanın ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramına əsasən həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə İnsan hüquqları üzrə müvəkkil təsisatı, İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu yaradılıb, insan hüquqları üzrə ədəbiyyatın nəşr edilməsinə, kütləvi informasiya vasitələrində bu mövzunun geniş işıqlandırılmasına, əhali arasında insan hüquqlarına dair geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə, dövlət orqanları fəaliyyətinin insan hüquqlarının təmin edilməsi baxımından təkmilləşdirilməsinə təkan verilib.
2006-cı il dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə xidmət edib. 2011-ci il dekabrın 27-də Azərbaycan Prezidentinin təsdiq etdiyi Milli Fəaliyyət Proqramı isə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsinə yönəlib.
Bildirilib ki, Azərbaycanın Konstitusiyasında, eləcə də, qanunvericilik səviyyəsində təsbit olunmuş hüquq və azadlıqlar vətəndaş cəmiyyətinin sürətli inkişafına, həmçinin, vətəndaş-dövlət münasibətlərinin keyfiyyətcə mükəmməlləşməsinə gətirib çıxarıb.
Xüsusi olaraq, diqqətə çatdırılıb ki, Azərbaycanda mövcud olan geniş hüquq və azadlıqlardan, demokratik şəraitdən sui-istifadə edən radikal müxalifət nümayəndələri ölkəmizin imicinə xələl gətirmək niyyətindədirlər. Gənclər deyiblər ki, müxtəlif ölkələrin səfirlərilə və nümayəndələrilə görüşlər keçirən radikal müxalifət təmsilçiləri Ermənistanın təcavüzü nəticəsində hüquqları pozulmuş 1 milyondan artıq insanın vəziyyətilə bağlı deyil, yalnız korporativ maraqları naminə cədlər göstərirlər.
Müzakirələrdən sonra YAP Nizami rayon təşkilatının gəncləri müxtəlif beynəlxalq təşkilatların, insan hüquqları sahəsində ixtisaslaşmış təşkilatların və media qurumlarının elektron ünvanlarına Azərbaycanda hüquq və azadlıqların təmin və qorunması, həmçinin, Ermənistanın təcavüzü nəticəsində hüquqları pozulmuş 1 milyondan artıq insanın vəziyyətilə bağlı materiallar göndəriblər.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45

