Xalqımızın müdrik seçimi
15.10.2024 [14:56]
Arif Kərimov,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon Təhsil Sektoru ərazi partiya təşkilatının üzvü, partiya veteranı
Məlumdur ki, 2003-cü il oktyabrın 15-də Prezident seçkilərində böyük əksəriyyətin öz səsini İlham Əliyevə verməsi xalqın Ulu Öndər ideyaları işığında yaşamaq istəyinin təzahürü idi. Azad, şəffaf, demokratik prinsiplər əsasında keçirilən seçkilərdə qalib gələn cənab İlham Əliyev oktyabr ayının 31-də paytaxtın Respublika sarayında müasir Azərbaycanın qurucusu, böyük şəxsiyyət Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu şərəflə, vicdanla davam etdirəcəyinə sədaqət andı içdi: "Azərbaycan Respublikasının Prezidenti seçilməyimdə mənə göstərilmiş bu böyük etimada görə Azərbaycan seçicilərinə, Azərbaycan vətəndaşlarına, bütün Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirirəm. Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm. Heydər Əliyevin siyasətini davam etdirəcəyəm... Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik".
Yüksək səs çoxluğu ilə Prezident seçilən, xalqa ilk müraciətində "Mən hər bir azərbaycanlının prezidenti olacağam!", - deyən İlham Əliyev ölkə rəhbərliyinə başladığı ilk gündən müstəqil Azərbaycanı yeni inkişaf mərhələsinə yüksəltdi, ulu öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasını uzaqgörənliklə həyata keçirməyə başladı. Ölkədə demokratiya, siyasi plüralizm, söz azadlığı təmin olundu. Azərbaycanın qüdrətli, nüfuzlu dövlətə çevrilməsi istiqamətində mühüm işlər görüldü, ölkə iqtisadiyyatı möhkəmləndirildi, beynəlxalq münasibətlər genişləndirildi, yeni əməkdaşlıq əlaqələri quruldu, ordu quruculuğu sahəsində genişmiqyaslı islahatlar aparıldı, milli ordunun maddi-texniki bazası möhkəmləndirildi. Bütün bunların fonunda ölkə başçısı Azərbaycanın Ermənistan tərəfindən torpaqlarının işğalı ilə barışmayacağını, nəyin bahasına olur-olsun ərazilərini düşməndən azad edəcəyini mötəbər kürsülərdən qətiyyətlə bəyan etdi. Bu illər ərzində tərəqqiyə, inkişafa, quruculuğa, əmin-amanlığa doğru uzun yol qət edildi. Qarşıya çıxan hər bir problemin həlli istiqamətində məqsədyönlü iş aparıldı.
Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müasir Azərbaycanın artan nüfuzu, bölgədəki mövqelərinin möhkəmlənməsi onu irəliyə, hərtərəfli inkişafa doğru aparır. Genişmiqyaslı islahatlar iqtisadiyyatın dinamik inkişafını təmin edib, Ümumi Daxili Məhsul artıb. Qarşıya qoyulan hədəflərə çatmaq üçün bütün vəzifələr uğurla icra olunur, sənaye potensialının inkişafı istiqamətində əhəmiyyətli addımlar atılır. Bu gün Azərbaycanın xarici investorlar üçün cəlbediciliyini ölkəmizə yatırılan xarici investisiyaların həcminin gündən-günə artması bir daha sübut edir. Beynəlxalq səviyyəli irimiqyaslı layihələrin həm təşəbbüskarı, həm də icraçısı olan dövlətimizin valyuta ehtiyatları, büdcə gəlirləri çoxalıb. Görülən işlər, qəbul edilmiş proqramlar, həyata keçirilən infrastruktur layihələr, sahibkarlara göstərilən dəstək, investisiya mühitinin təkmilləşdirilməsi iqtisadi, eyni zamanda siyasi sahədə uğurların qazanılmasına əlverişli şərait yaradıb. Ölkədə gedən proseslər, dünyada baş verənlərə təsir imkanlarımızın genişlənməsi Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir. Demokratik cəmiyyət, hüquqi dövlət, insan haqlarının aliliyi, siyasi plüralizm prinsiplərini rəhbər tutaraq dünyanın ən qabaqcıl, qüdrətli dövlətləri ilə ayaqlaşan Azərbaycanın mövqeyi nəinki regionun, eləcə də dünyada əsas strateji və qlobal problemlərin həllində nəzərə alınır, Cənubi Qafqazda beynəlxalq, irimiqyaslı layihələr ölkəmizin iştirakı və milli maraqlarına uyğun olaraq həyata keçirir. Bu gün Azərbaycan milliliklə dövlətçiliyin bir-birinə qovuşduğu, xalqla dövlət arasında sarsılmaz birliyin təzahürü olan ideal ölkədir. Milli dəyərlərin dirçəldilməsi, əhalinin rifah halının gündən-günə yüksəldilməsi, milli maraqların reallaşdırılması müasir Azərbaycanı dünyəvi, beynəlxalq birliyə inteqrasiya edən, demokratik əsaslara sadiq olan ölkə kimi inkişaf etdirir. Dövlət başçısının sülhsevər xarici siyasətinin əsasında, ilk növbədə, milli müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, faydalı iqtisadi, elmi və mədəni əməkdaşlığın qurulması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanır. Prezident İlham Əliyevin hər bir qərarı, hər bir addımı Azərbaycan dövlətinin dayaqlarının möhkəmlənməsinə, müstəqilliyimizin inkişafına və dövlətçilik tariximizin qorunub saxlanmasına xidmət edir. Milli maraqlarının həyata keçirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılması, güclü dövlət və müasir cəmiyyətin formalaşdırılması dövlət siyasətinin mühüm istiqamətidir. İştirak etdiyi beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafeyini bütün sahələrdə uğurla müdafiə edən ölkə başçımız öz əməli işi ilə Azərbaycan xalqının mətin iradəyə, sarsılmaz ruha, intellektual potensiala malik bir xalq olduğunu sübut etdi. Azərbaycanın haqq səsini dünyaya çatdıran, erməni yalanlarını bütün dünyada ifşa edən İlham Əliyevin yüksək liderlik xüsusiyyətləri, müstəqil və qətiyyətli siyasəti, diplomatik məharəti təkcə öz ölkəsində deyil, bütün dünyada yüksək qiymətləndirilir. Müdrik siyasətin nəticəsidir ki, Vətən müharibəsində Azərbaycan BMT Nizamnaməsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməklə Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı, ərazi bütövlüyünü və eyni zamanda tarixi ədaləti bərpa etdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən və 27 il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını təkbaşına nail oldu. İkinci Qarabağ müharibəsi 10 noyabr 2020-ci il tarixində Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələndi.
İkinci Qarabağ müharibəsi dövlətimizin qüdrətini, ordumuzun yenilməzliyini, xalqımızın mübarizliyini göstərdi. Bütün dünya şahid oldu ki, Azərbaycan müstəqil, məqsədyönlü, gələcəyə hesablanmış siyasət yürüdür və heç bir ölkə ona diktə edə bilməz. 44 günlük Vətən müharibəsindən sonra müstəqil dövlətimiz diplomatiya sahəsində ardıcıl uğurlara imza atdı. Ötən il aprel ayının 23-də Laçın yolunun başlanğıcında sərhəd-nəzarət-buraxılış məntəqəsi qurmaqla ərazi bütövlüyünün tam bərpasına nail oldu. Ardınca sentyabrın 19-da keçirilən lokal antiterror tədbirlərində Xankəndidəki xunta rejiminin darmadağın edilməsi ilə xalqımıza qarşı soyqırımları törətmiş rejimin mövcudluğuna son qoyuldu. 2020-ci ildə imzalanan, düşmənin məğlubiyyətini ehtiva edən üçtərəfli Bəyanatın müddəalarının məğlub ölkə tərəfindən yerinə yetirilmədiyi təqdirdə, bunu hərbi yolla həyata keçirərək dövlətimiz bütün ərazilərində suverenliyini bərpa etdi. Tarixinin ən parlaq qələbəsinə imza atan Azərbaycan 30 il düşmən əsarətində qalmış əzəli torpaqlarında bərpa və yenidənqurma aparır. Zəngilan, Cəbrayıl, Qubadlı, Ağdam, Şuşa, ümumiyyətlə, erməni vandallığına məruz qalmış bütün ərazilərdə mühüm layihələr həyata keçirilir, yüksək keyfiyyətli, müasir texnologiyalarla təchiz edilmiş evlər, obyektlər tikilir, yollar çəkilir, yeni infrastruktur yaradılır. Erməni vəhşiliyinin qurbanı olan şəhər, kənd və qəsəbələrimiz gündən-günə dirçəlir, baş planları, kəndlərin inkişaf konsepsiyası hazırlanır və təhlükəsiz yaşayışın təmini, strateji əhəmiyyətli infrastrukturun qurulması, ətraf mühitin bərpası istiqamətində mühüm əhəmiyyətli layihələr icra olunur. "Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik", - deyən ölkə başçısı İlham Əliyevin xüsusi nəzarəti altında keçmiş məcburi köçkünlər Böyük Qayıdış Proqramı çərçivəsində mərhələli şəkildə öz dədə-baba yurdlarına qayıdırlar. Dövlət başçımız 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkünün öz doğma evlərinə qayıdacağını bildirib.
Ən əsası, bugünkü bütöv Azərbaycan ölkə başçısı İlham Əliyevin çətin, mürəkkəb, çoxşaxəli və məqsədyönlü fəaliyyətinin uğurlu nəticəsidir. Əzəli torpaqlarını düşməndən geri alan, işğaldan azad etdiyi əraziləri dünyanın ən son texnologiyaları əsasında yenidən quran qalib, qüdrətli, müstəqil Azərbaycan qətiyyətli liderinin rəhbərliyi ilə xoş sabahlara doğru irəliləyir.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
02 Noyabr 00:23
Turizm
01 Noyabr 23:41
COP29
01 Noyabr 23:27
Dünya
01 Noyabr 23:16
Sosial
01 Noyabr 22:53
Dünya
01 Noyabr 22:34
Elm
01 Noyabr 22:12
İdman
01 Noyabr 21:49
COP29
01 Noyabr 21:31
Dünya
01 Noyabr 21:10
Xəbər lenti
01 Noyabr 20:59
Dünya
01 Noyabr 20:39
Xəbər lenti
01 Noyabr 20:15
Sosial
01 Noyabr 19:54
İdman
01 Noyabr 19:37
Elm
01 Noyabr 19:12
Sosial
01 Noyabr 18:51
İdman
01 Noyabr 18:29
Xəbər lenti
01 Noyabr 18:24
Elm
01 Noyabr 18:15
İqtisadiyyat
01 Noyabr 17:54
Sosial
01 Noyabr 17:43
Xəbər lenti
01 Noyabr 17:33
Mədəniyyət
01 Noyabr 17:13
YAP xəbərləri
01 Noyabr 17:05
Dünya
01 Noyabr 16:51
Gündəm
01 Noyabr 16:42
Sosial
01 Noyabr 16:40
Sosial
01 Noyabr 16:27
İqtisadiyyat
01 Noyabr 16:24
Sosial
01 Noyabr 16:13
Xəbər lenti
01 Noyabr 16:11
Sosial
01 Noyabr 15:40
Elm
01 Noyabr 15:12
YAP xəbərləri
01 Noyabr 14:53
COP29
01 Noyabr 14:51
Sosial
01 Noyabr 14:16
Dünya
01 Noyabr 14:15
Siyasət
01 Noyabr 14:14
Gündəm
01 Noyabr 13:14
Gündəm
01 Noyabr 12:55
Mədəniyyət
01 Noyabr 12:31
Dünya
01 Noyabr 12:31
Sosial
01 Noyabr 12:30
İqtisadiyyat
01 Noyabr 12:22
Siyasət
01 Noyabr 12:21
Gündəm
01 Noyabr 11:35
Dünya
01 Noyabr 11:13
Siyasət
01 Noyabr 11:09
Gündəm
01 Noyabr 10:59
Analitik
01 Noyabr 10:47
Hadisə
01 Noyabr 10:35
İqtisadiyyat
01 Noyabr 10:34
Hadisə
01 Noyabr 10:33
Dünya
01 Noyabr 10:33
Siyasət
01 Noyabr 10:19
İqtisadiyyat
01 Noyabr 09:48
İqtisadiyyat
01 Noyabr 09:29
MEDİA
01 Noyabr 08:55
Ədəbiyyat
01 Noyabr 08:26
Siyasət
01 Noyabr 07:52
Siyasət
01 Noyabr 07:28
Maraqlı
01 Noyabr 06:48
İqtisadiyyat
01 Noyabr 06:21
Elm
31 Oktyabr 23:42
COP29
31 Oktyabr 23:11
İdman
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:41
Xəbər lenti
31 Oktyabr 22:18
İdman
31 Oktyabr 21:47