Gəncədə Yeni Azərbaycan Partiyasının 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
22.11.2024 [10:52]
Gəncədə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 32-ci ildönümü münasibətilə “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, ərazi partiya təşkilat sədrləri, ziyalılar, partiya fəalları və gənclər iştirak edib.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümünə həsr edilmiş videoçarx nümayiş olunub.
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov tədbiri giriş sözü ilə açaraq, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu partiyanın yarandığı vaxtdan qısa müddət ərzində ümumxalq partiyasına çevrildiyini bildirib. Bayram Aslanov Yeni Azərbaycan Partiyasının ölkədə ən güclü, ən monolit siyasi təşkilat olduğunundan və ictimai nüfuzuna görə Yeni Azərbaycan Partiyası ilə müqayisə edilə biləcək digər partiyanın mövcud olmadığından danışıb:”Ümumxalq partiyasına çevrilən, 740 minə yaxın üzvü olan YAP 32 il ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb. Ölkə Prezidenti, Partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə YAP böyük nailiyyətlərə imza atıb. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər partiyanın nüfuzunu daha da yüksəldib”.
Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxış edərək, bildirib ki, Ulu Öndərin siyasi mirası olan Yeni Azərbaycan Partiyası 32 illik tarixində çətin və şərəfli missiyanın öhdəsindən layiqincə gəlib, Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətini, Prezident cənab İlham Əliyevin günbəgün yeniləşən, təkmilləşən siyasətinə dəstəyini nümayiş etdirib.
Gəncə Tibb Kollecinin direktoru, əməkdar həkim Mehman Rzayev bildirib ki, Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstək dayanır. Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın xilasının, tərəqqi yoluna çıxmasının əsası qoyuldu. Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə tarixi uğurlar əldə edən Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır.
Gəncə Dövlət Universitetinin Gənclər Təşkilatının sədri Aysu Mustafayeva Prezidentimiz cənab İlham Əliyevin rəhbərlik etdiyi partiyanın cəmiyyətdə böyük inam və etimada sahib olduğu vurğulayıb, bildirilib ki, Yeni Azərbaycan Partiyasının sıralarında olan sabahlarını, parlaq gələcəklərini görən Azərbaycan gəncliyi qarşıda duran bütün vəzifələri layiqincə və şərəflə yerinə yetiriəcək, inamla, əzmlə milli tərəqqiyə mühüm töhfələr verməkdə davam edəcəklər.
Sonra tədbirdə şəhərin ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına “Təşəkkürnamə”, YAP sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.
Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42

