Cənubi Qafqazda söz sahibi Azərbaycandır
10.01.2025 [15:44]
Elçin Əliyev,
YAP Göygöl rayon təşkilatı üzrə Qırıqlı kənd ərazi partiya təşkilatının sədri
Məlum olduğu kimi, yanvarın 7-də yerli televiziya kanallarına veriyi müsahibəsində Ölkə Prezidenti cənab İlham Əliyev keçən ilin iqtisadi nəticələrinə dair açıqlama verərək bildirdi ki, Azərbaycanın 2024-cü ildə inkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Konkret rəqəmlərə gəldikdə isə, ümumi daxili məhsul 4 faizdən çox artmışdır. Nəzərə almaq lazımdır ki, məhz qeyri-neft sənaye sektorunda artım daha yüksəkdir və bu, 7 faizdən çoxdur. Beləliklə, möhtərəm Prezidentimizin dediyi kimi, əgər biz dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzülə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı həqiqətən də uğurla inkişaf edib. Birmənalı olaraq vurğulamaq lazımdır ki, bu nailiyyətin də təməlində cənab Prezident İlhm Əliyevin həyata keçirdiyi uğurlu, düşünülmüş siyasət dayanır.
Qeyd edək ki, Azərbaycanın keçən il beynəlxalq arenada əldə etdiyi mühüm uğurlardan biri də ölkəmizin D-8 təşkilatına üzv olmasıdır. Bu təşkilat 30 ilə yaxın bundan əvvəl Türkiyənin təşəbbüsü ilə yaranmışdı və səkkiz ölkədən ibarət idi. Bu illər ərzində əlavə üzv qəbul edilməmişdi. Birinci genişlənmə qərarından sonra qəbul edilən üzv məhz Azərbaycan oldu. Möhtərəm dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycanın D-8 təşkilatına qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir. Ümumiyyətlə ölkımiz hər zaman müsəlman aləminin dəyərli üzvü olmuşdur. O cümlədən İslam Əməkdaşlıq Təşkilatı da bütün dövrlərdə Azərbaycanla bağlı çox müsbət fikirdə olub. Azərbaycan dövlətinin və şəxsən cənab Prezident İlham Əliyevin İslam həmrəyliyi ilə bağlı atdığı addımlar, ölkəmizdə İslam dininə olan hörmət, dinlərarası münasibətlər, müsəlman ölkələrinin xətti ilə bir çox tədbirlərin keçirilməsi, o cümlədən IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi – bütün bunlar əlbəttə ki, Azərbaycanın İslam dünyasında da nüfuzunu yüksəldən addımlardır. Ölkəmiz bütün beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də daim müsəlman ölkələrinin maraqlarını müdafiə edir. Azərbaycan həmçinin bir çox müsəlman ölkələrinə yardımlar edir. İstər COVID dövründə, istərsə də yaranan müxtəlif digər hallarda. Ölkəmiz Fələstin xalqının üzləşdiyi bu fəlakətlə bağlı yenə də onlara yardım göstərilməsində ön sıralarda olmuşdur. Suriyada artıq Əsəd rejiminin çökməsindən, yeni hökumətin formalaşmasından sonra Türkiyənin ardınca ikinci ölkə Azərbaycan oldu ki, oraya humanitar yardım göstərdi və cənab Prezident xüsusi qeyd etdi ki, biz istənilən digər yardımları da göstərməyə hazırıq. Azərbaycan bütün müsəlman ölkələrinin maraqlarını öz maraqları kimi qəbul edir və məhz bu amil də D-8-in genişlənməsi siyasətindən sonra birinci seçimin Azərbaycan üzərinə düşməsində mühüm rol oynayıb. Artıq D-8 həm Qafqaz, həm də Xəzər regionuna genişlənib və cənab Prezident İlham Əliyevin dediyi kimi, coğrafiyamız nə qədər geniş olsa, imkanlarımız da o qədər geniş olacaq.
Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan həm özünün, həm də ümumilikdə Cənubi Qafqazın tarixində müharibə səhifəsini birdəfəlik bağlamaq üçün əlindən gələni edir. Möhtərəm dövlət başçımızın dediyi kimi, biz sülh istəyirik. Ancaq görürük ki, Ermənistanın həm özü, həm də onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan silahlandırılaraq, bölgə üçün yenidən real təhdid mənbəyinə çevrilir. Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. Ermənistanın birinci prezidenti etnik təmizləməni bir qürur mənbəyi kimi qələmə verir, azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarından qovulması ilə öyünür. Bu videomaterial yeni ictimailəşdirilib. Lakin, cənab Prezident İlham Əliyevin dediyi kimi, bunu Ermənistanda da bilirdilər, Ermənistanın müttəfiqləri, havadarları da təbii ki, bilirdilər və onlar bu fikirləri bölüşürdülər. Azərbaycana qarşı 30 illik işğalçılıq siyasəti, sadəcə olaraq, Ermənistan məhsulu deyil, onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur. Belə bir faşist dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Həm də bu təhlükə təkcə Azərbaycanı deyil, bütün region xalqlarını təhdid edir. Buna görə də faşizm məhv edilməlidir. Əgər Ermənistan hökuməti bunu etməsə, bu zaman Azərbaycan erməni faşizmini özü məhv etməli olacaq.
Xəbər lenti
Hamısına baxDünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00

