Ölkələrimiz bir-birinə daha yaxın olacaq
08.04.2025 [09:35]
Samir Qocayev,
YAP Goranboy rayon təşkilatının sədri
Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin aprelin 2-də Azərbaycana rəsmi səfəri iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacaq. Azərbaycanla Almaniya arasında iqtisadi sahədə əməkdaşlığın yüksək səviyyədə olması səfər çərçivəsində keçirilən görüşlərdə, mətbuata bəyanatda xüsusi qeyd edildi. Cənab İlham Əliyev bildirdi ki, iqtisadi sahədə əldə edilmiş nəticələr bizi ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində. Almaniya şirkətlərinin çox böyük təcrübəsi var. Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir: “Bildiyiniz kimi, keçən il Azərbaycan COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi etmişdir. Bu istiqamət üzrə də bizim Almaniya ilə çox fəal əməkdaşlığımız olub. COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir və bu konfrans böyük, uğurlu nəticələrlə zəngin idi. İştirak etməyən yeganə ölkə Ermənistan olmuşdur. Bu da təbii olaraq təəssüf hissi doğurur. Çünki xüsusilə indiki şəraitdə - Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin uğurla getdiyi bir zamanda Ermənistan tərəfinin bu beynəlxalq konfransı boykot etməsi başadüşülən deyildi. Bu gün bu məsələ də müzakirə olundu və Azərbaycanın mövqeyi Almaniya tərəfinə çatdırılmışdır”.
Almaniya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr arasında ikinci yeri tutur. Azərbaycan artıq Cənub Qaz Dəhlizi çərçivəsində Avropaya mühüm təbii qaz tədarükçüsüdür. Son illər Prezident İlham Əliyev beynəlxalq əlaqələrin, o cümlədən Almaniya ilə sıx əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. Prezident İlham Əliyevin Berlinə səfərlərinin say tərkibinə diqqət yetirmək kifayətdir. Hər bir səfər çərçivəsində keçirilən görüşlərdə gündəmə gətirilən məsələlər, müəyyənləşdirilən hədəflər, imzalanan sənədlər münasibətlərdə yeni səhifənin başlanmasında əsasdır.
Onu da qeyd edək ki, Azərbaycan Mərkəzi Asiya və Qafqaz vasitəsilə Çin və Avropanı birləşdirən Orta Dəhliz marşrutunun inkişafında əsas rol oynayır. Almaniya da öz logistik imkanlarını bu marşrutla inteqrasiya etməkdə maraqlıdır. Beləliklə, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanlar yaranır. Almaniya Prezidenti Frank-Valter Ştaynmayer bununla bağlı fikirlərini belə ifadə etdi ki, Azərbaycan inkişaf edərək mühüm məkana çevrilib və buradan olduqca vacib ticarət yolları keçir, öz növbəsində həmin amil dünyanın birləşməsinə əsas ola bilər: “Biz iqtisadi-ticari münasibətlərimiz haqqında danışdıq. Yalnız Mərkəzi Asiya ilə deyil, həm də Uzaq Şərqlə, o cümlədən Cənub-Qərbi Asiya və Çinlə Almaniyanın ticarət əlaqələrində ölkənizin rolu var. Bilirik ki, hazırkı mövcud yolların imkanları məhduddur. Ölkənizdən keçən yollar, həmçinin Orta Dəhlizin rolu alman iqtisadiyyatı üçün vacibdir, yaxşı perspektivdir və bu, daha maraqlı olacaq”.
Dövlət başçısı İlham Əliyev sözügedən səfərin iki ölkə arasında əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcəyini bildirdi: “Əminəm ki, bu səfərin çox müsbət nəticələri olacaqdır. İkitərəfli münasibətlərimizin tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir. Əminəm ki, səfərin yekunları bizim ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir”.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

