Azərbaycan ilə Çin münasibətləri dərin və perspektivli tərəfdaşlıq nümunəsidir
30.04.2025 [23:12]
Gündüz Bayramov,
YAP Samux rayon təşkilatının sədri
Azərbaycan ilə Çin arasında mövcud olan strateji tərəfdaşlıq münasibətləri Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar yaradır. Azərbaycan Çini Qlobal Cənubun lideri hesab edir və bu mövqedən çıxış edərək çoxtərəfli beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verir. Bu baxımdan Prezident cənab İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri Azərbaycanın qlobal mövqeyini gücləndirəcək mühüm tarixi hadisəyə çevrildi. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və əldə olunan bir çox razılaşmalar Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə və bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə xidmət edir.
25 aprel 2025-cil tarixində Azərbaycan Prezidenti İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində Azərbaycan ilə Çin arasında olan səmimi münasibətlərdən, bağlanmış iqtisadi müqavilə və layihələrdən bəhs edərək “Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir” söyləmişdir. Müsahibədə təhsil sahəsindəki əlaqələrə də toxunulub. Qeyd edilib ki, bu gün hər iki ölkədən təhsil alan 100-dən çox tələbə var. Bunun çox az olduğunu bildirən Prezident İlham Əliyev onların sayının artacağına əminliyini bildirib. Qeyd edib ki, “Azərbaycandan daha çox sayda tələbənin buraya gəlməsi üçün böyük imkan var. Həmçinin, zənnimcə, Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək yaxşı fikir olar. Hazırda biz bu imkanın dəyərləndirilməsi mərhələsindəyik. Lakin sözsüz ki, insanlar nə qədər çox səyahət edirlərsə, mədəniyyət, xalq barədə nə qədər çox bilirlərsə, ölkələr arasında əlaqələr bir o qədər də daha sıx olur. Çünki, bəli, biz siyasi qərarlar qəbul edirik, strateji tərəfdaşlarıq. Biz liderlər və hökumətlər olaraq dostuq. Lakin bizim xalqlarımızın da daha çox yaxınlaşmasına, onların da dost olmasına ehtiyacımız var”. Qeyd edək ki, Azərbaycanın ali təhsil müəssisələrində yerli vətəndaşlarla yanaşı 84 xarici ölkədən 5,5 min tələbə təhsil alır.
Bu müsahibə ölkə başçısının mühüm mesajları ilə yadda qaldı. Müsahibədə səsləndirilən fikirlər Azərbaycanın daxili və xarici siyasət uğurlarının fonunda hazırda çoxqütblü dünyada ölkəmizin yerinə və roluna işıq saldı. Prezident cənab İlham Əliyev bu müsahibəsində ölkəmizin çox güclü təməllər üzərində dayandığını diqqətə çatdırdı. CGTN telekanalına geniş müsahibəsində Cənab Prezident, həmçinin Azərbaycanın Çinin “Bir kəmər, Bir yol” təşəbbüsünü açıq şəkildə dəstəkləyən ilk ölkələrdən biri olduğunu vurğuladı və eyni zamanda, bu layihə çərçivəsində elektron ticarətə, infrastruktur bağlantılarına, malların idxal-ixrac daşınmalarına toxunaraq, Çinin hal-hazırda idxal baxımından bir nömrəli və ticarət dövriyyəsi baxımından 4-cü tərəfdaşımız olduğunu bildirdi.
Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən çox strateji coğrafiyada, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşdiyini, eləcə də Mərkəzi Asiya və Qərbi Çin üçün çox mühüm birləşmə nöqtəsi olduğunu vurğulayan dövlətimizin başçısı, ölkəmizin bu regiondakı üstünlüklərini və oynamaq istədiyi rolu necə gördüyünü də sözügedən müsahibəsində açıqladı. Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərimizin perspektivlərindən və Qlobal Cənubun üzvü olmağımızdan və onun maraqlarını müdafiə etməyimizdən danışdı. Prezident bildirdi ki, biz Şanxay Əməkdaşlıq Təşkilatına daha yaxın olmaq istəyirik. Bizim təşkilatla yaxınlığımız həm təşkilat, həm də Azərbaycan üçün faydalı ola bilər.
Müsahibədə Prezident İlham Əliyev Çin Xalq Respublikası ilə əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə əminliyini ifadə etdi. Azərbaycan-Çin münasibətləri qarşılıqlı etimada, strateji baxışa, ümumi maraqlara əsaslanan dərin və perspektivli tərəfdaşlıq nümunəsidir. İki ölkə arasında olan əməkdaşlıq gələcək illərdə də regional sabitlik, iqtisadi inkişaf və mədəni yaxınlaşma baxımından mühüm rol oynamağa davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

