/ / Şəmkirdə Vətən müharibəsi şəhidi Babək Namazova həsr olunan "Cəsur Vətən oğlu” kitabının təqdimatı keçirilib
Şəmkirdə Vətən müharibəsi şəhidi Babək Namazova həsr olunan "Cəsur Vətən oğlu” kitabının təqdimatı keçirilib
16.05.2025 [17:19]
15 may 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası, YAP Şəmkir rayon təşkilatının qərərgahında Vətən müharibəsi şəhidi, XTQ giziri Babək Səhman oğlu Namazovun həyat və döyüş yolundan bəhs edən “Cəsur Vətən oğlu” kitabının təqdimatını keçirilib. Babək Namazovun Vətən sevgisi, torpaq andı, vətəndaşlıq missiyası və ən əsası, qorxmaz, cəsur əsgər əzmi geniş anlamda xarakterizə edilib.
Təqdimat mərasimində şəhidin ailə üzvləri, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin VəliyevYAP fəalları, rayon icra hakimiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, şəhidlərimiz bizim ən uca zirvəmizdir. Şəmkir şəhidləri barədə də məlumat verən F.Vəliyev qeyd edib ki, 331 şəmkirli canını vətən yolunda qurban verib şəhidlik zirvəsinə ucalıblar. Babək Namazovun qəhrəmanlığı haqda da danışan rayon təşkilatının sədri qəhrəman şəhidimizin 6 medalla və Azərbaycan Bayrağı ordeni ilə təltif edildiyini qeyd edib.
Sonra Fəxrəddin Vəliyev Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun şücaəti ilə Vətən müharibəsində xalqımızı və dövlətimizi şanlı qələbəyə aparan yoldan danışıb. Adlarını zəfər tariximizə əbədi yazdıran Babək Namazov kimi qəhrəman oğulların həyat yolunun xalqımız üçün qürur mənbəyi, hər bir azərbaycanlı gənc üçün örnək olduğunu vurğulayıb.
Şair-publisist Rəfail Tağızadə şəhidin keçdiyi döyüş yolu barədə məlumat verib.
Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova “Cəsur Vətən oğlu”nun Xatirə Kitabı ilə "Bakı-Xəbər" qəzetinin birgə layihəsi çərçivəsində nəşr olunduğunu bildirib: "Kitabda Babək Namazovun vətən və yurd sevgisi, vətəndaşlıq missiyası və ən əsası, qorxmaz, cəsur əsgər xarakteri öz əksini tapıb. Cəsur Qarabağ döyüşçüsünün həyat və qəhrəmanlığından bəhs edən kitabın gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi sahəsində böyük əhəmiyyət kəsb edəcəyinə ümid edirik".
Kitabın müəllifi Hikmət Məlikzadə şəhidlərin adının əbədiləşdirilməsinin mənəvi borc olduğunu, özünün də bu sahədə az da olsa pay sahibi olduğu üçün rahatlıq tapdığını diqqətə çatdırıb.
Mərasimdə Əliyaqublu kənd məktəbinin direktoru Ziyafət Aslanova, Əqli Mülkiyyət Agentliyinin əməkdaşı Amaliya Qəmbərova və başqaları Babək Namazov haqqında xatirələrini söyləyiblər.
Şəhidin valideynləri Sahman və Mehriban, əmisi Mehman və başqaları çıxış edərək öz minnətdarlıqlarını bildiriblər.
Mərasimdən sonra şəhidin Əliyaqublu kəndindəki məzarı ziyarət edilib.
Xəbər lenti
Hamısına baxElm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48

