TDT-də yeni strateji hədəflər: Azərbaycanın təşəbbüsləri reallığa çevrilir
26.05.2025 [13:37]
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Bu mühüm toplantı türk dövlətləri arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bir daha təsdiqləyir. Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək bir sıra strateji əhəmiyyətli məsələlərə toxunub.
Budapeşt görüşü Türk Dövlətləri Təşkilatının fəaliyyətində həm siyasi həmrəylik, həm də institusional inkişaf baxımından yeni mərhələni ifadə edir. Qeyri-rəsmi formatda keçirilsə də qəbul olunan Bəyannamə və dövlət başçılarının mesajları türkdilli ölkələr arasında birliyin gücləndirilməsi və regional əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm önəm daşıyır.
Prezident İlham Əliyev çıxışında Türk dünyasının həmrəyliyinin və qarşılıqlı dəstəyin vacibliyini vurğulamaqla yanaşı, Azərbaycanın strateji təşəbbüslərini də diqqətə çatdırıb. Azərbaycan bu birliyin güclənməsi naminə konkret addımlar atır və regional nəqliyyat, enerji, ekologiya və mədəniyyət sahələrində mühüm rol oynayır.
Azərbaycanın nəqliyyat imkanları TDT çərçivəsində əməkdaşlığın real sütunlarından birinə çevrilib. Dövlətimizin başçısının çıxışında qeyd edildiyi kimi, Xəzər dənizində 50-dən çox ticarət gəmisinə sahib olan Azərbaycan türk dövlətlərinə önəmli tranzit xidmətləri təqdim edir. Bu xidmətlərin miqyasının artırılması məqsədilə Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa olunur.
Bundan başqa, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər artırılacaq. Həmçinin, Azərbaycanda hazırda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir və yaxın vaxtlarda 9-cu hava limanının istifadəyə verilməsi gözlənilir. Onlardan 3-ü Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşir. Bu da regionun bərpası və regional inteqrasiyanın sürətlənməsi baxımından mühüm göstəricidir. Paralel olaraq 1,5 milyon ton yük qəbul etmə imkanına malik karqo terminalı da inşa olunur.
Azərbaycanın bu il ev sahibliyi edəcəyi COP29 tədbiri ilə bağlı fikirlərini bölüşən Prezident İlham Əliyev vurğulayıb ki, hazırlıq üçün cəmi 11 ay vaxt olmasına baxmayaraq bu konfransı yüksək səviyyədə təşkil etməyə nail olduq. Bu, eyni zamanda Türk dünyasının da beynəlxalq imicinə müsbət təsir göstərən hadisədir.
Budapeşt Zirvəsində qəbul olunan Bəyannamədə TDT çərçivəsində müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi yönündə iradə bir daha təsdiqlənib. Üzv dövlətlərin müvafiq strukturlarına bu istiqamətdə səyləri sürətləndirmək tapşırılıb.
Bəyannamədə, həmçinin irqçilik, ayrı-seçkilik, ksenofobiya və İslama qarşı nifrət, nifrət nitqi və dezinformasiyaya qarşı beynəlxalq platformalarda birgə mübarizənin davam etdirilməsi çağırışı da yer alıb. Bu, TDT-nin humanitar dəyərlərə sadiqliyinin və qlobal məsuliyyət daşıma istəyinin göstəricisidir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən “Bakı Prosesi”nin qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviqində uğurla həyata keçirilməsi yüksək qiymətləndirilib. Bəyannamədə bu təşəbbüsün davamlılığına və Azərbaycanın bu sahədə liderliyinə xüsusi diqqət yetirilib. Eyni zamanda, 2026-cı ildə Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə dəstək ifadə olunub.
Budapeşt Zirvəsində Prezident İlham Əliyevin çıxışı bir daha göstərir ki, Azərbaycan Türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyasında aparıcı rola malikdir. Onun liderliyi ilə irəli sürülən təşəbbüslər təkcə region daxilində deyil, həm də qlobal miqyasda Türk Dövlətləri Təşkilatının mövqeyinin güclənməsinə töhfə verir.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

