Böhrandan Dirçəlişə...
11.06.2025 [18:22]
“Azərbaycan xalqının mübarizəsi təkcə torpaq uğrunda deyil, həm də azad və güclü bir dövlət qurmaq yolunda idi. 15 İyun bu mübarizənin dönüm nöqtəsinə çevrildi.”
Xalqımızın tarixi zənginliklə doludur- mübarizələrlə, qələbələrlə, çətinliklərə qalib gəlməklə. Bu tarixlər arasında elə günlər var ki, onlar yalnız bir hadisə deyil, bütöv bir xalqın taleyinin dönüş nöqtəsi olmuşdur. 15 İyun – Milli Qurtuluş Günü məhz belə bir tarixi hadisədir. Bu gün, Azərbaycanın parçalanma təhlükəsindən xilas olub müstəqil və güclü bir dövlət kimi formalaşmasının başlanğıcıdır.
XX əsrin sonlarında Azərbaycan öz tarixi üçün kritik bir dövrə qədəm qoymuşdu. SSRİ-nin dağılması ilə ölkə müstəqilliyini qazansa da, dövlətçiliyi möhkəmləndirmək üçün ciddi maneələrlə qarşılaşdı. 1990-cı illərin əvvəlində ölkə siyasi böhran, iqtisadi çöküş və sosial gərginlik içərisində idi. Hakimiyyət uğrunda mübarizə, lider çatışmazlığı və dövlət institutlarının zəifləməsi ölkəni dağılmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.
Bu dövrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü daha da intensivləşmişdi. Qarabağda davam edən müharibə, torpaqların işğalı və yüz minlərlə insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi xalqı çıxış yolu axtarmağa vadar edirdi. Azərbaycan ordusu hələ formalaşmamışdı, daxili siyasi qüvvələr isə parçalanmış vəziyyətdə idi.
Bu çətin dövrdə Azərbaycan xalqı təcrübəli, dövlətçilik təcrübəsi olan və ölkəni böhrandan çıxara biləcək lider axtarırdı. Gözlər, keçmiş Azərbaycan SSR rəhbəri Heydər Əliyevə çevrildi. Onun 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə sosial-iqtisadi inkişafa nail olunmuş, sənaye gücləndirilmiş, milli mədəniyyət və kadr hazırlığı sahəsində mühüm addımlar atılmışdı.
Heydər Əliyev o illərdə həm ölkə daxilində, həm də beynəlxalq arenada öz prinsipial mövqeyi və uzaqgörən siyasəti ilə tanınmışdı. Xalq yaxşı bilirdi ki, onun təcrübəsi, idarəçilik bacarığı və Azərbaycan sevgisi ölkəni qurtuluş yoluna çıxara bilər. 1993-cü ildə ölkədə siyasi gərginlik pik həddə çatanda, xalqın istəyi ilə Ulu Öndər Bakıya dəvət olundu.
1993-cü ilin 15 iyununda Heydər Əliyev Azərbaycan Milli Məclisinin sədri seçildi və bu gün tarixə Milli Qurtuluş Günü kimi həkk olundu. Onun hakimiyyətə gəlişi ilə ölkədə stabillik və ardıcıl inkişaf dövrü başladı. İlk növbədə, hüquqi nizam bərpa edildi, qanunsuz silahlı qruplaşmalar ləğv olundu, dövlətin möhkəmləndirilməsi üçün vacib siyasi və iqtisadi islahatlar həyata keçirildi. Peşəkar ordu formalaşdırıldı, hərbi struktur gücləndirildi. Atəşkəsdən sonra Azərbaycan nizami ordu sisteminə keçdi, bu, 2020-ci ildəki Zəfərə aparan əsas addımlardan biri oldu.
Azərbaycanın enerji sektorunda dönüş nöqtəsi olan, 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ölkənin iqtisadi müstəqilliyini təmin etdi. 1995-ci ildə yeni Konstitusiya qəbul edildi, hüquqi dövlət quruculuğu möhkəmləndirildi.
Bu islahatlar nəinki ölkəni dağılmaqdan xilas etdi, həm də güclü Azərbaycanın əsasını qoydu.
Ulu Öndər öz nitqində qeyd edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi... Xalq özü 1993-cü ildə bu vəziyyətdən çıxış yolunu tapdı.” Heydər Əliyev vəzifəyə başlayarkən etdiyi nitqdə: “Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcəyəm” ifadəsi ilə öz missiyasını formalaşdırmışdı.
Heydər Əliyevin qurtuluş strategiyası sonrakı illərdə daha da möhkəmləndirildi. Azərbaycan artıq 1990-cı illərdə olduğu kimi böhran içində deyildi. Əksinə, ölkə sürətlə inkişaf etdi və dünyanın enerji mərkəzlərindən birinə çevrildi.
Bu gün Ulu Öndərin siyasi xətti onun varisi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bugünkü Azərbaycanın beynəlxalq arenada qazandığı uğurlar, iqtisadi sabitlik və 44 günlük Qarabağ müharibəsində qazanılan qələbə, Heydər Əliyevin qoyduğu təməllər üzərində inşa edilib. Prezident İlham Əliyevin sözləri ilə desək: “15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi. Bu gün olmasaydı, müstəqil Azərbaycan dövləti də olmazdı.”
Ulu öndərin xalqımıza bəxş etdiyi əbədi müstəqillik cənab Prezident İlham Əliyevin uğurlu siyasəti və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyeva tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində əldə edilən nailiyyətlər ilə daha da möhkəmləndirilib, ölkəmiz tarixinin ən qüdrətli dövlətinə çevrilib və hərtərəfli inkişaf üstündə qurulmuş ölkə kimi tarixi yolunu inamla davam etdirir.
Azərbaycan xalqı Ulu Öndərin xatirəsini hər zaman hörmətlə yad edir. Onun vətənə olan məhəbbəti, xalqa sadiq qalması və tarixi qəhrəmanlıqları nəsildən-nəsilə ötürülür.
15 iyun-yalnız bir tarix deyil, Azərbaycan xalqının iradəsinin, birlik ruhunun və qələbə inancının simvoludur. Bu günü anmaq, yalnız keçmişi yad etmək deyil, həm də gələcək nəsillərə vətən sevgisi, müstəqillik və vətənpərvərlik ruhunu aşılamaqdır.
Milli Qurtuluş Günümüz mübarək olsun!
Tutu Kamal qızı,
YAP Zəngilan rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

