Azərbaycanın suverenliyinin təntənəsi: 19–20 Sentyabr antiterror əməliyyatının iki illiyi
23.09.2025 [16:35]
2023-cü ilin 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı Azərbaycan Respublikasının dövlətçilik tarixində əlamətdar səhifə açdı. Yalnız 23 saat davam edən bu qətiyyətli əməliyyat nəticəsində separatçı silahlı birləşmələr tam zərərsizləşdirildi, Xankəndi də daxil olmaqla Qarabağın bütün ərazilərində Azərbaycanın suverenliyi bərpa olundu.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılmış bu əməliyyat həm hərbi qüdrətimizin, həm də xalqımızın milli iradəsinin təntənəsi oldu. Dövlət başçısının sözləri ilə desək, Azərbaycan xalqı “heç vaxt bu vəziyyətlə barışmadı və imkan vermədi ki, bizim torpaqlarımızda ikinci erməni dövləti yaradılsın”.
Xankəndidə dalğalanan üçrəngli Bayraq
15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını ucaldaraq Azərbaycan xalqına tarixi müraciət etdi. Dövlət başçısı vurğuladı ki, düz 20 il əvvəl xalqa verdiyi andı — Azərbaycanın ərazi bütövlüyünü qorumaq və Bayrağımızı işğal olunmuş bütün torpaqlarda qaldırmaq vədini — artıq şərəflə yerinə yetirmişdir.
Prezident İlham Əliyev cənablarının Xankəndi şəhərində 15 oktyabr 2023-cü il tarixi çıxışında vurğuladı ki, Azərbaycanın güclü iqtisadiyyatı və ordusu müstəqilliyin əsas dayağıdır, Qələbə şəhidlərin qanı bahasına qazanılıb, 19–20 sentyabr əməliyyatı labüd idi və Azərbaycan xalqı bu tarixi Zəfərlə həmişə fəxr edəcəkdir.
Tarixi ədalətin bərpası
Xankəndidə ucaldılan Bayraq təkcə Azərbaycanın ərazi bütövlüyünün tam təminatı deyil, həm də xalqımızın 30 ildən artıq davam edən mübarizəsinin yekun qələbəsi idi. Bu, həm də Xocalı soyqırımı qurbanlarının ruhunu şad edən, qaçqın və məcburi köçkünlərimizin doğma yurdlarına qayıdış yolunu açan tarixi ədalət idi.
Azərbaycan xalqı bu zəfəri qətiyyət, səbr, milli birlik və dövlət-xalq həmrəyliyi sayəsində əldə etdi. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, “Azərbaycan xalqı öz ləyaqətini bərpa etdi, tarixi ədaləti bərpa etdi”.
Böyük Qələbənin davamlılığı
Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd kimi şəhərlərdə yeni həyat başlanır. Dövlətimizin “Böyük Qayıdış” proqramı çərçivəsində soydaşlarımız doğma torpaqlarına qayıdır, Azərbaycan Bayrağı əbədi olaraq bu torpaqlarda dalğalanır.
19–20 sentyabr 2023-cü il antiterror əməliyyatı və 15 oktyabr 2023-cü ildə Xankəndidə Azərbaycan Bayrağının ucaldılması yalnız bir hərbi uğur deyil, həm də Azərbaycan dövlətinin müstəqilliyinin, milli iradəsinin və tarixi ədalətin təntənəsidir.
Bu gün biz bu qələbənin ikinci ildönümünü qeyd edərkən qürurla deyirik:
Qarabağ Azərbaycandır!
Azər Süleymanov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25

