Türk Dövlətləri Təşkilatı: Qlobal sabitlik və strateji əməkdaşlıq platforması
10.10.2025 [15:37]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü türkdilli dövlətlər arasında strateji həmrəyliyin və siyasi koordinasiyanın daha da möhkəmlənməsi baxımından mühüm tarixi hadisə kimi yadda qalıb. Bu mötəbər tədbir həm Türk dünyasının siyasi birliyinin nümayişi, həm də regionun geosiyasi dinamikasına təsir göstərən əlamətdar hadisə olub. TDT artıq regional əməkdaşlıq platformasından qlobal təsir gücünə malik beynəlxalq mərkəzə çevrilir.
Prezident İlham Əliyevin Zirvə çıxışı təşkilatın gələcək fəaliyyət prioritetlərini müəyyən edən, regional təhlükəsizlik, iqtisadi inteqrasiya, nəqliyyat, enerji və mədəni əməkdaşlıq istiqamətlərinə strateji baxış təqdim edən proqram xarakterli nitq idi. Dövlət başçısının vurğuladığı kimi, bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Həmin yanaşma Türk dünyasının beynəlxalq münasibətlər sistemində vahid güc kimi çıxış etməsinin əsas fəlsəfəsini özündə ehtiva edir.
Azərbaycan Prezidenti Zirvədə çıxışı zamanı Qırğız Respublikasına sədrliyi dövründə göstərdiyi səmərəli fəaliyyətə görə təşəkkürünü bildirərək, təşkilatın beynəlxalq nüfuzunun artmasından məmnunluğunu ifadə edib. TDT-nin mövqeyinin güclənməsi türk dövlətlərinin bir-birinə artan inamının nəticəsidir. Ölkəmiz də bu prosesdə öz töhfəsini verir, Azərbaycan təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürüb.
Türk ölkələrinin malik olduğu daxili siyasi və iqtisadi sabitlik, gənc və dinamik əhali, müsbət demoqrafik göstəricilər, zəngin təbii resurslar, nəqliyyat-logistika imkanları, eləcə də hərbi və texnoloji potensial bu təşkilatı qlobal miqyasda vacib güc mərkəzinə çevirir. Bu faktorlar türkdilli dövlətlərin birgə qərarvermə gücünü artırır, onları beynəlxalq siyasətdə balans yaradan mühüm aktor kimi önə çıxarır.
Sülh və təhlükəsizlik olmadan inkişaf mümkün deyil. Təşkilatın təməl sənədi olan Naxçıvan Sazişində bu prinsip prioritet istiqamət kimi müəyyən edilib. Ötən il Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul olunmuş Qarabağ Bəyannaməsi türk dövlətlərinin sülh, sabitlik və təhlükəsizlik məsələlərinə vahid mövqeyini nümayiş etdirmişdi. Qəbələ Zirvəsinin “Regional sülh və təhlükəsizlik” mövzusunun seçilməsi bu istiqamətin davamlı prioritet olduğunu göstərir.
Dünyada beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu bir dövrdə türk dövlətləri arasında hərbi və hərbi-texniki əməkdaşlığın gücləndirilməsi mühüm amilə çevrilib. Azərbaycan və Türkiyə arasında bu sahədə mövcud olan dərin əməkdaşlıq münasibətləri bunun bariz nümunəsidir. Yalnız son bir ildə 25-dən çox birgə hərbi təlimin keçirilməsi bu əməkdaşlığın praktik nəticələrini təsdiqləyir. Dövlət başçısı, həmçinin 2026-cı ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin Azərbaycanda keçirilməsini təklif edərək, bu təşəbbüsü regional təhlükəsizlik sisteminin təkmilləşməsinə yönəlmiş strateji addım kimi dəyərləndirib.
Prezident İlham Əliyev çıxışında 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfəri və 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin nəticələrini xatırladaraq bildirib ki, bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət təkcə hərbi Qələbə deyil, həm də ədalətin və beynəlxalq hüququn bərpası, Cənubi Qafqazda yeni reallıqların formalaşması deməkdir.
Dövlətimizin uğurlu siyasəti nəticəsində regionda sülh və əməkdaşlıq üçün əsaslı zəmin yaradılıb. Cənab İlham Əliyev xatırladıb ki, iki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması ilə uzun illər davam edən münaqişə tarixin arxivinə göndərilib. Bu proses ölkəmizin sülh gündəliyinə sadiqliyinin təzahürüdür.
Zirvədə səsləndirilən çıxışın mühüm hissələrindən biri də nəqliyyat, kommunikasiya və enerji təhlükəsizliyi məsələlərinə həsr olunmuşdu. Prezident İlham Əliyev vurğulayıb ki, Türk dünyasının geoiqtisadi gücünü formalaşdıran əsas istiqamətlərdən biri məhz bu sahələrdəki əməkdaşlıqdır. Azərbaycan bu gün həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal aktorudur və regionun logistika xəritəsində mühüm körpü rolunu oynayır. Ölkəmizin coğrafi mövqeyi, modern infrastruktur layihələri və tranzit imkanları türk dövlətlərini birləşdirən təbii qovşaq yaradır. 2022-ci ildən bəri Orta Dəhlizlə daşımalar 90 faiz artıb, bu da Bakı-Tbilisi-Qars dəmir yolunun, Ələt Beynəlxalq Ticarət Limanının və Xəzər donanmasının potensialı ilə sıx bağlıdır. Azərbaycan Prezidenti, həmçinin Zəngəzur dəhlizinin açılmasını regional inteqrasiyanın və yeni nəqliyyat arteriyasının mühüm elementi kimi dəyərləndirib. Bu dəhliz həm Orta Dəhliz, həm də Şimal-Cənub marşrutlarının səmərəliliyini artıracaq.
Enerji sektoruna toxunan dövlət başçısı qeyd edib ki, Azərbaycan bu gün 14 ölkəyə təbii qaz ixrac edir və bu istiqamətdə etibarlı tərəfdaş kimi tanınır. Bununla yanaşı, bərpaolunan enerji mənbələrinə – günəş, külək və su elektrik enerjisinə böyük sərmayələr cəlb olunur. 2030-cu ilə qədər enerji istehsalının 40 faizinin yaşıl mənbələr hesabına təmin edilməsi planlaşdırılır. Azərbaycan, Türkiyə və Orta Asiya ölkələrinin iştirakı ilə yaşıl enerji dəhlizi yaradılması təşəbbüsü isə bu əməkdaşlığı yeni mərhələyə daşıyır.
Türk dövlətləri arasında iqtisadi əməkdaşlıq artıq konkret nəticələr verir. Azərbaycanın təşəbbüsü ilə yaradılmış birgə sərmayə fondları və həyata keçirilən iri layihələr regional iqtisadi birliyin təməlini qoyur. Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə yatırılıb, bunun əhəmiyyətli hissəsi Türkiyəyə yönəlib. Bununla yanaşı, Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondlar vasitəsilə sənaye, logistika və kənd təsərrüfatı sahələrində onlarla layihə reallaşdırılacaq. Bu proses Türk dünyası daxilində iqtisadi inteqrasiyanın və enerji əməkdaşlığının dərinləşməsinə, regionun dayanıqlı inkişafına və qlobal iqtisadi sistemdə türk dövlətlərinin rolunun artmasına xidmət edir.
Prezident İlham Əliyev çıxışında türk xalqlarını birləşdirən mədəni və tarixi dəyərlərə xüsusi yer ayırıb. Dövlətimizin başçısı 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulayaraq, gələn il bu əlamətdar tədbirin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə qeyd olunmasını təklif edib. Bu təklif türk dövlətlərinin mədəni-mənəvi inteqrasiyasına, ortaq dil və ədəbiyyatın qorunmasına yönəlmiş simvolik təşəbbüs kimi səslənib. Ortaq tarixi və etnik köklər, milli kimliyi formalaşdıran dillər və dəyərlər türk dünyasını bir ailə kimi birləşdirir.
Zirvə çıxışının sonunda Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun bərpasına göstərilən qardaş dəstəyinə görə Türk dövlətlərinə dərin minnətdarlığını ifadə etdi. Füzulidə Mirzə Uluqbəy adına məktəb və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb, Cəbrayılda məktəb, Füzuli məscidi, eləcə də Türkiyə şirkətlərinin inşa etdiyi tunellər, körpülər və yollar türk həmrəyliyinin bariz nümunələridir. Bu layihələr təkcə infrastruktur quruculuğu deyil, həm də qardaşlıq və qarşılıqlı hörmətin təcəssümüdür.
Qəbələ Zirvəsi Türk Dövlətləri Təşkilatının yeni strateji mərhələsinin başlanğıcı kimi dəyərləndirilir. Prezident İlham Əliyevin çıxışı Türk dünyasının siyasi, iqtisadi, təhlükəsizlik və mədəni sahələrdə birliyinə yönəlmiş gələcək prioritetlərini təqdim edib. Bu Zirvə bir daha sübut etdi ki, Türk dünyasının gücü onun birliyində, ortaq dəyərlərində və siyasi iradəsindədir. Formalaşan yeni geosiyasi reallıqlar fonunda TDT-nin rolu yalnız regional sabitliklə məhdudlaşmır, eyni zamanda qlobal miqyasda sülhün və inkişafın mühüm dayağına çevrilir.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
09 Oktyabr 23:41

Dünya
09 Oktyabr 23:28

YAP xəbərləri
09 Oktyabr 23:14

İdman
09 Oktyabr 22:50

Dünya
09 Oktyabr 22:30

YAP xəbərləri
09 Oktyabr 22:19

YAP xəbərləri
09 Oktyabr 22:02

Dünya
09 Oktyabr 21:56

Dünya
09 Oktyabr 21:33

YAP xəbərləri
09 Oktyabr 21:18

Dünya
09 Oktyabr 20:56

YAP xəbərləri
09 Oktyabr 20:37

Dünya
09 Oktyabr 20:15

Siyasət
09 Oktyabr 20:15

YAP xəbərləri
09 Oktyabr 20:07

Dünya
09 Oktyabr 19:50

Hadisə
09 Oktyabr 19:32

YAP xəbərləri
09 Oktyabr 19:16

YAP xəbərləri
09 Oktyabr 19:02

YAP xəbərləri
09 Oktyabr 18:36

Gündəm
09 Oktyabr 18:30

YAP xəbərləri
09 Oktyabr 18:06

YAP xəbərləri
09 Oktyabr 17:43

YAP xəbərləri
09 Oktyabr 17:20

YAP xəbərləri
09 Oktyabr 16:31

Siyasət
09 Oktyabr 16:30

Sosial
09 Oktyabr 16:16

Mədəniyyət
09 Oktyabr 16:08

YAP xəbərləri
09 Oktyabr 16:07

İdman
09 Oktyabr 16:05

Siyasət
09 Oktyabr 16:04

YAP xəbərləri
09 Oktyabr 16:02

YAP xəbərləri
09 Oktyabr 16:00

YAP xəbərləri
09 Oktyabr 15:58

YAP xəbərləri
09 Oktyabr 15:57

YAP xəbərləri
09 Oktyabr 15:55

Elanlar
09 Oktyabr 15:52

YAP xəbərləri
09 Oktyabr 15:20

Sosial
09 Oktyabr 14:40

Hadisə
09 Oktyabr 14:39

Sosial
09 Oktyabr 14:33

İqtisadiyyat
09 Oktyabr 14:31

İqtisadiyyat
09 Oktyabr 14:29

YAP xəbərləri
09 Oktyabr 14:28

Sosial
09 Oktyabr 14:26

YAP xəbərləri
09 Oktyabr 13:26

YAP xəbərləri
09 Oktyabr 12:52

YAP xəbərləri
09 Oktyabr 12:42

Gündəm
09 Oktyabr 11:59

Gündəm
09 Oktyabr 11:52

YAP xəbərləri
09 Oktyabr 11:51

Gündəm
09 Oktyabr 11:35

Siyasət
09 Oktyabr 11:16

Gündəm
09 Oktyabr 11:05

Sosial
09 Oktyabr 11:02

Siyasət
09 Oktyabr 10:57

İqtisadiyyat
09 Oktyabr 10:31

MEDİA
09 Oktyabr 10:15

İqtisadiyyat
09 Oktyabr 10:14

MEDİA
09 Oktyabr 09:56

Analitik
09 Oktyabr 09:42

Analitik
09 Oktyabr 09:23

Yeni texnologiyalar
09 Oktyabr 08:45

Sosial
09 Oktyabr 08:20

Siyasət
09 Oktyabr 08:10
YAP xəbərləri
09 Oktyabr 00:10

Dünya
08 Oktyabr 23:39

YAP xəbərləri
08 Oktyabr 23:17

İqtisadiyyat
08 Oktyabr 22:58

İdman
08 Oktyabr 22:41
