Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi
17.10.2025 [18:09]
27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatına cavab olaraq, Yenilməz Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatına başladı. Vətən müharibəsinin ilk günü qəhrəman əsgər və zabitlərimiz Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndlərini işğaldan azad etdilər.
17 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri Füzuli şəhəri də daxil olmaqla rayonun 62 kəndini düşməndən təmizlədi. Bu, Vətən müharibəsinin ən ağır, lakin ən şanlı döyüşlərindən biri idi. Düşmən 30 ilə yaxın müddətdə Füzuli istiqamətində 5-6 müdafiə xəttindən ibarət möhkəm istehkam sistemi qurmuşdu. Lakin Azərbaycan Ordusunun igid əsgərləri və zabitləri “keçilməz Ohanyan səddi” adlandırılan bu xətti bir neçə saat ərzində darmadağın edərək tarixə qızıl hərflərlə yazılan Füzuli zəfərini qazandılar.
Bu qələbə itkisiz başa gəlməmişdi. Müqəddəs torpaq uğrunda canlarını fəda edən şəhidlərimiz, yaralanaraq qəhrəmanlıq göstərən qazilərimiz sayəsində bu gün Qarabağ azaddır, dirçəlir və yenidən qurulur.
31 iyul 2023-cü il tarixində Prezident İlham Əliyevin imzaladığı Sərəncamla işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edildi. Bu qərara əsasən, 17 oktyabr – Füzuli Şəhəri Günü kimi qeyd olunur.
Dövlətimizin başçısı 17 oktyabr 2023-cü ildə Füzuli şəhərinə səfəri zamanı sakinlərlə görüşərək bildirdi ki, Azərbaycan xalqı doğma torpaqlarını heç vaxt unutmayıb və bu torpaqlara qayıdış xalqımızın sarsılmaz iradəsinin göstəricisidir. Prezident vurğuladı ki, işğaldan azad olunmuş bütün ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparılır və Füzuli bu prosesin önündə gedir: “Bizim bütün şəhərlərimiz Füzuli kimi olacaq. Burada şəhər tamamilə yenidən qurulur.”
Doğrudan da, bu gün Füzuli şəhəri qısa müddət ərzində müasir infrastruktur, yeni yaşayış məhəllələri, məktəblər və sosial obyektlərlə abad bir məkana çevrilib. 2024-cü ilin sonuna qədər şəhərdə əhalinin sayı 2000 nəfəri keçib, yeni iş yerləri yaradılıb, özünüməşğulluq proqramı həyata keçirilir. Füzuli Beynəlxalq Hava Limanı, avtomobil yolları və digər mühüm layihələr bölgənin strateji əhəmiyyətini daha da artırır.
Prezident İlham Əliyev çıxışında qeyd etmişdi: “Bu günə görə biz şəhidlərimizə borcluyuq. Dövlətin nə qədər gücü olsa da, Qələbəni qazanan əsgərdir, zabitdir. Onların qəhrəmanlığı xalqımızın yaddaşından heç vaxt silinməyəcək.”
Füzuli zəfəri – yalnız hərbi qələbə deyil, həm də milli ruhun, xalq birliyinin və dövlətin gücünün təntənəsidir. Bu gün Füzuli dirçəlir, həyat qaynayır, insanlar doğma yurduna dönür. Şəhidlərin ruhu şaddır – çünki Azərbaycan qalib gəlib, Füzuli azaddır!
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

