Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qardaşlıq prinsiplərinə əsaslanan münasibətlər

Qardaşlıq prinsiplərinə əsaslanan münasibətlər

24.10.2025 [15:03]

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Azərbaycan və Qazaxıstan xalqları dərin tarixi, mədəni və mənəvi köklərlə bir-birinə bağlı olan iki qardaş xalqdır. Məhz bu dostluq və etimad münasibətləri üzərində qurulan dövlətlərarası əlaqələr bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 2025-ci il oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilən Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası bu əməkdaşlığın yeni mərhələsinin rəmzinə çevrildi.

Prezident İlham Əliyevin iclasdakı çıxışı və mətbuata verdiyi bəyanatlar iki ölkə arasında dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi. Dövlət başçımız vurğuladı ki, Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı hörmət, etimad və qardaşlıq prinsiplərinə əsaslanan münasibətlər bu gün regionun sabitlik və inkişaf amilinə çevrilib.

Cənab Prezidentin sözlərində Qazaxıstanın beynəlxalq arenada artan nüfuzuna xüsusi diqqət yetirildi. Bu, təsadüfi deyil. Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin həyata keçirdiyi ardıcıl islahatlar siyasətini yüksək qiymətləndirərək qeyd etdi ki, bu siyasət ölkənin iqtisadi, siyasi və sosial həyatında yeni bir keyfiyyət mərhələsi formalaşdırır. Tokayevin uzaqgörən və müdrik rəhbərliyi sayəsində Qazaxıstan bu gün yalnız Mərkəzi Asiyanın deyil, bütövlükdə Avrasiya məkanının etibarlı tərəfdaşı və nüfuzlu diplomatik mərkəzinə çevrilib.

Azərbaycan Prezidenti həmçinin vurğuladı ki, Qazaxıstanın beynəlxalq nüfuzu onun fəal və balanslaşdırılmış xarici siyasətinin nəticəsidir. Qazaxıstan dünyanın aparıcı təşkilatlarında, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı kimi platformalarda mühüm rol oynayır. Məhz bu mövqeyinə görə, Qazaxıstan regionda sülhün, əməkdaşlığın və inteqrasiyanın təşviqində mühüm missiya daşıyır.

Astanada keçirilən Ali Dövlətlərarası Şuranın iclasında qəbul edilən qərarlar, imzalanan sənədlər və qarşılıqlı anlaşma bəyanatları iki ölkə arasında iqtisadi, nəqliyyat-logistika, enerji və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşəcəyini göstərir. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan və Qazaxıstan bir-birini dəstəkləyən, regional təhlükəsizliyə və dayanıqlı inkişafa töhfə verən iki dost dövlətdir.

Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə təşəbbüslərin həyata keçirilməsi, Orta Dəhliz layihəsinin inkişafı, enerji və tranzit marşrutlarının şaxələndirilməsi istiqamətində aparılan işlər qarşılıqlı münasibətlərə yeni dinamizm gətirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu əməkdaşlıq təkcə iki ölkənin deyil, bütün Türk dünyasının birliyini gücləndirir və qlobal miqyasda Türk dünyasının siyasi və iqtisadi çəkisini artırır.

Azərbaycan xalqı Qazaxıstanın inkişafını, beynəlxalq nüfuzunun artmasını dost sevinc kimi qəbul edir. Qazaxıstanın uğurları həm də Türk dünyasının uğurlarıdır. Prezident İlham Əliyevin Astana səfəri zamanı səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan və Qazaxıstan arasında münasibətlər qardaşlıq, qarşılıqlı etimad və sarsılmaz strateji tərəfdaşlıq üzərində möhkəm şəkildə qurulub. Bu gün Qazaxıstan beynəlxalq arenada sülhün, dialoqun və əməkdaşlığın təbliğatçısı kimi çıxış edir. Onun artan nüfuzu regionda sabitliyin möhkəmlənməsinə, xalqlar arasında dostluğun dərinləşməsinə xidmət edir. Azərbaycan xalqı və dövləti də bu prosesin ən sadiq tərəfdaşlarından biridir.

Beləliklə, Astana görüşü təkcə iki ölkə arasında əlaqələrin növbəti mərhələsi deyil, həm də Türk dünyasının siyasi birliyinin və gələcəyə inamının təntənəsi oldu. Qazaxıstanın beynəlxalq nüfuzunun möhkəmlənməsi bütün Türk coğrafiyasının güclənməsi deməkdir.

Paylaş:
Baxılıb: 48 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

9 ayda 2,5 milyard manat

24 Oktyabr 11:10  

YAP xəbərləri

Analitik

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Sosial

121 yaşlı metropoliten...

24 Oktyabr 08:32  

Ədəbiyyat

Azadlıq şairi...

24 Oktyabr 08:15

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31