YAP Ağstafa rayon təşkilatının Ərazi Partiya Təşkilatında tədbir keçirilib
24.10.2025 [15:56]
24 oktyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Köçvəlili kənd” və “Qarayazı qəsəbə” Ərazi Partiya Təşkilatından olan partiya fəallarının iştirakı ilə 25 oktyabr “Qubadlı şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan “Köçvəlili kənd” Ərazi Partiya Təşkilatının sədri Rəşad Abdullayev qeyd edib ki, 2020-ci ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələri Qubadlı rayonu istiqamətində irəliləməyə başladı. Şanlı ordumuz bir neçə istiqamətdən əməliyyatlara başladı, məqsəd Qubadlı və ətraf kəndlərin nəzarət altına alınması idi. Qubadlı şəhərinin azad edilməsi üçün ətrafdakı yüksəkliklərdə nəzarətin alınması mühüm idi. Ordumuz bu yüksəkliklərdə möhkəmləndikdən sonra düşmənin müdafiə xətlərini yarıb şəhərə doğru irəlilədi. 25 oktyabr 2020-ci il tarixində Prezident İlham Əliyev rəsmi şəkildə Qubadlı şəhərinin işğaldan azad olunduğunu elan etdi. Hər il oktyabrın 25-də Qubadlı Şəhəri Günü ölkəmizdə təntənəli şəkildə qeyd edilir.
Tədbirdə çıxış edən digər natiqlər – YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev, “Qarayazı qəsəbə” Ərazi Partiya Təşkilatının sədri Pərviz Məmmədov və Soyuqbulaq qəsəbə tam orta ümumtəhsil məktəbin direktoru Rasim Osmanov bildiriblər ki, Şanlı Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə 2020-ci ilin 27 sentyabr tarixində əks-hücum əməliyyatı kimi başlanan və sonradan Vətən müharibəsi kimi davam etdirilən İkinci Qarabağ müharibəsində cəmi 44 günə əldə etdiyi tarixi Qələbə ilə Ermənistanın işğalına son qoydu. Dövlət başçısı Qubadlının azad edilməsinin birinci ildönümü münasibətilə, 2021-ci il oktyabrın 25-də rayon ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüş zamanı xüsusi olaraq vurğulamışdı ki, bu tarix Qubadlı rayonu üçün ən əlamətdar və əhəmiyyətli bir gündür. Çünki 2020-ci ilin məhz 25 oktyabrında müzəffər Azərbaycan Ordusu Qubadlı şəhərini erməni işğalından azad etmişdir. Həmçinin, Ali Baş Komandan Qubadlı əməliyyatının, ümumiyyətlə, Vətən müharibəsinin gedişində önəmli yer tutduğunu vurğulamış, məhz bu Qələbədən sonra Laçın istiqamətində yolun açıldığını və növbəti bir neçə gün ərzində Azərbaycan Ordusu tərəfindən Laçının cənub hissəsində yerləşən kəndlərin düşməndən təmizləndiyini qeyd etmişdir. Rəşadətli ordumuz noyabrın 9-dək Qubadlı şəhərini və rayonun 41 kəndini azad etmişdir. Bu gün azad edilmiş bütün digər ərazilərimizdə olduğu kimi, Qubadlı rayonunda da intensiv quruculuq işləri aparılır.
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45

