Yeni təyinatlar xalqa daha yaxın, daha şəffaf və nəticəyönümlü modelə keçididir
14.11.2025 [14:57]
Azərbaycan Prezidenti cənab İlham Əliyevin bölgələr üzrə yeni icra başçılarını qəbul etməsi və onlara verdiyi tapşırıqlar, təkcə kadr dəyişikliyi hadisəsi deyil. Bu, müasir Azərbaycan idarəçiliyində keyfiyyətcə yeni mərhələnin başlanğıcı, dövlət siyasətinin xalqa daha yaxın, daha şəffaf və nəticəyönümlü modelə keçididir. Bu təyinatlar, əslində, cnab Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan müasir idarəçilik məktəbinin davamı və təkamülüdür. Dövlət başçısı bir daha göstərdi ki, məmur olmaq xalqdan uzaq dayanmaq deyil, əksinə, xalqın içində olmaq, onun dərdini dinləmək, həll yolları tapmaqdır. “Hər bir icra başçısı xalqın xidmətçisidir. İnsanların rifahı, bölgələrin inkişafı, sosial ədalətin qorunması – bunlar hər bir məmurun əsas vəzifəsidir,” – deyə cənab Prezident İlham Əliyev qeyd edib. Bu cümlə, sadə görünsə də, dövlət idarəçiliyinin mahiyyətini, fəlsəfəsini və istiqamətini tam şəkildə ifadə edir. Yeni dövrün çağırışı həm də idarəçiliyin insan yönümlü mərhələsidir. Azərbaycan dövlətinin son illərdə əldə etdiyi siyasi və iqtisadi uğurlar təkcə mərkəzdə qəbul edilən qərarlarla deyil, bölgələrdəki icra strukturlarının səmərəli fəaliyyəti ilə də birbaşa bağlıdır. Cənab Prezidentin yeni təyinatlara yanaşması bu həqiqəti daha da aydın göstərdi. Yeni icra başçıları artıq tabelik strukturunun funksionerləri deyil, regional siyasətin daşıyıcıları, dövlətin ideya və məsuliyyət missiyasının nümayəndələri olmalıdırlar. Dövlət başçısının mesajı aydındır – idarəçilik artıq forma deyil, məzmun məsələsidir. Əgər bir məmur insanla təmasdan qaçırsa, xalqın səsini eşitmirsə, onun vəzifə kreslosunda oturması mənasızdır.
Bu gün Prezident İlham Əliyev dövlət idarəçiliyində yeni düşüncə – xidmət ideologiyası formalaşdırır. Bu ideologiyada əsas dəyərlər şəffaflıq, hesabatlılıq, ədalət və məsuliyyətdir. “Məmurlar xalqa arxadan baxmamalıdır, onlar xalqla bərabər dayanmalıdırlar,” – deyən cənab Prezidentin bu fikri sadəcə xəbərdarlıq deyil, həm də idarəçiliyin mənəvi kodeksi kimi səslənir. Bu yanaşma idarəçilikdə insan faktorunu prioritetə çevirir, vətəndaşın dövlətə olan inamını gücləndirir. Məhz bu səbəbdən cənab Prezidentin yeni təyinatlara verdiyi tapşırıqların mərkəzində xalqla ünsiyyət, problemlərin operativ həlli və sosial məsuliyyət dayanır. Yeni təyinatlar həm də ölkənin regional inkişaf konsepsiyasına yeni dinamika gətirəcək. Son illərdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən infrastruktur layihələri, kənd təsərrüfatı və sənaye zonalarının yaradılması, sosial proqramlar, Böyük Qayıdışa hazırlıq kimi istiqamətlər icra orqanlarından daha çevik, koordinasiyalı və səmərəli fəaliyyət tələb edir. Yeni icra başçılarının qarşısında duran əsas vəzifə – bölgənin potensialını ölkə siyasətinin bir hissəsinə çevirmək, hər rayonu dövlətin inkişaf xəritəsində fəal mərkəzə transformasiya etməkdir. Bu baxımdan, yeni təyinatlar həm də modern idarəçilik texnologiyalarının, rəqəmsal yanaşmanın və gənc kadr enerjisinin dövlət sisteminə daxil edilməsi deməkdir.
İcra başçısı təkcə yerli hakimiyyətin rəhbəri deyil, həm də dövlətlə vətəndaş arasında etimad körpüsüdür. Cənab Prezidentin “xalqla ünsiyyətdə olmaq, onların problemlərinə biganə qalmamaq” barədə tapşırıqları, bu körpünün möhkəmləndirilməsi üçün konkret istiqamətlər müəyyənləşdirir. Hər bir icra başçısı üçün bundan sonra əsas göstərici – vətəndaş məmnunluğu, real nəticə, görülən işin keyfiyyəti olacaq. Dövlət başçısının dediyi kimi, “sözlə deyil, əməllə xidmət” dövrü başlayıb. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu kadr islahatları ölkənin idarəçilik sistemində daxili intizamı və mənəvi məsuliyyəti gücləndirir. Yeni təyinatlar həm siyasi, həm iqtisadi, həm də sosial baxımdan yenilənmə mərhələsinin başlanğıcıdır.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

