Siyasi tariximizin ən parlaq səhifəsi
20.11.2025 [14:53]
Azərbaycanın çağdaş siyasi həyatında əhəmiyyətli rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasından 33 il keçir. Tarixi Zəfərimizin beşinci ildönümünün ardınca bu ayda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünü qeyd edirik. Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz payı və rolu vardır. İllər keçdikcə partiyanın yaradıldığı dövrün reallıqlarını daha aydın dərk edir, bugünümüz üçün olduqca əhəmiyyətli tarixi addımın atıldığını qürurla vurğulayırıq. Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biridir.
1991-ci il 18 oktyabr tarixində müstəqilliyini yenidən bərpa edən Azərbaycanın ilk illərdə yaşadıqları yaddaşlardadır. Ölkəyə rəhbərlik edənlərin bacarıqsızlıqları, siyasi savadsıqlıqları, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanda xaosun, anarxiyanın, özbaşınalıqların, iqtisadi böhranın geniş vüsət almasına, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalına səbəb oldu. Xalqın sabaha olan ümidləri puça çıxırdı. Belə bir çətin dövrdə 91 nəfər ziyalı xalqımızın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən müraciət hazırlayaraq ulu öndər Heydər Əliyevə ünvanladı, xalqımızı belə çətin vəziyyətdən xilas edəcək şəxsin Ümummilli Lider olduğunu bildirdilər. Həmin tarixi müraciətdə Yeni Azərbaycan Partiyasının yaradılmasının zamanın tələbi, xalqın istəyi olduğu aydın şəkildə ifadə olunaraq ölkəmizdə gedən xoşagəlməz proseslərin qarşısının alınmasında yeni yaradılacaq partiyanın əvəzsiz rol oynayacağına inam ifadə olunurdu. Ümummilli lider Heydər Əliyev yenə də canından artıq sevdiyi Vətəninin, xalqının yanında olduğunu müraciətə verdiyi «Yeni müstəqil Azərbaycan uğrunda» cavabı ilə təsdiqlədi. Ümummilli Liderin ziyalıların müraciətinə cavabında müstəqilliyi qorumağın onu əldə etməkdən nə qədər çətin olduğu əks olunmaqla yanaşı, yeni yaradılacaq partiyanın bu vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminlik öz əksini tapmışdı.
Beləliklə, noyabrın 21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi. Bu, xalqın Ümummilli lider Heydər Əliyevə böyük inamının, Onun rəhbərlik etdiyi partiyaya dəstəyinin bariz ifadəsi idi.
Bəli, bu gün 33 il şərəfli yol keçən qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası öz sıralarında 800 minə yaxın insanı birləşdirir. Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəst-xətti, rolu vardır. Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günlərindən bütün xalqın partiyası oldu.
Bəli, Yeni Azərbaycan Partiyası 33 il şərəfli yol keçərək monolitliyini qorudu, gücləndi, öz üstünlüyü, parlaq qələbələri ilə heç bir seçkidə rəqib tanımadı. Yeni Azərbaycan Partiyasının seçkilərdə qazandığı qələbələr bu partiyanın cəmiyyətdəki yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə xalq dəstəyini, insanların bu təşkilata yüksək etimadını göstərir. Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyası qələbə qazanaraq bir daha ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir.
Son 22 ildə Azərbaycana hansı sahədən baxsaq ulu öndər Heydər Əliyevin siyasətinin uğurla davam etdirildiyini görürük. Azərbaycan iqtisadi möcüzələr ölkəsi, demokratiya təcrübəsi nümunə olan, sabitlik diyarı, ən islahatçı və xoşbəxt ölkə kimi nüfuz qazandı və beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorudu. Azərbaycan böyük investisiyalar məkanına çevrildi. Bu gün nəinki paytaxt Bakımız, eyni zamanda, Azərbaycanın bölgələri böyük inkişaf dövrünü yaşayır. Dövlət başçısı İlham Əliyevin regonlarımıza ardıcıl səfərləri, Dövlət proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə yaxından tanış olması, problemləri, onların narahat edən məsələləri ictimaiyyətin özündən eşitməyə üstünlük verməsi maraqlı olması xalq-iqtidar birliyinin daha da möhkəmləndirilməsində, vətəndaş məmnunluğunun artmasında əhəmiyyətli rol oynayır. Hər zaman xalqının yanında olan cənab İlham Əliyev bəyan edir ki, həyata keçirilən siyasətin mərkəzində vətəndaş amili dayanır. Sosial-iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır.
Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlar barədə də böyük əminliklə danışa bilərik. Məhz diplomatik uğurlarımız Vətən müharibəsində Qələbəmizə öz müsbət təsirini göstərdi. Azərbaycanın informasiya cəbhəsində üstünlüyü döyüş meydanında Qələbəsinə yol açdı. Möhtərəm Prezidentimiz İlham Əliyevin ən yüksək tribunalardan bəyan etdiyi «Qarabağ Azərbaycandır və nida işarəsi» çağırışı reallığa, 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrildi. Təbii ki, uğurlarımızın tam şəkildə xronologiyasını təqdim etmək qeyri-mümkündür. Bu baxımdan ki, 33 il zaman baxımından kiçik görünsə də uğurlarımızın miqyasının genişliyi baxımından zəngindir. Tarixi Zəfərimiz 1993-cü ildən başlanan Heydər Əliyev yolunun təqdimatıdır. Azərbaycan bütün sahələrdə gücləndi, artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yarandı, güclü ordumuz formalaşdı, gənclərimiz milli ruhda tərbiyə olundu, onlarda torpaq, Vətən sevgisi daha da artdı və 27 sentyabr 2020-ci il tarixdə «artıq yetər» deyib torpaqlarımızı işğaldan azad etdik. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev adını tarixə qalib Sərkərdə, torpaqlarımızın xilaskarı kimi yazdı.
Göründüyü kimi, uğurlarımızın davamlılığı, Zəfərimizin reallığa çevrilməsi dövlətinin, xalqının gələcəyini düşənən Liderinin olmasına əsaslanır. Ulu öndər Heydər Əliyev Azərbaycanı müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək inkişaf, tərəqqi yoluna çıxardısa, onun layiqli davamçısı Prezident İlham Əliyev torpaqlarımızı işğaldan azad etdi, Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın inkişafı üçün geniş imkanlar yaratdı. Bu gün artıq işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır, bərpa və quruculuq işləri həyata keçirilir, soydaşlarımızın Böyük Qayıdışına başlanılıb. Bu uğurlarımızda böyük rolu, payı olan Yen Azərbaycan Partiyasının hər bir üzvü sevincli və qürurludur. YAP özünün 33-cü ildönümünə Zəfərimizin yaratdığı reallıqlar əsasında daxil olur. Zəngin ənənələrə malik olan partiyamız bundan sonra da irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlarla Azərbaycan dövlətinin daha da güclənməsinə, xalqımızın rifahının yüksəlməsinə, siyasi sistemin təkmilləşdirilməsinə dəstək olacaq, töhfələr verəcək.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14

