Yeni Azərbaycan Partiyasının 33 ili: Dövlətçilik missiyasının davamlı uğuru
21.11.2025 [09:03]
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 33-cü ildönümü Azərbaycan dövlətçiliyi tarixinin ən mühüm mərhələlərindən birinin qeyd olunması deməkdir. 1992-ci ilin ağır və taleyüklü günlərində formalaşan bu siyasi qüvvə sonrakı onilliklər ərzində ölkənin inkişaf trayektoriyasını müəyyən edən əsas faktorlardan birinə çevrildi. YAP-ın yaranmasının səbəblərini və nəticələrini dərk etmək üçün o dövrün ictimai-siyasi mənzərəsinə nəzər salmaq kifayətdir: dövlət idarəçiliyində xaos, iqtisadi tənəzzül, separatizm, işğallar və dərin sosial böhran Azərbaycanın gələcəyini böyük təhlükə altına almışdı.
Məhz belə bir şəraitdə ölkənin görkəmli ziyalıları, milli dövlətçilik düşüncəsinə sadiq olan vətənpərvərlər Azərbaycanın nicat yolunu Heydər Əliyevin şəxsiyyətində gördülər. “91-lərin müraciəti” yalnız siyasi bir məktub deyil, Azərbaycan dövlətinin xilası üçün tarixi bir çağırış idi. Bu müraciət əsasında Naxçıvanda keçirilən YAP-ın təsis konfransı ölkənin gələcək inkişafının başlanğıc nöqtəsinə çevrildi.
Yeni Azərbaycan Partiyasının yaranması ilə ölkədə idarəolunmazlıqdan dövlətçilik ənənələrinə, xaosdan siyasi sabitliyə, iqtisadi tənəzzüldən inkişaf strategiyasına doğru dönüş baş verdi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə YAP-ın siyasi fəlsəfəsi real dövlət siyasətinə çevrildi. İlk Konstitusiyanın qəbulu, dövlət institutlarının formalaşdırılması, bazar iqtisadiyyatına keçid, hüquqi sistemin qurulması, neft strategiyasının hazırlanması və həyata keçirilməsi — bütün bunlar həmin mərhələnin əsas sütunları oldu.
Bu gün YAP-ın 33 illik fəaliyyətinə baxdıqda bir fakt tam aydın görünür: partiya təkcə siyasi qurum deyil, Azərbaycanın sabitlik və inkişaf modelinin əsas ideya-siyasi dayağıdır. Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son iki onillikdə Azərbaycan güclü iqtisadiyyata, müasir orduya, regional və qlobal miqyasda nüfuzlu mövqeyə malik dövlətə çevrilib. İqtisadiyyatın 3 dəfədən çox artması, xarici borcun minimal səviyyəyə endirilməsi, sosial rifah siyasəti, enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi bu inkişafın fundamental elementləridir.
Azərbaycan xalqının çoxəsrlik arzusunun — Qarabağın işğaldan azad edilməsinin — reallığa çevrilməsi isə YAP-ın siyasi xəttinin ən böyük tarixi nəticəsidir. 44 günlük Vətən müharibəsində əldə edilən Qələbə milli birliyin, düzgün strateji xəttin və güclü liderliyin məhsulu idi. Bugün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri YAP-ın dövlətçilik konsepsiyasının davamı kimi çıxış edir.
33 il ərzində YAP yalnız hakimiyyət partiyası deyil, həm də cəmiyyətin bütün sahələrində tərəqqini təşviq edən siyasi institut kimi formalaşıb. Partiyanın strukturlarının müasirləşməsi, gənclərin siyasətə geniş cəlb edilməsi, milli-mənəvi dəyərlərə bağlılığın qorunması onun uzunmüddətli dayanıqlığını təmin edən amillərdəndir.
Bu gün YAP-ın yubileyini qeyd edərkən həm keçilən yolun miqyasını, həm də qarşıdakı strateji vəzifələrin əhəmiyyətini dəyərləndirmək zəruridir. Azərbaycanın daha güclü gələcəyi üçün qurulan dayanıqlı əsaslar partiyanın siyasi iradəsinin və dövlətçilik missiyasının uğurlu təcəssümüdür. 33 illik yol bir daha göstərir ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın inkişaf, müstəqillik və təhlükəsizlik garantı olan aparıcı siyasi qüvvə olaraq qalmaqdadır.
Azər Süleymanov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18

