Ağdamda rayonun işğaldan azad olunmasının 5-ci ildönümü və “Ağdam Şəhəri Günü” qeyd edilib
20.11.2025 [23:20]
20 noyabr 2025-ci il tarixdə Ağdam rayon Bayraq meydanında rayonun işğaldan azad olunmasının 5-ci ildönümü və “Ağdam Şəhəri Günü” qeyd edilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, YAP fəalları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini və “Şəhidlər” abidə kompleksini ziyarət etmiş, önünə tər gül dəstələri düzmüşlər. Bayraq meydanında davam edən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilmiş, Ümummilli liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov tədbirdə çıxış edərək 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisinin Ermənistan ordusu tərəfindən boşaldılmasından, Azərbaycan Ordusunun heç bir itki vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil olmasından, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçuların təltif olunması üçün “Ağdamın azad olunmasına görə” medalının və eyni zamanda tarixi Qələbə günlərinin əbədiləşdirilməsi ilə bağlı 20 noyabr tarixinin “Ağdam Şəhəri Günü” kimi təsis olunmasından bəhs etmişdir. Tədbirin bədii hissəsində Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Azərbaycan Respublikasının əməkdar artisti Fehruz Səxavətin və kollecin müəllimlərinin təqdimatında xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri tədbir iştirakçılarına təqdim edilmişdir.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41

