Ağcabədidə Yeni Azərbaycan Partiyasının yaranmasının 33 illiyi münasibətilə tədbir keçirilib
21.11.2025 [17:42]
Noyabr ayının 21-də YAP Ağcabədi rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 33 illiyi münasibətilə tədbir keçirmişdir.
Tədbirə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, Ərazi Partiya Təşkilatı sədrləri, partiya veteranları və fəalları, şəhid ailələri və qazilər dəvət edilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbir YAP Ağcabədi rayon təşkilatının inzibati binasında davam etdirilmişdir.
Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilmişdir.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və xalqımıza Qələbə sevinci yaşadan, dövlət müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə açılış nitqi ilə çıxış edən YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov Yeni Azərbaycan Partiyasının yaranması, keçdiyi inkişaf yolu və qazanılan uğurlar barədə geniş məruzə etdi.
Sədr Rövşən Əhmədov bildirdi ki, Yeni Azərbaycan Partiyasını yaratmaq və inkişaf etdirməyi öhdəsinə götürməklə Ulu Öndər Heydər Əliyev ölkəni xaos və vətəndaş müharibəsindən qurtarmaqla, onun müstəqilliyini əbədi və dönməz etmək kimi çox şərəfli bir missiyanı uğurla həyata keçirmişdir.
2021-ci il martın 5-də keçirilmiş VII qurultayında Yeni Azərbaycan Partiyasının qarşısına yeni hədəflər və vəzifələr qoyulmuşdur. Bu gün Prezident İlham Əliyevin apardığı siyasətin məqsəd və vəzifələri, eyni zamanda, onun Sədri olduğu partiyanın məqsəd və vəzifələri deməkdir.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Ağcabədi rayonu üzrə nümayəndəsi Radə Qafarova, “Aran yolu” qəzetinin redaktoru Məhsəti Ağayeva, Statistika idarəsinin rəisi, Ərazi Partiya Təşkilatı sədri Elsevər İsmayılov və Boyat bələdiyyəsinin sədri Günay Abdullayeva qeyd etdilər ki, Yeni Azərbaycan Partiyası bu gün həqiqətən də yalnız Azərbaycanın deyil, həm də bütün Cənubi Qafqaz regionunun güclü və beynəlxalq aləm tərəfindən qəbul edilən nüfuzlu siyasi təşkilatıdır.
Tədbirdə iştirak edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov çıxışında ölkəmizin uğurlarında Yeni Azərbaycan Partiyasının roluna diqqət çəkərək qeyd etdi ki, 44 günlük Vətən müharibəsi dönəmində milli birlik modelini dünyaya nümayiş etdirən Azərbaycanın siyasi həyatında hakim partiya tamamilə yeni bir strategiyanın - siyasi həmrəylik və milli birlik modelinin əsasını qoydu.
YAP Ağcabədi rayon təşkilatı tərəfindən rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya veteranı və fəallara Fəxri Fərman və hədiyyələr təqdim edildi.
Təltif edilənlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatdı.
Sonda tədbir iştirakçıları xatirə şəkili çəkdirdilər.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35

