Şanlı zəfərin təcəssümü - Kəlbəcər Şəhəri Günü
25.11.2025 [10:04]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Azərbaycan xalqının Qalib Lideri, ölkəmizin Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyev rəhbərliyi ilə azğın düşmənin vəhşicəsinə tar-mar etdiyi, xarabalığa çevirdiyi yurd yerlərimiz, şəhər, kənd və qəsəbələrimiz sürətlə dirçəlir, cənnətə çevrilir. İşğaldan azad olunmuş ərazilərdəki doğma ocaqlarına qayıdan, uzun illər məcburi köçkün həyatı yaşayaraq yurd həsrəti çəkmiş soydaşlarımız üçün ən yaxşı həyat şəraiti yaradılır.
İşğaldan azad olunmuş digər rayonlar kimi erməni faşizminin xarabalığa çevirdiyi Şərqi Zəngəzur iqtisadi bölgəsində yerləşən Kəlbəcər rayonu da bərpa olunur, düşmən işğalından əvvəlki günlərinə qovuşur. Böyük coşqu ilə dədə-baba yurduna qovuşmağın sevincini yaşayan kəlbəcərlilər hər il noyabrın 25-də “Kəlbəcər Şəhəri Günü”nü qeyd edirlər. Sevindirici haldır ki, Kəlbəcər rayonunun işğaldan azad edilməsinin beş ili tamam olduğu ildə Kəlbəcərə Böyük Qayıdış reallaşıb.
44 günlük Vətən müharibəsinin şanlı Zəfərə aparan hər bir günü bütün dünyanın yaddaşına Azərbaycan xalqının qəhrəmanlığı ilə həkk oldu. Vətən müharibəsində torpağının altı da, üstü də zəngin xəzinə olan Kəlbəcərin bir güllə atmadan işğaldan azad olunması Azərbaycan xalqının humanistliyini bir daha dünyaya bəyan etdi. 27 il Kəlbəcəri əsarətdə saxlayan, sərvətlərini talayan, obyektləri, evləri uçurub-dağıdan düşmənə bu torpaqdan çıxması üçün 10 gün daha vaxt verildi. Üçtərəfli razılaşmaya əsasən noyabrın 15-də Kəlbəcərdən çıxmalı olan düşmənə 10 gün vaxt verilməsi bunun bariz nümunəsi idi.
Prezident, Ali Baş Komandanımız cənab İlham Əliyev Kəlbəcər rayonu işğaldan azad olunan gün xalqımızı təbrik edərək, bildirib ki, biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisusuyu Kəlbəcərdə istehsal olunurdu. İndiİstisuda bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hərtərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidənqurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə həyat qayıdacaqdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci il avqustun 21-də Kəlbəcər şəhərinə səfəri zamanı yeni tikilmiş yaşayış kompleksinin açılışında iştirak etdi, sakinlərlə görüşdü və buraya köçmüş 20 ailəyə mənzillərin açarlarını təqdim etdi. “Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz!” Dövlət başçımızın bu sözləri qürur və sevinclə qarşılandı. Çünki 32 ildən sonra insanlar yenidən doğma torpaqlarına qayıdırdılar. Qalib ölkəmizin Qalib Lideri bildirdi ki, artıq köçkünlük dövrü bitib, kəlbəcərlilər bundan sonra öz doğma yurdlarında rahat yaşayacaqlar.
Prezident cənab İlham Əliyev onu da qeyd etdi ki, Sovet dövründə Kəlbəcərin əhalisi 7-8 min nəfər olub. İndi isə yalnız yeni inşa olunmuş dörd yaşayış kompleksində 10 min nəfər üçün şərait yaradılıb. Bu, dövlətin Kəlbəcərin bərpasına necə böyük diqqət ayırdığını göstərir.
İşğaldan azad edilmiş torpaqların əsl sahibləri soydaşlarımız, o cümlədən kəlbəcərlilər böyük coşqu ilə düşmən tapdağından birdəfəlik azad olan diyarda dədə-baba yurduna qovuşmağın sevincini yaşayırlar.
Dünyanı heyrətə salan 44 Günlük Vətən Müharibədən, haqq-ədalət savaşından keçən qısa zaman ərzində işğaldan azad edilmiş ərazilərimizdə apardığı genişmiqyaslı yenidənqurma, bərpa – quruculuq işləri bir daha təsdiq etdi ki, Azərbaycan xalqı bu torpaqların sahibidir.
Xəbər lenti
Hamısına baxİdman
26 Noyabr 01:56
Dünya
25 Noyabr 23:41
YAP xəbərləri
25 Noyabr 23:18
İqtisadiyyat
25 Noyabr 22:51
Dünya
25 Noyabr 22:34
YAP xəbərləri
25 Noyabr 22:17
Dünya
25 Noyabr 21:49
Siyasət
25 Noyabr 21:47
Siyasət
25 Noyabr 21:37
YAP xəbərləri
25 Noyabr 21:25
Dünya
25 Noyabr 21:12
Dünya
25 Noyabr 20:55
Siyasət
25 Noyabr 20:40
İdman
25 Noyabr 20:38
YAP xəbərləri
25 Noyabr 20:17
Dünya
25 Noyabr 19:52
Sosial
25 Noyabr 19:42
Sosial
25 Noyabr 19:28
YAP xəbərləri
25 Noyabr 19:14
YAP xəbərləri
25 Noyabr 18:25
Elm
25 Noyabr 18:11
İdman
25 Noyabr 18:01
Sosial
25 Noyabr 17:50
YAP xəbərləri
25 Noyabr 17:41
Siyasət
25 Noyabr 16:35
YAP xəbərləri
25 Noyabr 16:22
Xəbər lenti
25 Noyabr 15:54
YAP xəbərləri
25 Noyabr 15:36
YAP xəbərləri
25 Noyabr 14:35
Sosial
25 Noyabr 14:32
Siyasət
25 Noyabr 14:31
Dünya
25 Noyabr 14:06
Siyasət
25 Noyabr 13:25
Dünya
25 Noyabr 13:25
Sosial
25 Noyabr 12:34
İqtisadiyyat
25 Noyabr 12:33
İqtisadiyyat
25 Noyabr 12:33
Hadisə
25 Noyabr 12:32
Gündəm
25 Noyabr 11:55
Siyasət
25 Noyabr 11:54
Hadisə
25 Noyabr 11:53
İqtisadiyyat
25 Noyabr 11:51
COP29
25 Noyabr 11:25
YAP xəbərləri
25 Noyabr 11:06
Gündəm
25 Noyabr 10:55
İdman
25 Noyabr 10:49
Gündəm
25 Noyabr 10:38
Dünya
25 Noyabr 10:27
Siyasət
25 Noyabr 10:12
Siyasət
25 Noyabr 10:05
YAP xəbərləri
25 Noyabr 10:04
Sosial
25 Noyabr 09:50
YAP xəbərləri
25 Noyabr 09:45
Ədəbiyyat
25 Noyabr 09:33
Analitik
25 Noyabr 09:17
Sosial
25 Noyabr 08:53
Gündəm
25 Noyabr 08:48
MEDİA
25 Noyabr 08:32
Gündəm
25 Noyabr 08:19
Sosial
24 Noyabr 23:31
Dünya
24 Noyabr 23:17
YAP xəbərləri
24 Noyabr 22:43
Sosial
24 Noyabr 22:29
Dünya
24 Noyabr 22:14
Elanlar
24 Noyabr 22:03
Dünya
24 Noyabr 21:53
Dünya
24 Noyabr 21:37
İdman
24 Noyabr 21:36
YAP xəbərləri
24 Noyabr 21:19
Sosial
24 Noyabr 20:58

