Slovakiya və Azərbaycan dost ölkələrdir və strateji tərəfdaşlardır
15.12.2025 [23:15]
Dekabrın 8-də Bratislavada Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Slovakiya Prezidenti Peter Pelleqrininin mətbuata verdikləri bəyanatlar iki ölkə arasında münasibətlərinin yeni strateji mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Cənab Prezident İlham Əliyevin bəyanatında səsləndirdiyi fikirlər Azərbaycanın təkcə ikitərəfli münasibətlərdə deyil, həm də qlobal geosiyasi proseslərdə oynadığı müstəsna rolu vurğulamış oldu. Dövlət başçısının “Slovakiya və Azərbaycan dost ölkələrdir və strateji tərəfdaşlardır” sözləri, tərəflər arasında artıq yüksək səviyyədə oturuşmuş qarşılıqlı siyasi etimadı təsdiqləyir. Eyni zamanda da Prezident Pelleqrininin “iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin ötən il imzalanması münasibətləri daha yüksək səviyyəyə qaldırdı” fikri, əslində, bu gün formalaşan çoxtərəfli əməkdaşlıq arxitekturasının mahiyyətini tam ifadə edir. Bu gün Slovakiya Azərbaycanı Cənubi Qafqazın ən etibarlı tərəfdaşı kimi qəbul edir və əməkdaşlığın dərinləşdirilməsi qarşılıqlı marağa, qarşılıqlı etimada əsaslanır. Bu baxımdan Slovakiya Prezidentinin “gələcəkdə daha sıx əməkdaşlıq edəcəyik” mesajı da yalnız siyasi jest deyil, həm də real iqtisadi və təhlükəsizlik perspektivlərinin konkret ifadəsidir. Bratislavada keçirilən görüş göstərdi ki, iki ölkə arasında strateji tərəfdaşlıq kağız üzərində deyil, praktik və davamlı məzmunla zənginləşir və bu dinamik inkişaf regionda sabitlik və əməkdaşlıq mühitinin güclənməsinə xidmət edir. Cənab Prezident İlham Əliyevin Azərbaycanın Şərq ilə Qərb arasında mühüm körpü rolunu icra etməsi, nəqliyyat və logistika infrastrukturuna qoyulan sərmayələrin Orta Dəhlizi ən etibarlı marşruta çevirməsi barədə fikirləri isə əməkdaşlığın yeni istiqamətlərini açır. Orta Asiyanı Avropa ilə birləşdirən ən təhlükəsiz yolun məhz Azərbaycan üzərindən keçməsi Slovakiya üçün də strateji əhəmiyyət daşıyır və dövlət başçımızın qeyd etdiyi kimi, bu potensial iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaradır. Gələcək illərdə nəqliyyat, logistika və yüksək texnologiyalar üzrə birgə layihələrin həyata keçirilməsi həm Azərbaycan-Slovakiya tərəfdaşlığını daha da möhkəmləndirəcək, həm də Avrasiyanın yeni iqtisadi məkanında iki ölkənin rolunu daha da artıracaq. Bratislava bəyanatları göstərdi ki, bu tərəfdaşlıq yalnız bu günün deyil, həm də uzunmüddətli strateji gələcəyin məntiqi və ardıcıl seçimidir.
Arifə Abbasova
YAP Tovuz rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 19:18
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52

