/ / Tərtərdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Xocalı soyqrımının 34-cü il dönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
Tərtərdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Xocalı soyqrımının 34-cü il dönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
25.02.2026 [16:45]
YAP Tərtər rayon təşkilatı və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Xocalı soyqrımının 34-cü il dönümü ilə əlaqədar Tərtər şəhər Heydər Əliyev prospektində ağacəkmə aksiyası keçirilib.
Aksiyada YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon təşkilatının əməkdaşları və bir qrup YAP fəalı, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, bələdiyyə sədrləri, 9 №li Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin əməkdaşları, Tərtər Şəhəri Kommunal Təsərrüfatı İdarəsinin və “DOST İş Mərkəzi” MMC-nin işçiləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri fəal iştirak ediblər.
Aksiyada çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki: “Möhtərəm Prezidentimiz tərəfindən 2026-cı ilin ‘Şəhərsalma və Memarlıq İli’ elan olunması şəhərlərimizin estetik görünüşünün modernləşdirilməsi və ekoloji mühitin sağlamlaşdırılması istiqamətində atılan tarixi bir addımdır. Bu il çərçivəsində keçirdiyimiz aksiyanın əsas məqsədi Tərtərin simasını daha da gözəlləşdirmək, ekoloji tarazlığı bərpa etmək və gələcək nəsillərə daha təmiz, yaşıllıqlar içində bir şəhər miras qoymaqdır. Bizim hər bir əkdiyimiz ağac həm təbiətə töhfə, həm də şəhərsalma mədəniyyətimizin tərkib hissəsidir. Tərtər hər zaman öz yaşıllığı və səliqəsi ilə seçilməli, müasir memarlıq tələbləri ilə təbiətin harmoniyasını özündə birləşdirməlidir.”
Aksiya zamanı Heydər Əliyev prospektində rayonun iqlim şəraitinə uyğun olan 200 ədəd Eldar şamı əkilib. Yeni əkilən tinglər suvarılıb, ərazidəki mövcud ağacların dibi yumşaldılaraq onlara aqrotexniki qaydada qulluq göstərilib. Eyni zamanda, küçə boyunca təmizlik işləri aparılıb.
Qeyd edək ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Tərtər rayonunda yaşıllaşdırma və abadlıq işləri il boyu davam etdiriləcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39

