Nəcib keyfiyyətləri ilə nurlu xatirələrdə yaşayan Zərifə xanım Əliyeva
13.04.2026 [10:57]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Hər il Azərbaycan xalqı görkəmli alim, akademik və nəcib insan olan Zərifə Əliyevanın anım gününü dərin ehtiramla qeyd edir. Onun həyat yolu, elmi fəaliyyəti və insanlara göstərdiyi qayğı bu gün də örnək kimi xatırlanır. Əziz xatirəsi daim hörmət və ehtiramla yad edilən Zərifə Əliyeva yalnız bir alim deyil, həm də insanlıq, mərhəmət və nəciblik nümunəsi kimi yaddaşlarda əbədi qalacaqdır.
Zərifə xanım Əliyeva Azərbaycan qadınının müdrikliyini, zəkasını, fədakarlığını və yüksək əxlaqını özündə cəmləşdirən nadir bir sima idi. O, sübut etdi ki, bir qadın eyni zamanda alim, ana, həyat yoldaşı və cəmiyyət üçün dəyərli bir şəxsiyyət ola bilər. Onun timsalında Azərbaycan qadının elmə, ailəyə və Vətənə sədaqətin parlaq nümunəsini görürük. Onun həyat yoldaşı, Ümummilli Lider Heydər Əliyev və ailəsi ilə birlikdə keçirdiyi ömür yolu da daim hörmətlə xatırlanır. Zərifə Əliyeva ailəsinə bağlı, eyni zamanda cəmiyyətə faydalı bir ömür sürmüşdür.
Zərifə xanım sözün əsl mənasında xoşbəxt insanlardandır ki, bu gün onun ocağında onun yolunu davam edən, xeyirxahlıq və ümid təcəssümü olan Mehriban xanım Əliyeva var. Qürurverici haldır ki, Zərifə xanımın xeyirxahlığı, millətinə, xalqına məhəbbəti, mənəvi saflığı, fədakarlığı Azərbaycanın Birinci vitse prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində davam etdirilir.
Gözlərə, qəlblərə nur gətirən Zərifə xanım Əliyevanın ömür kitabına da Azərbaycan naminə misilsiz xidmətləri olan görkəmli dövlət xadiminin taleyi yazıldı. Gözəl ana, vəfalı ömür-gün yoldaşı, tibb elminə töhfələr vermiş həkim-oftalmoloq, Akademik Zərifə xanım Əliyevanın keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı üçün kamillik məktəbidir.
Həkimlər ailəsinin müqəddəs ocağında böyüyüb boya-başa çatan, həkimlik sənətinə kiçik yaşlarından həvəs göstərən Zərifə xanım Əliyevanın Azərbaycan xalqını traxoma xəstəliyi adlı müdhiş bəladan xilas etməkdə misilsiz xidmətləri olub. Zərifə xanım Azərbaycanın traxoma ocağı aşkar edilən bütün rayonlarını qarış-qarış gəzib, əhali arasında məqsədyönlü söhbətlər aparıb, traxoma və digər göz xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi haqqında əməli tədbirlər planını inamla həyata keçirib. Traxomanın ləğvi yolunda yorulmaq bilmədən aparılan intensiv elmi axtarışlar, əldə edilən dəyərli nəticələr Zərifə xanım Əliyevanın namizədlik dissertasiyası işinin dayaq nöqtəsini, ana xəttini təşkil edib. Zərərli müəssisələrdə işləyənlərin görmə orqanlarına mənfi təsir göstərən amilləri diqqətlə öyrənən, zərərli peşələrin törətdikləri göz xəstəliklərini elmi surətdə əsaslandıran, onların qarşısını almaq üçün əməli tədbirlər görən Zərifə xanım Əliyeva bu xeyirxah işi ilə, belə müəssisələrdə çalışanların görmə orqanlarını təhlükədən xilas edirdi.
Zərifə xanım Əliyeva oftalmologiya elminin inkişafı yolunda əldə etdiyi nailiyyətləri, mükafatları Azərbaycan oftalmologiya elminə verilən yüksək qiymət kimi dəyərləndirib. “Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır”. Həkimlik sənəti ilə bağlı söylədiyi bir fikir bir daha təsdiq edir ki, peşəkar həkim kimi layiqli qiymətini alan Zərifə xanımın ən böyük amalı vətəndaşlara xidmət etmək olub. Həkim və alim kimi nümunəvi fəaliyyəti ilə fərqlənib, oftalmologiya tarixinə adını qızıl hərflərlə yazdırıb. Onun üçün elmlər doktoru adını almaqdan öncə insanların görmə qabiliyyətinin yaxşılaşdırılması prioritet məsələ idi.
Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş, özündən sonra nurlu xatirələr qoyub gedən Zərifə xanım Əliyeva nəcib keyfiyyətləri ilə Azərbaycan xalqı tərəfindən sevilir, gözlərinə işıq verdiyi, nur bəxş etdiyi minlərin, milyonların qəlbində, nurunda əbədi yaşayır.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

