Azərbaycan Xalq Cümhuriyyəti: Şərqdə Yeni Dövlətçilik Mərhələsi
25.05.2026 [15:13]
Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi ilə qeyd etdiyi bir tarixdir. Mayın 28-i bu tarixin 108 yaşı tamam olacaq. Şərqdə ilk demokratik, hüquqi, dünyəvi parlament quruluşunu yaradan Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib. 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti yalnız Azərbaycan tarixində deyil, bütün Şərq dünyasında yeni bir mərhələnin başlanğıcı oldu.
28 May: O gün Azərbaycan tarixində Müstəqillik Günü kimi əbədiləşib. 1918-ci il mayın 28-də “İstiqlal Bəyannaməsi”ndə Azərbaycanın müstəqil dövlət olduğu elan edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində yaranmış ilk demokratik respublika idi. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət müstəqil dövlətinin olmasıdır. Lakin müstəqilliyə gedən yolun böyük mübarizələrdən keçərək qurbanlar bahasına əldə olunması nə qədər çətindirsə, onu qoruyub saxlamaq da bir o qədər çətindir.
Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumət başçısı Fətəli xan Xoyski 1918-ci il mayın 30-da teleqrafla bütün dünya ölkələrinə Azərbaycanın müstəqil olması xəbərini elan etmişdir. Göy, qırmızı, yaşıl rənglərin birliyindən yaranan üçrəngli bayrağımız dövlət bayrağı kimi qaldırılmışdır. Şərqdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qadınlara seçib-seçilmək hüququ verildi.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi iyirmi üç ay yaşasa da, tarixdə özünəməxsus yer tutmuş və ikinci dəfə müstəqillik əldə etməyimiz üçün zəmin yaratmışdır. Qısa zaman ərzində vətənimizə əsən şimal küləyi müstəqilliyimizi təhlükə altına aldı, Sovet Rusiyası tərəfindən 1920-ci il aprelin 27-də XI qızıl ordu ölkəmizə yeridildi və böyük fədakarlıqlar sayəsində əldə olunan müstəqilliyimiz süquta uğradıldı.
İlk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın milli oyanış və dirçəliş proseslərinin, çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının məntiqi nəticəsi olmaqla yanaşı, həm də xalqın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də istiqlaliyyətin elan edilməsində o dövrün qabaqcıl ziyalıları, maarifpərvər insanları Əlimərdan bəy Topçubaşovun, Məmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olmuşdur. Ona görə də görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın tarixində əbədiləşmişdir. Bu gün böyük qürur hissi ilə haqqında söhbət açdığımız Azərbaycan Xalq Cümhuriyyəti o dövrdə Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi iyirmi üç ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edirdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması kimi işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına istiqamətlənmiş islahatların əsasının qoyulması və tədris müəssisələrinin milliləşdirilməsinə nail olunması xalqın gələcək tərəqqisinə böyük töhfə idi. 1919-cu il sentyabrın 1-də Azərbaycan Parlamenti tərəfindən Dövlət Universitetinin təşkili haqqında qanun qəbul edilmiş və beləliklə də ölkəmizdə milli təhsilin əsası qoyulmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanda ilk “İstiqlal” muzeyinin təşkil olunması da tarixi hadisə idi. 1918-1920-ci illərdə Bakıda, Gəncədə və respublikanın digər şəhərlərində onlarla yeni qəzet və jurnalların nəşrinə yol açılmışdır. İstiqlaliyyət dövründə milli mədəniyyətimizin, ümumiyyətlə, incəsənətin inkişafında çox zəngin bir tarixi təməl yaradılmışdır.
Demokratik respublikanın süqutundan sonra sovet imperiyasının 70 illik əsarət dövrü başladı. Lakin xalqımızın müstəqillik arzusu ürəyində qalmadı. Vaxtı çatana kimi bu müqəddəs arzunu ürəyində yaşadan xalqımız bu mübarizədə çoxlu şəhidlər verdi. 1991-ci ildə müstəqillik arzusu ilə ayağa qalxan millətin süquta uğramış imperiyanın tərkibindən çıxaraq müstəqillik əldə etdi və ikinci dəfə azadlığını qazandı. Azadlıq mübarizəsinə qalxan xalqımızın başına gətirilən fəlakətlər bir daha göstərdi ki, müstəqillik əldə etmək və onu qorumaq birlik və mübarizlik tələb edir. Xalq öz azadlığını və müstəqilliyini qoruyub saxlamağı bacardıqca o, dövlətinin, vətəninin xoşbəxt gələcəyini təmin edə bilir.Yaşadığımız tarix bunu bizə sübut etdi.
Xalqımız ikinci dəfə yaranmış tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etmiş və Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələri əsasında müstəqil Azərbaycan dövlətinin inkişaf istiqamətləri müəyyənləşdirilmişdir. Lakin müstəqil Azərbaycan Respublikası sələfindən fərqli olaraq, mürəkkəb ictimai-siyasi proseslər fonunda müstəqilliyini və suverenliyini qoruya bildi. Həmin müstəqilliyi sonrakı inkişaf mərhələsində möhkəmləndirmək, dövlətçiliyi qorumaq üçün bir çox sınaqlardan uğurla çıxan müstəqil dövlətimiz Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycana ikinci dəfə rəhbərlik etməsi sayəsində ölkəmizdə əmin-amanlıq və ictimai-siyasi sabitlik bərpa edildi. Elə bu səbəbdən də istər daxili, istər xarici düşmənlərin fitnə- fəsadla hazırladıqları planlar iflasa uğradı. Xalq-dövlət birliyinin günbəgün möhkəmləndirilməsi, millətin öz liderinə qəlbən inanması və onun ətrafında sıx birləşməsi müstəqilliyimizin qarantına çevrildi. Sonrakı dövr isə, əsasən, quruculuq və bərpa dövrü kimi tarixə həkk olundu. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi siyasət strategiyası sonrakı illərdə Ulu Öndərimizin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, respublikamız bütün sahələrdə uğurlu inkişaf yoluna çıxmış və bu gün də inamla daha xoş sabahlara doğru irəliləyir.
Vətən müharibəsində tarixi qələbəmizi təsdiq edən sənədə imza atan, könüllərdə əsrin böyük sərkərdəsi kimi taxt quran, Ulu Öndərimizin layiqli davamçısı Ali Baş Komandan cənab İlham Əliyev “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”– deyən Ümummilli Liderimizin vəsiyyətini də yerinə yetirmiş oldu. Ərazi bütövlüyümüz təmin edildi. Müstəqilliyimizin bizə bəxş etdiyi ən dəyərli bəhrələrindən olan Vətən müharibəsindəki qələbədən sonra azad olunmuş torpaqlarımızda böyük quruculuq işlərinə başlanıldı.
Bu gün Azərbaycan səmasında dalğalanan üçrəngli bayraq, vaxtilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzusunda yaşatdığı azadlığın rəmzidir. Onların qısa, lakin şərəfli yolu sübut etdi ki, xalqın iradəsi heç vaxt məğlub olmur.
İllər keçsə də, istiqlal uğrunda səslənən o müqəddəs çağırış hələ də qəlblərdə yaşayır. Çünki bir millətin azadlıq sevgisi nə zamanla köhnəlir, nə də unudulur. Azərbaycan Xalq Cümhuriyyəti tarix səhnəsində cəmi iyirmi üç ay qalsa da, xalqın yaddaşında əbədi bir məşəl kimi yanmağa davam etdi. Bu məşəlin işığında bir həqiqət səslənir: “Bir kərə yüksələn bayraq, bir daha enməz!” – Məmməd Əmin Rəsulzadə
Turanə Baxşəliyeva
Şahbuz Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, YAP fəalı
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

