Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Zəfər müjdəli qayıdış” adlı tədbir keçirilib

15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Zəfər müjdəli qayıdış” adlı tədbir keçirilib

05.06.2026 [10:59]

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı tərəfindən Samux rayonunun Alıuşağı kəndində fəaliyyət göstərən 67 nömrəli tam orta məktəbdə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Zəfər müjdəli qayıdış” adlı tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, məktəbin direktoru, Ərazi Partiya təşkilatının sədri Elburus Mirzəyev, Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atası Cəlil Alıyev və məktəbin kollektivi iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov 15 İyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas edib, ölkədə siyasi sabitliyin bərqərar olunmasına, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına zəmin yaradıb.
Sədr Həbib Misirov qeyd etdi ki, Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ordu quruculuğu gücləndirilib, iqtisadi inkişafın təməli qoyulub, “Əsrin müqaviləsi” imzalanıb və ölkənin hərtərəfli inkişafına xidmət edən mühüm layihələr həyata keçirilib. Məhz bu uğurlu siyasət sonrakı dövrdə Azərbaycanın qüdrətli dövlətə çevrilməsini və tarixi Zəfərin qazanılmasını təmin edib. Bildirdi ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi, xalqımızın birliyi, Ordumuzun rəşadəti, şəhidlərimizin canı və qazilərimizin fədakarlığı sayəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanılmışdır. Eyni zamanda, 2023-cü ilin antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edilmişdir. Bu gün işğaldan azad olunmuş bütün ərazilərimizdə üçrəngli dövlət bayrağımız qürurla dalğalanır.
Məktəbin direktoru və Ərazi Partiya təşkilatının sədri Elburus Mirzəyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən danışdı. O vurğuladı ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq və bərpa işləri davam etdirilir. Həmçinin qeyd etdi ki, ölkəmizdə təhsil sahəsinə xüsusi diqqət göstərilir, yeni məktəb binaları inşa olunur və müasir təhsil layihələri həyata keçirilir. Bu siyasətin nəticəsi olaraq Qarabağ və Şərqi Zəngəzurda, o cümlədən Kəlbəcər rayonunda yeni təhsil müəssisələri fəaliyyət göstərir.
Qeyd olundu ki, cənab Prezidentin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir, Böyük Qayıdış Proqramına uyğun olaraq keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar.
Milli qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyev də çıxış edərək Ulu Öndərin xalqımız qarşısındakı tarixi xidmətlərindən bəhs etdi. O bildirdi ki, Heydər Əliyevin siyasi kursu onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Möhtərəm Prezident ata vəsiyyətini şərəflə yerinə yetirərək torpaqlarımızı işğaldan azad etmiş, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam təmin etmişdir. Cəlil Alıyev qeyd etdi ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır, Böyük Qayıdış prosesi uğurla davam edir. Artıq Kəlbəcərdə insanlar məskunlaşaraq yaşayırlar. O, 2021-ci ilin avqust ayında cənab Prezidentin Kəlbəcərə səfəri zamanı ilk qayıdan sakinlərdən biri kimi bunun qürurunu yaşadığını vurğuladı.
Çıxışlarda 15 İyun – Milli Qurtuluş Günündən başlanan yolun xalqımızı böyük Zəfərə və suverenliyimizin tam bərpasına gətirib çıxardığı, bu tarixi günün əhəmiyyəti barədə geniş danışıldı.
Tədbirin sonunda partiyanın fəaliyyətində fəal iştirak edən bir qrup müəllim fəxri fərmanlarla təltif olundu, partiyaya yeni qəbul edilmiş üzvlərə isə üzvlük vəsiqələri təqdim edildi.

Paylaş:
Baxılıb: 58 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

YAP xəbərləri

Sosial

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30