Müstəqilliyimizin və Qələbəmizin Qarantı-Azərbaycan Ordusu
22.06.2026 [13:56]
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın dövlətçilik tarixində mühüm yer tutan əlamətdar bayramlardan biridir. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən hər il iyunun 26-sı Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Bu tarix Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 26 iyun tarixində ilk nizami hərbi hissənin yaradılması haqqında qərar qəbul etməsinə əsaslanır.
Müstəqilliyimizin ilk illərində Azərbaycan çox mürəkkəb və ağır sınaqlarla üzləşmişdi. 1990-cı illərin əvvəllərində ölkəmiz təkcə Ermənistanın hərbi təcavüzü ilə deyil, eyni zamanda daxili siyasi böhran, xaos və hakimiyyət uğrunda mübarizə ilə qarşı-qarşıya idi. Həmin dövrdə Azərbaycan hətta müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Orduda vahid komandanlığın olmaması, nizamsız silahlı dəstələrin fəaliyyət göstərməsi dövlətin təhlükəsizliyinə ciddi təhdid yaradırdı.
1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev dövlətçiliyin xilası ilə yanaşı, müasir və peşəkar ordunun formalaşdırılması istiqamətində mühüm addımlar atdı. Məhz onun rəhbərliyi altında Silahlı Qüvvələrdə vahid idarəetmə sistemi yaradıldı, hərbi quruculuq prosesi sistemli xarakter aldı və nizami ordu formalaşdırıldı. Bu siyasət sonrakı illərdə uğurla davam etdirilərək Azərbaycan Ordusunun güclənməsinin əsasını təşkil etdi.
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ordunun maddi-texniki bazası gücləndirildi, müasir silah və hərbi texnikalar alındı, şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirildi. Ordu quruculuğu prosesi beynəlxalq standartlara uyğunlaşdırıldı, hərbi təhsil sistemi təkmilləşdirildi və döyüş hazırlığı daha da yüksəldildi.
Azərbaycan Ordusunun gücü və peşəkarlığı ilk növbədə 2016-cı ilin Aprel döyüşləri zamanı özünü qabarıq şəkildə göstərdi. Cəbhə xəttində əldə olunan uğurlar göstərdi ki, Azərbaycan Ordusu qarşıya qoyulan döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirmək iqtidarındadır. Aprel döyüşləri xalqımızın qələbə əzmini daha da gücləndirdi və Böyük Zəfərə aparan yolun başlanğıcı oldu.
2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Azərbaycan Ordusu dünya hərb tarixində nümunə olacaq möhtəşəm qələbə qazandı. Cəmi 44 gün ərzində işğal altında olan torpaqlarımızın böyük hissəsi azad edildi, Ermənistan ordusu məğlubiyyətə uğradıldı. Şuşa şəhərinin azad olunması müharibənin taleyini həll edən ən mühüm hadisələrdən biri oldu. Nəticədə 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi qələbəsini rəsmiləşdirdi və Ermənistan kapitulyasiya aktını qəbul etməyə məcbur oldu.
Qələbədən sonrakı dövrdə Azərbaycan Ordusunda daha geniş islahatlar həyata keçirildi. Bu islahatların əsas istiqamətlərindən biri xüsusi təyinatlı Komando briqadalarının yaradılması oldu. Müasir döyüş təcrübəsinə əsaslanan bu hərbi hissələr yüksək peşəkarlığa malik şəxsi heyətdən formalaşdırılıb. Komando briqadaları istənilən tapşırığı yerinə yetirmək iqtidarında olan, ən mürəkkəb döyüş şəraitində fəaliyyət göstərə bilən elit qüvvələr kimi Azərbaycan Ordusunun gücünə əlavə güc qatır.
Hazırda Azərbaycan Ordusunun inkişafında qardaş Türkiyə ilə hərbi əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılır. Birgə hərbi təlimlər, kadr hazırlığı proqramları və təcrübə mübadiləsi ordumuzun döyüş qabiliyyətinin daha da artırılmasına xidmət edir. Türkiyə ilə strateji müttəfiqlik münasibətləri regionda sülhün və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır.
Azərbaycanın hərbi sahədə və xarici siyasətdə mühüm tərəfdaşlarından biri də Pakistan İslam Respublikasıdır. Pakistan Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləmiş, ölkəmizin haqq işinə beynəlxalq müstəvidə birmənalı mövqe nümayiş etdirmişdir. İki qardaş ölkə arasında hərbi əməkdaşlıq ildən-ilə genişlənir, müdafiə sənayesi və təhlükəsizlik sahələrində əlaqələr möhkəmlənir. Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlıq formatı regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfə verir.
Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alır. Ordumuz yüksək döyüş hazırlığına, müasir silahlara, peşəkar zabit və əsgər heyətinə malikdir. Qazanılmış şanlı Qələbə və həyata keçirilən islahatlar nəticəsində Silahlı Qüvvələrimiz ölkəmizin təhlükəsizliyinin etibarlı təminatçısına çevrilib.
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun bütün şəxsi heyətini, veteranları və hərbi qulluqçularını təbrik edir, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik. Güclü dövlətin əsas dayaqlarından biri güclü ordudur və Azərbaycan Ordusu bu gün xalqımızın qürur mənbəyidir.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

