Milli maraqların keşiyində dayanan güclü Azərbaycan mətbuatı
23.07.2026 [11:24]
Azərbaycan mətbuatı cəmiyyətin maariflənməsində, ictimai fikrin formalaşmasında və dövlətçilik dəyərlərinin qorunmasında mühüm rol oynayan əsas institutlardan biridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir...” Bu fikirlər müasir Azərbaycan mediasının qarşısında duran əsas vəzifələri – obyektivlik, operativlik, peşəkarlıq və milli maraqların müdafiəsini aydın şəkildə ifadə edir. Mətbuat yalnız xəbərləri çatdıran vasitə deyil, həm də cəmiyyətin inkişafına istiqamət verən, dövlətlə vətəndaş arasında etibarlı informasiya körpüsü yaradan mühüm ictimai institutdur.
Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə qoyulmuşdur. Həmin gündən etibarən milli mətbuatımız uzun və şərəfli inkişaf yolu keçərək xalqın maariflənməsinə, milli özünüdərkin formalaşmasına və azərbaycançılıq ideologiyasının möhkəmlənməsinə mühüm töhfələr vermişdir. Müxtəlif tarixi mərhələlərdə mətbuat xalqın haqq səsinin ifadəçisi olmuş, milli azadlıq ideyalarının yayılmasına və dövlətçilik ənənələrinin qorunmasına xidmət etmişdir.
Müstəqillik illərində Azərbaycan mediasının inkişafı yeni mərhələyə qədəm qoymuşdur. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm qərarlar qəbul edilmiş, 1998-ci ildə senzuranın ləğvi ilə milli mətbuatın inkişafı üçün geniş imkanlar yaradılmışdır. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək media sahəsində ardıcıl islahatlar həyata keçirilmiş, jurnalistikanın inkişafı və informasiya mühitinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Bu gün Azərbaycan mediası rəqəmsal dövrün çağırışlarına uyğun fəaliyyət göstərərək operativ, dəqiq və obyektiv informasiya təqdim edir. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı və sonrakı dövrdə jurnalistlər informasiya cəbhəsində böyük peşəkarlıq nümayiş etdirərək ölkəmizin haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmaqda mühüm rol oynadılar. Milli maraqların müdafiəsi, dezinformasiyaya qarşı mübarizə və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması Azərbaycan mediasının əsas prioritetlərindən biri olaraq qalır.
Prezident İlham Əliyevin Azərbaycan mətbuatına verdiyi yüksək qiymət media nümayəndələrinin fəaliyyətinə göstərilən etimadın bariz nümunəsidir. Dövlət başçısının vurğuladığı kimi, bu gün Azərbaycan mətbuatı yüksək inkişaf mərhələsinə yüksəlib və həm operativliyi, həm də milli maraqları qətiyyətlə müdafiə etməsi ilə seçilir. Bu, ölkəmizdə həyata keçirilən uğurlu media siyasətinin nəticəsidir.
22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri və media əməkdaşlarını ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi, peşə fəaliyyətlərində yeni uğurlar arzulayırıq. İnanırıq ki, Azərbaycan mətbuatı bundan sonra da obyektivlik, qərəzsizlik və peşəkarlıq prinsiplərinə sadiq qalaraq dövlətimizin inkişafına, milli maraqlarımızın qorunmasına və cəmiyyətimizin düzgün məlumatlandırılmasına layiqli töhfələr verməyə davam edəcəkdir.
Rauf Nəcəfov
YAP Sədərək rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

