Xankəndi, Xocalı, Xocavənd və Ağdərə: Zəfərdən quruculuğa uzanan yol
17.09.2026 [11:53]
Qədirova Şəfiqə
YAP Nərimanov rayon təşkilatının fəal gənci
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasının mühüm rəmzlərindən biridir. Bu əlamətdar tarix artıq ikinci ildir ki, qeyd olunur. 2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda dövlət suverenliyinin tam bərpası bu şəhərlərin tarixində yeni mərhələnin əsasını qoydu.
Tarixi Zəfərdən sonra əsas vəzifələrdən biri azad edilmiş ərazilərin bərpası və burada dayanıqlı həyatın formalaşdırılmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq işləri çərçivəsində şəhər və kəndlər yenidən qurulur, infrastruktur layihələri həyata keçirilir, sosial obyektlər yaradılır və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin edilir.
Prezident İlham Əliyevin bu ərazilərə səfərləri görülən işlərin miqyasını və ardıcıllığını aydın şəkildə nümayiş etdirir. 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması tarixi hadisə olmaqla yanaşı, bu ərazilərdə yeni inkişaf mərhələsinin başlanğıcı kimi yadda qalıb.
Dövlət başçısının sonrakı səfərləri zamanı isə artıq bərpa və quruculuq layihələrinin nəticələri təqdim olunub. 2024-cü ildə Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanışlıq keçirilib, “Qarabağ” hotelinin açılışı olub və Xankəndi Konqres Mərkəzinin təməli qoyulub.
2025-ci ilin dekabrında Prezident İlham Əliyevin Xankəndiyə səfəri zamanı Kərkicahan qəsəbəsində görülən işlərlə tanışlıq keçirilib, sakinlərlə görüş olub, məktəbin əsaslı təmirdən sonra açılışı baş tutub. Həmçinin Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməli qoyulub, Biznes və İqtisadiyyat fakültəsinin yeni binası istifadəyə verilib və “Xankəndi-1” yarımstansiyasının açılışı keçirilib.
2026-cı il mayın 28-də Prezident İlham Əliyevin Xankəndiyə səfəri zamanı əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin və iş əlcəkləri istehsalı müəssisəsinin açılışı keçirilib. Həmin səfər çərçivəsində Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri qoyulub.
Ağdərə rayonunda da bərpa-quruculuq işləri ardıcıl şəkildə həyata keçirilir. Rayonun yaradılması ilə bağlı 2023-cü il 5 dekabr tarixli Qanunla Ağdərə şəhəri rayonun inzibati mərkəzi müəyyən edilib. Hazırda rayonda yaşayış məntəqələrinin bərpası, yeni infrastrukturun yaradılması və sakinlərin qayıdışının təmin edilməsi istiqamətində işlər davam edir.
Prezident İlham Əliyevin 2025-ci il martın 18-də Ağdərə rayonuna səfəri zamanı Suqovuşan kəndində yeni yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak etməsi və sakinlərə mənzillərin açarlarını təqdim etməsi Böyük Qayıdış prosesinin mühüm nümunələrindən biridir.
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə müşahidə olunan mənzərə tarixi Zəfərdən sonra həyata keçirilən ardıcıl quruculuq siyasətinin nəticəsidir. Prezident İlham Əliyevin bu ərazilərə mütəmadi səfərləri, yeni layihələrin açılışında iştirakı və sakinlərlə görüşləri Qarabağın və Şərqi Zəngəzurun inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu göstərir.
20 Sentyabr şəhər günləri həm Zəfər tariximizin, həm də gələcəyə yönəlmiş quruculuq mərhələsinin rəmzidir. Bu tarix doğma torpaqlara qayıdan insanların timsalında həyatın yenidən canlanmasını və azad edilmiş ərazilərin gələcək inkişafını özündə əks etdirir.
Xəbər lenti
Hamısına baxSiyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46

