Suverenliyimiz xalqımızın milli sərvətidir
17.09.2026 [12:09]
Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.
Beynəlxalq hüququn normalarını, BMT Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirən Ermənistan hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ildən çox işğal altında saxladı, azərbaycanlılara qarşı etnik təmizləmə apardı, törətdiyi hərbi cinayətlərlə şəhər və kəndlərimizi viran, ölkəmizin təbii resurslarını talan etdi, tarixi, dini, mədəni abidələrini dağıtdı, Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törətdi. Bütün bu problemlərə baxmayaraq bu ərazilər suveren Azərbaycan ərazisi olaraq tanınırdı. Ermənistanın hərbi təcavüz və işğalının nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar uğursuzluqla nəticələndi. 2018-ci ildə dəyişən Ermənistan hökuməti münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində addım atmadı, Azərbaycanın və vasitəçilərin bütün sülh təkliflərini rədd etdi, həll yoluna sıfırdan başlayacağını bildirdi. Yeni hakimiyyət özündən əvvəlki hakimiyyətlər kimi müzakirələri uzatmaq taktikasına üstünlük verdi. Təbii ki, Azərbaycan buna laqeyd qala bilməzdi. Ermənistanın 2020-ci il sentyabrın 27-də başlatdığı İkinci Qarabağ müharibəsində iddiaları böyük idi. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına Azərbaycanın verdiyi cavab nəticəsində 44 gün davam edən müharibədə Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. Müharibə nəticəsində işğal altındakı ərazilərinin böyük bir hissəsi azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonlarında yerləşən Ermənistan silahlı qüvvələri isə həmin ilin sonuna qədər ərazidən çəkildilər. Bununla da torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi.
Tarixi Zəfərimizdən üç il sonra, 2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində müzəffər Azərbaycan Ordusu qarşısındakı bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Qondarma Dağlıq Qarabağ rejimi özünü buraxdığını elan etdi. Bununla da Azərbaycanın bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Bu, Azərbaycanın dövlət suverenliyinin təşəkkülündə mühüm bir mərhələ hesab edilir.
Dövlət başçısı İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyi nəzərə alınaraq 20 Sentyabr Dövlət Suverenliyi Günü kimi təsis edildi. Bu Sərəncam Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirir. Bu yeni tarixin təqvimdə rəsmi yer alması 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin, 2023-cü ildə antiterror tədbirlərinin və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha vurğulayır.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Cənab İlham Əliyev Xankəndidən xalqa müraciətində “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm” söyləyərək onu da əlavə etdi ki, bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq.
Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının əbədiləşdirilməsinə xidmət edən mühüm addımlardan biri işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsidir. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Şəhərləri Günü kimi qeyd edilir. Bu əlamətdar günün təsis olunması uzun və məşəqqəti 30 il, minlərlə azərbaycanlı igidin canları və qanları bahasına başa gəlmişdir. Bu günün təsis edilməsi həmçinin Ermənistanın və qondarma Dağlıq Qarabağın terrorçu silahlı dəstələrinin tör-töküntülərinin tərk-silah edilərək ərazilərimizdən birdəfəlik çıxarılması ilə bağlıdır.
Hazırda işğaldan azad edilmiş bütün ərazilərimiz, o cümlədən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə bərpa-quruculuq dövrünü yaşayır. Sakinlərinə qovuşan 10 şəhər arasında Xocalının, Xankəndinin və Xocavəndin də adı var. Qısa müddətdə bu qayıdışın həyata keçirilməsi bərpa işlərinin miqyası barədə aydın təsəvvür yaradır. Statistikaya nəzər salaq. 2026-cı il avqust ayının 17-nə qədər Xankəndi şəhərində 76 ailə, 332 nəfər, Kərkicahan qəsəbəsində 43 ailə, 174 nəfər olmaqla cəmi 119 ailə, 506 nəfər məskunlaşıb. Xocalı şəhərində 144 ailə, 651 nəfər, Ballıca kəndində 246 ailə, 1088 nəfər, Xanyurdu kəndində 140 ailə, 510 nəfər, Təzəbinə kəndində 180 ailə, 824 nəfər, Şuşakənd kəndində 116 ailə, 436 nəfər, Badara kəndində 109 ailə, 411 nəfər, Seyidbəyli kəndində 77 ailə, 282 nəfər, Daşbulaq kəndində 44 ailə, 169 nəfər, Xanabad kəndində 111 ailə, 470 nəfər olmaqla cəmi 1.167 ailə, 4.841 nəfər məskunlaşıb. Xocavənd şəhərində 413 ailə, 1.614 nəfər, Xocavənd kəndində 78 ailə, 319 nəfər, Xanoba kəndində 39 ailə, 177 nəfər, Qırmızı Bazar qəsəbəsində 213 ailə, 909 nəfər, Sos kəndində 85 ailə, 360 nəfər, Güneyxırman kəndində 39 ailə, 175 nəfər, Quzeyxırman kəndində 39 ailə, 169 nəfər, Hadrut qəsəbəsində 82 ailə, 347 nəfər olmaqla cəmi 988 ailə, 4.070 nəfər məskunlaşıb. Ağdərə rayonunun Talış kəndində 20 ailə, 90 nəfər, Həsənriz kəndində 292 ailə, 1.150 nəfər, Suqovuşan kəndində 180 ailə, 592 nəfər, Kolatağ kəndində 36 ailə, 139 nəfər, Vəngli kəndində 151 ailə, 602 nəfər, Heyvalı kəndində 46 ailə, 205 nəfər, Çapar kəndində 40 ailə, 143 nəfər, Aşağı Oratağ kəndində 111 ailə, 501 nəfər, Çıldıran kəndində 41 ailə, 165 nəfər olmaqla cəmi 917 ailə, 3.587 nəfər məskunlaşıb. Təbii ki, bunlar son deyil. Böyük Qayıdış Proqramı uğurla həyata keçirilir. Keçmiş məcburi köçkünlər mərhələ-mərhələ dogma yurd-yuvalarına qayıdırlar.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46

