Sülh, həmrəylik və birlik görüşləri keçirilir
17.09.2026 [16:30]
Cari ilin sentyabrın 15-də Bakı şəhərində Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi sadəcə təqvim uyğunluğu deyil. Bu iki tədbirin məhz Bakıda və eyni vaxtda təşkil olunması Azərbaycanın Türk dünyası, İslam aləmi və Cənubi Qafqaz arasında siyasi, mədəni və mənəvi əlaqələrin inkişafında artan roluna diqqət çəkən mühüm hadisədir.
Möhtərəm Prezidentimiz İlham cənabları tədbirlərin iştirakçılarını qəbul edərkən söylədiyi fikirlər bu mənzərəyə daha geniş prizmadan baxmağa imkan verir. Dövlət başçısının çıxışında Azərbaycanın tarixi-mədəni irsi, İslam dünyası ilə çoxəsrlik əlaqələri, Türk dünyası ilə strateji münasibətləri və Cənubi Qafqazın sülh gündəliyi vahid siyasi-mənəvi kontekstdə təqdim olunur. Bu baxımdan Seyid Yəhya Bakuvinin irsi xüsusi məna daşıyır. XV əsrdə yaşamış böyük mütəfəkkirin yaradıcılığı Azərbaycanın milli-mədəni yaddaşının mühüm hissəsi olmaqla yanaşı, İslam dünyasının intellektual və mənəvi tarixində də özünəməxsus yer tutur. Nizami Gəncəvi, Xaqani Şirvani, Nəsimi, Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Füzuli kimi şəxsiyyətlərin yaratdığı zəngin irs Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin, ideyaların və mənəvi dəyərlərin qovuşduğu məkan olduğunu göstərir. Bu irsin əhəmiyyəti isə yalnız keçmişin xatırlanması ilə məhdudlaşmır. Azərbaycan tarixi-mədəni irsini müasir beynəlxalq münasibətlər sistemində dialoq və əməkdaşlıq imkanları yaradan mühüm mənəvi resurs kimi təqdim edir. Bakıda Yəhya Bakuvi irsinə həsr olunmuş elmi konfransla dini liderlərin toplantısının eyni vaxtda keçirilməsi də məhz bu baxımdan simvolik məna daşıyır: əsrlərin mənəvi-intellektual irsi ilə müasir dünyanın sülh və əməkdaşlıq çağırışları eyni platformada bir araya gəlir.
Azərbaycanın coğrafi mövqeyi bu proses üçün əlavə imkanlar yaradır. Türk Dövlətləri Təşkilatının fəal üzvü kimi ölkəmiz türk dövlətləri ilə əlaqələrini dərinləşdirir, eyni zamanda İslam dünyası ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir. Azərbaycanın İslam həmrəyliyinə verdiyi əhəmiyyətin konkret nümunələri də mövcuddur. 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları müxtəlif müsəlman ölkələrindən olan insanların bir araya gəlməsi və həmrəylik ideyasının təşviqi baxımından mühüm platforma olmuşdu. 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Bakıda keçirilməsi isə Azərbaycanın İslam dünyası ilə əlaqələrinin daha geniş siyasi müstəvidə inkişaf etdiyini göstərən növbəti mühüm hadisə olacaq.
Bakıda keçirilən görüşlərin Qarabağ istiqaməti də xüsusi diqqət çəkir. Dini liderlərin Ağdam, Xocalı, Xankəndi və Şuşaya səfərləri onların regionun reallıqları ilə yerində tanış olmalarına imkan yaradır. Qarabağ məsələsi Azərbaycan üçün yalnız ərazi məsələsi deyil. Burada tarixi yaddaş, milli kimlik, dini və mədəni irs, məcburi köçkünlük və insanların doğma torpaqlarına qayıdışı kimi bir-biri ilə bağlı çoxsaylı məsələlər birləşir. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa prosesində məscidlərin, tarixi abidələrin və mədəniyyət ocaqlarının yenidən qurulması da bu siyasətin mühüm hissəsidir.
Bakıda keçirilən tədbirlərin siyasi əhəmiyyəti ayrı-ayrı toplantıların gündəliyindən daha genişdir. Azərbaycan bir tərəfdən Türk dünyası ilə əlaqələrini möhkəmləndirir, digər tərəfdən İslam ölkələri ilə həmrəyliyini və əməkdaşlığını genişləndirir, eyni zamanda Cənubi Qafqazda sülh və təhlükəsizlik gündəliyinin formalaşmasında fəal iştirak edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin görüşdə səsləndirdiyi fikirlərin siyasi mahiyyəti də bu kontekstdə aydın görünür. Azərbaycan öz tarixi yaddaşını qorumaqla yanaşı, həmin irsi müasir əməkdaşlıq və sülh gündəliyi ilə əlaqələndirir. Türk dünyası ilə bağlarını dərinləşdirir, İslam aləmi ilə həmrəyliyini gücləndirir və Cənubi Qafqazda davamlı sülhün təmin olunmasını regional siyasətinin əsas istiqamətlərindən biridir.
Bir sözlə Bakıda eyni vaxtda keçirilən iki tədbir Azərbaycanın tarixi-mədəni irsi ilə müasir diplomatik gündəliyinin bir-birindən ayrı istiqamətlər olmadığını nümayiş etdirir.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50

