20 Sentyabr – Qarabağın yenidən yazılan tarixinin günü
17.09.2026 [23:34]
Mələk Rzayeva
YAP Kəngərli rayon təşkilatının əməkdaşı
Azərbaycanın müasir tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız bir hadisə ilə məhdudlaşmır, bütöv bir dövrün sonunu və yeni mərhələnin başlanğıcını ifadə edir. 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü də məhz belə tarixi günlərdəndir.
2023-cü ilin sentyabrında baş verən hadisələr Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması ilə nəticələndi. Sentyabrın 20-si Qarabağda separatizmə son qoyulduğu, dövlət idarəçiliyinin bərpa edildiyi və Azərbaycan qanunlarının bütün ərazidə təmin olunduğu yeni tarixi mərhələnin başlanğıcı kimi yaddaşlara həkk olundu. Bu baxımdan Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü həm Zəfərin siyasi nəticələrini, həm də qarşıya qoyulan böyük quruculuq məqsədlərini özündə birləşdirir.
Qarabağda dövlətçilik ənənələrinin bərpası yalnız hərbi-siyasi müstəvidə deyil, inzibati baxımdan da mühüm addımlarla müşayiət olundu. Ağdərə rayonunun yenidən yaradılması bu prosesin mühüm istiqamətlərindən biri oldu. Ağdərənin rayon statusunun bərpası tarixi adın və inzibati ərazi vahidinin yenidən Azərbaycanın dövlət xəritəsində öz yerini tutması demək idi. Bu addım azad edilmiş ərazilərin gələcək inkişafının sistemli şəkildə təşkil olunmasına da mühüm zəmin yaratdı.
Qarabağın azadlığı ilə Azərbaycanın qarşısında yeni vəzifə – dağıdılmış şəhər və kəndləri yenidən qurmaq, müasir yaşayış məkanları yaratmaq və uzun illər doğma yurdlarından ayrı düşmüş insanların qayıdışını təmin etmək vəzifəsi dayandı. Bu gün həmin istiqamətdə həyata keçirilən işlər artıq real nəticələrlə müşayiət olunur. 2026-cı il avqustun 17-dək Xankəndi şəhərində 76 ailə, 332 nəfər, Kərkicahan qəsəbəsində isə 43 ailə, 174 nəfər məskunlaşıb. Beləliklə, ümumilikdə 119 ailənin, 506 nəfərin Xankəndi və Kərkicahanda məskunlaşması təmin edilib. Bu rəqəmlər Böyük Qayıdışın yalnız plan və layihə deyil, insanların doğma torpaqlarına qayıtması ilə reallaşan canlı proses olduğunu göstərir.
Xankəndidə yeni həyatın qurulması Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəhərə səfərləri ilə də xüsusi məna kəsb edib. 2023-cü il oktyabrın 15-də Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması tarixi Zəfərin rəmzi hadisələrindən biri oldu. Həmin gün Kərkicahan qəsəbəsinə baxış keçirilməsi də gələcək quruculuq işlərinin istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əlamətdar idi.
2023-cü il noyabrın 8-də Xankəndidə Vətən müharibəsində qazanılmış Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi paradın keçirilməsi isə Azərbaycanın dövlət suverenliyinin şəhərdə bərqərar olmasının nümayişi idi. Cəmi bir neçə həftə sonra – dekabrın 21-də Xankəndidə “Qarabağ” və MOİK komandaları arasında futbol matçının keçirilməsi şəhərin ictimai həyatında yeni səhifənin açıldığını göstərdi. Həmin gün 2023-cü ilin idman yekunları ilə bağlı mərasimdə idman ictimaiyyətinin təltif olunmuş nümayəndələri ilə görüş də keçirildi.
Xankəndinin Azərbaycanın siyasi və ictimai həyatına qayıdışının daha bir mühüm tarixi 2024-cü il fevralın 7-si oldu. Həmin gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndidə səs verdilər. Bununla Xankəndi Azərbaycan vətəndaşlarının seçki hüquqlarının həyata keçirildiyi şəhərlər sırasında öz layiqli yerini tutdu.
Bu gün Qarabağda müşahidə olunan mənzərə Azərbaycanın Zəfərdən sonrakı məqsədlərini aydın şəkildə ortaya qoyur. Burada yeni yollar salınır, yaşayış məhəllələri yaradılır, sosial obyektlər tikilir, şəhərlərin siması yenilənir və ən başlıcası, illər sonra doğma torpaqlarına qayıdan insanların həyatının davamlı və təhlükəsiz şəkildə qurulması təmin edilir.
20 Sentyabrın tarixi əhəmiyyəti də məhz bu bütövlükdə özünü göstərir. Bu tarix bir tərəfdən Azərbaycanın suverenliyinin bərpasını, digər tərəfdən isə Qarabağın gələcəyinin artıq quruculuq və inkişaf üzərində formalaşdığını nümayiş etdirir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə bu gün keçmişin ağrılı xatirələrindən gələcəyin quruculuq ünvanlarına çevrilir.
Azərbaycanın üçrəngli Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması, insanların doğma yurdlarına qayıtması və həyatın yenidən canlanması Zəfərin ən mühüm nəticələrindəndir. 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü xalqımızın Zəfər salnaməsinin mühüm səhifələrindən biri olmaqla yanaşı, Qarabağda yeni həyatın, yeni quruculuq dövrünün və Böyük Qayıdışın rəmzi olaraq tariximizdə özünəməxsus yer tutur.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50

