Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Dağ-mədən və metallurgiya sənayesi: yeni imkanlar, böyük hədəflər

Dağ-mədən və metallurgiya sənayesi: yeni imkanlar, böyük hədəflər

24.09.2026 [10:38]

Azərbaycanın iqtisadi inkişafında yeni istehsal sahələrinin yaradılması, mövcud resursların daha səmərəli şəkildə iqtisadi dövriyyəyə cəlb olunması və qeyri-neft sektorunun imkanlarının genişləndirilməsi mühüm istiqamətlərdən biridir. Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi ölkənin sənaye xəritəsində yeni imkanların formalaşdığını göstərir. Prezident İlham Əliyev çıxışında bu sahənin ölkə iqtisadiyyatı, xüsusilə qeyri-neft sektorunun inkişafı baxımından böyük perspektivlərə malik olduğunu vurğulayıb.

Yeni proqram qarşıdakı dörd il ərzində dağ-mədən və metallurgiya sənayesində əsaslı dəyişikliklərin həyata keçirilməsini nəzərdə tutur. Proqram üzrə 5,3 milyard manat həcmində investisiya ehtiyacının müəyyənləşdirilməsi, bunun təxminən 80 faizinin qeyri-büdcə mənbələri hesabına formalaşmasının planlaşdırılması dövlət və özəl sektorun imkanlarının bir araya gətirilməsinin əhəmiyyətini göstərir. Qarşıya qoyulan əsas hədəflərdən biri isə yaradılacaq yeni istehsal gücləri hesabına sektorun əlavə dəyərinin və illik ixrac potensialının 2,6 dəfə artırılmasıdır.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkilən mühüm məsələlərdən biri də Azərbaycanın mineral ehtiyatlarının daha yüksək əlavə dəyər yaradan məhsulların istehsalına yönəldilməsidir. “Filizçay”, “Daşkəsən”, “Ortakənd” və “Söyüdlü” yataqlarının istismara hazırlanması, mis, sink, qurğuşun, qızıl və dəmir üzrə yeni imkanların yaradılması sənaye istehsalının genişləndirilməsinə xidmət edəcək. Xüsusilə “Daşkəsən” layihəsi çərçivəsində illik 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsalı gücünün yaradılması nəzərdə tutulur. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyatın genişləndirilməsi də proqramın perspektiv istiqamətlərindəndir.

Bu layihələrin əhəmiyyəti yalnız hasilat və istehsal göstəriciləri ilə məhdudlaşmır. Yeni müəssisələrin fəaliyyətə başlaması ilə sənaye zəncirinin digər həlqələrinin də inkişaf etməsi, logistika və xidmət sahələrinin genişlənməsi, yeni iş imkanlarının yaranması və regionların sosial-iqtisadi inkişafına əlavə stimul verilməsi nəzərdə tutulur. Beləliklə, təbii resursların iqtisadi dövriyyəyə cəlb olunması ilə yanaşı, onların əsasında daha geniş istehsal və dəyər zəncirinin formalaşdırılması qarşıya məqsəd qoyulur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətdə əsas məqsədlərdən biri Azərbaycanın malik olduğu imkanları uzunmüddətli və dayanıqlı inkişaf üçün səfərbər etməkdir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair yeni Dövlət Proqramı da bu siyasətin mühüm istiqamətlərindən biri kimi ölkənin sənaye potensialının artırılmasına, ixrac coğrafiyasının genişləndirilməsinə və qeyri-neft iqtisadiyyatının möhkəmləndirilməsinə yeni imkanlar açır. Müşavirədən bir gün sonra, sentyabrın 23-də Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Proqramının təsdiqlənməsi isə müəyyənləşdirilən hədəflərin konkret dövlət sənədi əsasında həyata keçirilməsinə başlanıldığını göstərir.

Çingiz İbrahimov

YAP Göyçay rayon təşkilatının əməkdaşı

Paylaş:
Baxılıb: 110 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30