Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın yeni sənaye mərhələsinin mühüm istiqamətidir.

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın yeni sənaye mərhələsinin mühüm istiqamətidir.

24.09.2026 [10:51]

Azərbaycanın iqtisadi inkişaf modelində son illərdə qeyri-neft sektorunun genişləndirilməsi, sənayenin şaxələndirilməsi, mövcud təbii ehtiyatlardan daha səmərəli istifadə edilməsi və yeni istehsal sahələrinin yaradılması mühüm yer tutur. Prezident İlham Əliyevin 23 sentyabr 2026-cı il tarixli sərəncamı ilə təsdiqlənən Dövlət Proqramı dördillik dövr üçün konkret istiqamət və tədbirləri müəyyən edir. Proqramın əsas yanaşması mineral xammalın hasilatından başlayaraq onun zənginləşdirilməsi, emalı, yarımfabrikat və mümkün istiqamətlər üzrə hazır məhsul istehsalına qədər uzanan dəyər zəncirinin ölkə daxilində Azərbaycanın təbii resursları ölkənin iqtisadi inkişafında uzun illər mühüm rol oynayıb. Yeni mərhələdə əsas məsələlərdən biri həmin resursların yalnız hasil edilməsi deyil, onların emal imkanlarının genişləndirilməsidir. Bu, həm sənaye istehsalının strukturuna, həm ixracın tərkibinə, həm də yerli müəssisələrin inkişafına təsir göstərə biləcək istiqamətdir. Dövlət Proqramında dəmir filizi, alüminium, mis və qızıl əsas istiqamətlər sırasında göstərilir. Bununla yanaşı, yeni yataqların geoloji baxımdan öyrənilməsi və iqtisadi cəhətdən səmərəli olduqları halda sənaye dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulur. Proqramın hazırlanması zamanı mövcud yataqların imkanları ilə yanaşı, yeni geoloji tədqiqatların nəticələrinin də gələcək xammal bazasının genişləndirilməsinə xidmət etməsi əsas götürülüb.
Dövlət Proqramında qara metallurgiyanın inkişafı xüsusi istiqamətlərdən biridir. Bu sahədə Daşkəsən dəmir filizi layihəsinin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Burada dəmir filizinin hasilatı, zənginləşdirilməsi, pelet istehsalı və isti briketlənmiş dəmir istehsalı üzrə yeni imkanların yaradılması planlaşdırılır. Məqsədlərdən biri istehsal edilən dəmirin ölkə daxilində metallurgiya müəssisələri üçün xammal kimi istifadə olunması, eyni zamanda ixrac imkanlarının artırılmasıdır. Mədən hasilatı ilə yanaşı, zənginləşdirmə və emal müəssisələrinin yaradılması yeni iqtisadi fəaliyyət sahələrinin formalaşmasına, xidmət sektorunun genişlənməsinə və sənaye infrastrukturlarına tələbatın artmasına səbəb ola bilər. Bu məqsədlə Qərb Sənaye Parkının yaradılması da diqqət çəkən addımlardandır.
Prezidentin müşavirədəki çıxışında qeyd edildiyi kimi, parkın yaradılmasının əsas məqsədlərindən biri dağ-mədən sənayesinin inkişafıdır. Burada filiz hasilatından zənginləşdirməyə, pelet və briketlənmiş dəmir istehsalına qədər ardıcıl sənaye zəncirinin qurulması nəzərdə tutulur. Proqramın digər mühüm istiqaməti mis, qızıl, sink, qurğuşun və digər metal filizlərinin iqtisadi dövriyyəyə daha geniş cəlb edilməsidir. İşğaldan azad edilmiş ərazilərdə yerləşən yataqların müasir texnologiyalar əsasında öyrənilməsi və istismara hazırlanması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışında Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqlarının işlənməsi ilə bağlı işlərin aparıldığı qeyd olunub. Eyni zamanda mövcud yataqların ehtiyatlarının müasir geoloji üsullarla yenidən qiymətləndirilməsi, yeni ərazilərdə kəşfiyyat işlərinin genişləndirilməsi nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işlərinin genişləndirilməsi də proqramın mühüm istiqamətlərindəndir. Bu işlərin nəticəsində yeni mineral resurs potensialının müəyyənləşdirilməsi və iqtisadi cəhətdən əsaslandırılmış yataqların gələcəkdə sənaye dövriyyəsinə daxil edilməsi nəzərdə tutulmuşdur.Dövlət Proqramında metallurgiyanın digər əsas istiqaməti alüminium sənayesinin inkişafıdır. Dağ-mədən və metallurgiya layihələri böyük həcmdə ilkin kapital tələb edən uzunmüddətli layihələrdir. Dövlət Proqramının 2027–2030-cu illəri əhatə edən dövründə ümumilikdə 5,3 milyard manat investisiya nəzərdə tutulur. Dağ-mədən yataqlarının əksəriyyətinin regionlarda yerləşməsi həmin ərazilərdə sənaye infrastrukturunun yaradılmasını zəruri edir.
Xüsusilə işğaldan azad edilmiş ərazilərdə yeni istehsal sahələrinin yaradılması Böyük Qayıdış prosesinin iqtisadi əsaslarının möhkəmləndirilməsinə xidmət edən istiqamətlərdən biri kimi nəzərdən keçirilir. Kəlbəcər, Ağdərə, Zəngilan və digər ərazilərdə mineral resursların iqtisadi dövriyyəyə cəlb olunması ilə yanaşı, yeni iş yerlərinin və müvafiq infrastrukturun formalaşdırılması regionların iqtisadi fəallığı artıracaq.

Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 152 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30