Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın yeni sənaye mərhələsini formalaşdırır

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın yeni sənaye mərhələsini formalaşdırır

25.09.2026 [14:34]

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi və ölkənin zəngin təbii resurslarından səmərəli istifadə olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindəndir. Bu siyasətin davamı olaraq dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair yeni Dövlət Proqramının hazırlanması Azərbaycanın sənaye potensialının daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin Dövlət Proqramına həsr olunmuş müşavirədəki çıxışı bu sahənin qarşıdakı illərdə ölkə iqtisadiyyatında oynayacağı rolu aydın şəkildə ortaya qoyub. Dövlət başçısı dağ-mədən və metallurgiya sənayesinin çox perspektivli sahə olduğunu vurğulayaraq, bu istiqamətin inkişafı ilə Azərbaycanda yeni, müasir sənaye istiqamətinin yaradılacağını bildirib. Əsas məqsəd yalnız təbii sərvətlərin hasilatı deyil, onların ölkə daxilində emalı, yüksək əlavə dəyər yaradan məhsulların istehsalı və yeni sənaye zəncirinin formalaşdırılmasıdır.

Azərbaycanın mineral-xammal potensialı bu baxımdan geniş imkanlar yaradır. Prezident İlham Əliyev ölkədə perspektivli qızıl, mis və molibden yataqlarının olduğunu və onların geoloji kəşfiyyatının hələ tam aparılmadığını qeyd edib. Geoloji kəşfiyyat işlərinin genişləndirilməsi yeni ehtiyatların müəyyənləşdirilməsinə, mövcud potensialın daha dəqiq qiymətləndirilməsinə və gələcək sənaye layihələri üçün möhkəm xammal bazasının yaradılmasına imkan verəcək.

Dövlət başçısının diqqət çəkdiyi digər mühüm məsələ regionların sənaye potensialının artırılmasıdır. “Sənaye parkları və aqroparklar Azərbaycanda artıq hər bir bölgədə var” fikri ölkənin regionlarında yaradılmış müasir istehsal infrastrukturunun miqyasını göstərir. Dağ-mədən və metallurgiya sahəsində yeni layihələrin həyata keçirilməsi də regionlarda iqtisadi fəallığın yüksəlməsinə, yeni iş yerlərinin yaradılmasına və yerli istehsal imkanlarının genişlənməsinə şərait yaradacaq.

Dövlət Proqramının reallaşdırılması üçün böyük həcmdə investisiyaların cəlb edilməsi nəzərdə tutulur. Bu prosesdə dövlətlə yanaşı, özəl sektorun, yerli və xarici investorların iştirakı mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin “Yerli və xarici investorlara da mesajımız budur ki, qapılar açıqdır” fikri Azərbaycanın investisiya siyasətinin əsas prinsiplərindən birini ifadə edir. Ölkədə formalaşmış sabitlik və əlverişli biznes mühiti yeni sənaye layihələrinin həyata keçirilməsi üçün geniş imkanlar yaradır.

Dövlət Proqramı çərçivəsində “Daşkəsən”, “Filizçay”, “Söyüdlü” və “Ortakənd” kimi layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu layihələr dəmir filizi, mis, sink, qurğuşun və qızıl kimi mühüm mineral resursların iqtisadi dövriyyəyə cəlb edilməsinə, onların emalına və yeni istehsal güclərinin yaradılmasına imkan verəcək. Xüsusilə xammalın ölkə daxilində emalının genişləndirilməsi yüksək əlavə dəyərin yaradılması və sənaye məhsullarının ixrac imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qarabağ və Şərqi Zəngəzurun, eləcə də Naxçıvan Muxtar Respublikasının mineral resurs potensialının öyrənilməsi də qarşıdakı dövrdə diqqət mərkəzində olacaq. Bu istiqamətdə geoloji kəşfiyyatın genişləndirilməsi həmin ərazilərin iqtisadi imkanlarının daha dolğun şəkildə üzə çıxarılmasına və yeni layihələrin reallaşdırılmasına şərait yaradacaq.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan artıq bir çox ölkələr üçün enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevrilib. Qarşıdakı mərhələdə məqsəd ölkənin bu imkanlarını qeyri-neft sənayesində də genişləndirmək, Azərbaycanı müasir sənaye məhsullarının istehsalçısı və ixracatçısı kimi daha da gücləndirməkdir.

2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafında yeni mərhələnin əsasını qoyur. Mineral ehtiyatlardan səmərəli istifadə, müasir emal müəssisələrinin yaradılması, investisiyaların cəlb olunması, yeni iş yerlərinin açılması və ixrac imkanlarının genişləndirilməsi ölkəmizin iqtisadi qüdrətinin daha da artırılmasına xidmət edəcək.

Turac İbrahimova

YAP Kəngərli rayon təşkilatının fəalı

Paylaş:
Baxılıb: 85 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30