Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Nərimanov rayon təşkilatı tərəfindən Ərazi Partiya Təşkilatlarında görüşlər keçirilib

YAP Nərimanov rayon təşkilatı tərəfindən Ərazi Partiya Təşkilatlarında görüşlər keçirilib

13.10.2026 [20:19]

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “A.Heydərov küçəsi 26” və “M.Sənani küçəsi 45/55” ünvanları üzrə Ərazi Partiya Təşkilatlarında partiya üzvləri ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlər və qarşıya qoyulan strateji hədəflərlə bağlı tədbir keçirilib.

YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov, təşkilatın əməkdaşları, Ərazi Partiya Təşkilatının sədrlərii və partiya üzvlərinin iştirak etdiyi tədbirdə qeyd olunub ki, Prezident İlham Əliyevin qurultaydakı çıxışı Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə yanaşı, Yeni Azərbaycan Partiyasının qarşısında duran mühüm vəzifələri də aydın şəkildə ortaya qoyur. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsinə və dövlətçilik ənənələrinə əsaslanan inkişaf strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Çıxışlar zamanı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, ölkənin beynəlxalq nüfuzunun yüksəlməsi, iqtisadi və hərbi potensialının güclənməsi tarixi nailiyyətlər kimi dəyərləndirilib. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin, Böyük Qayıdış prosesinin sürətləndirilməsinin və əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasının əhəmiyyəti vurğulanıb.

Tədbirdə müasir dövrün çağırışları fonunda ideoloji təhlükəsizliyin qorunması məsələsinə xüsusi diqqət yetirilib. Qeyd edilib ki, informasiya məkanında yayılan yanlış məlumatlara və təxribatlara qarşı mübarizədə cəmiyyətin maarifləndirilməsi, gənclərin milli-mənəvi dəyərlərə və vətənpərvərlik prinsiplərinə bağlılığının gücləndirilməsi vacibdir. Bu baxımdan, partiya fəallarının üzərinə düşən əsas vəzifələrdən biri ölkəmizdə həyata keçirilən siyasətin mahiyyətini, əldə olunan nailiyyətləri və Azərbaycanın real inkişaf mənzərəsini ictimaiyyətə dolğun şəkildə çatdırmaqdır.

Bildirilib ki, Yeni Azərbaycan Partiyası yalnız siyasi proseslərin iştirakçısı deyil, həm də cəmiyyətlə dövlət arasında əlaqələrin möhkəmləndirilməsinə, milli həmrəyliyin qorunmasına və dövlətçilik ideyalarının təşviqinə töhfə verən mühüm siyasi qüvvədir. Buna görə də partiya üzvləri fəaliyyətlərində müasir yanaşmalara üstünlük verməli, ictimaiyyətlə ünsiyyəti genişləndirməli və qarşıya qoyulan vəzifələrin icrasında fəallıq nümayiş etdirməlidirlər.

Tədbirin sonunda Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışından irəli gələn hədəflərin həyata keçirilməsində YAP Nərimanov rayon təşkilatının üzvlərinin üzərinə düşən məsuliyyət bir daha vurğulanıb. İştirakçılar ölkəmizin davamlı inkişafına, dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə və milli maraqlarımızın qorunmasına bundan sonra da öz töhfələrini verməyə hazır olduqlarını bildiriblər.

Paylaş:
Baxılıb: 41 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Zamanında verilmiş QƏRAR!

13 Oktyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31